Ölümsüzlük meyvəsi

Çində innab meyvəsini “ölümsüzlük meyvəsi” və “tanrı hədiyyəsi” adıyla tanıyırlar. İnnab həcmcə kiçik meyvə olsa da, tərkibində bol miqdarda vitamin və minerallar var.
Tərkibi A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir.

Bütün xərçəng növlərindən qoruyur
İnnabın tərkibində olan bol antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var.
Sürətli şəkildə arıqlamağa kömək edir.

İnnab ən aşağı kalori miqdarına sahib olan meyvələr arasında yer alır. Bu meyvəni yeyərək, həm uzun zaman tox qala bilər, həm də arıqlayarkən itirilən enerjini geri qazanmağı təmin edir.

Həzmi asanlaşdırır
İnnab həzmi asanlaşdıraraq qəbizliyi aradan götürür.
Xərçəng və qaraciyər xəstəliklərindən qoruyur.
Güclü antioksidant özəlliyi səbəbilə bu kiçik meyvə qaraciyər problemlərindən müxtəlif xərçəng növlərinə qədər bir çox xəstəliyin sağalma müddətində müsbət təsirlər yaradır.

İmmuniteti gücləndirir
Gündə bir ovuc yeyilən innab xüsusilə qışın müxtəlif infeksion xəstəliklərindən qorunmağa və immuniteti sürətli şəkildə gücləndirməyə kömək edir.

Sümük və diş sağlamlığı
Tərkibində bol miqdarda fosfor olması ilə bağlı innab meyvəsinin sümük və diş sağlamlığına faydalı olduğu bilinir.
 

0 şərh