Reytinq
54.06
səs: 7

Bloq haqda

Xaricdə təhsil haqqında hər şey,xaricdə oxuyanlar,xaricdə oxumaq

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (18)

emin telebe bahar Nurane Shahbazova Qiyasli Mehbaliyev Nailə Qasarayeva Samir012 Rene Aristotel yravil AykaJackson Abdulyar Aysel218 SÜSən_Mehrəliyeva Kinosunas Ruqiş lili95

Rusiyanın ali təhsil sistemi haqqında ümumi məlumatlar

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır.

Ardı

Kanadanın ali təhsil sistemi

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.

Ardı

Fransanın ali təhsil sistemi

Fransanın ali təhsil sistemi sürətli və çevikdir. Universiteti bitirərkən ya konkret universitetin nüfuzundan asılı olmayaraq bütün ölkədə tanınan və eyni dəyərə malik olan milli diplomlar verilir, ya da xüsusilə Fransadan kənarda istifadə etmək niyyətində olanlar üçün xüsusi «daxili diplomlar» verilir ki, bunlara o qədər də üstünlük verilmir. Fransada 70-ə yaxın dövlət universiteti, 300-ə yaxın ali məktəb və tədqiqat mərkəzləri mövcuddur. Onların tərkibinə 800 «fakültə», yəni öz növbəsində «institutlar»ı (qayda olaraq, monofənli), «məktəblər»i (müəyyən istiqamətdə mütəxəssislər hazırlamaq üçün multifənli) və «laboratoriyalar»ı (elmi araşdırma keçirmək üçün) birləşdirilən Unites de Formation et de Recherche (U.F.R.) adlı struktur bölmə daxildir.

Ardı

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ingiliscə Central European University Business School və ya qısaca CEU BS) — menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.


Missiyası

MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir. Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.




Ardı

Tokio Universiteti

Tokio Universiteti (University of Tokyo) dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tokio Universiteti 100 ən yaxşı ali məktəb arasında 22-ci yerdə sıralanıb. Tokio Universiteti Asiya qitəsinin  ən nüfuzlu universitetidir. 



Ardı

Mərkəzi Avropa Universiteti


Mərkəzi Avropa Universiteti
(ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.

Ardı

Honq Konq Elm və Texnologiya Universiteti

Honq Konq Elm və Texnologiya Universiteti (Hong Kong University of Science and Technology) Honq Konqun Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Honq Konq Elm və Texnologiya Universiteti 100 ən yaxşı ali məktəb arasında 35-ci yerdədir. 1991-ci ildə yaradılan Honq Konq Elm və Texnologiya Universiteti az bir müddətdə Asiyanın ən nüfuzlu universitetlərindən birinə çevrilib. MBA proqramının tədrisinə görə, universitetin Biznes Məktəbi Asiyada 1-ci, dünyada isə 9-cu yerdə durur.



Ardı

Pensilvaniya Universiteti

Pensilvaniya Universiteti (University of Pennsylvania)  ABŞ-ın ən qədim universitetlərindən biridir və Pensilvaniya ştatında, Filadelfiya şəhərində yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştatının Dövlət (Pennsylvania State University), həmçinin Filadelfiya (Philadelphia University) universitetlərilə  səhv salırlar. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. «The Times» qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Pensilvaniya Universiteti 12-ci yerdədir.


Yerləşir:ABŞ, Pensilvaniya  ştatı, Filadelfiya
Yaranma tarixi:1740-cı il
Tipi:Özəl
Prezidenti:Emi Qutmann
İşçi heyəti:6314 nəfər
Tələbələrin sayı:19816 nəfər
Aspirantların sayı:9653 nəfər
Rəsmi saytı:www.upenn.edu



Ardı

Miçiqan Universiteti

Miçiqan Universiteti (University of Michiqan) Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet ABŞ-ın Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Miçiqan Universiteti 100 ən yaxşı ali məktəb arasında 19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.   



Ardı

Edinburq Universiteti

Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən «Russell Qrupu»na, eləcə də, «21 universitet» adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.  Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.



Ardı