Kanadanın ali təhsil sistemi

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.

Bir halda ki, Kanadada iki dövlət dili - ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil.

Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi, Kanadada ali təhsil 3 pillədən ibarətdir:

Undergraduate (Bachelor's Degree) - bakalavr dərəcəsi verən ilk ali təhsil. Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il, bəzi fənlərə görə isə - daha çoxdur. 3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə, tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar. Fərqlənmə diplomu əsas fənn üzrə ixtisaslaşmanın daha yüksək səviyyəsini tələb edir və adətən magitraturaya daxil olmaq üçün lazımdır.

Graduate (Master's Degree) - magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir. Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir.

Postgraduate - doktor dərəcəsi verən aspirantura (istənilən sahədə rəsmi dərəcə - fəlsəfə elmləri doktoru PhD adlanır). Təhsil müddəti - 3 (ən azı) və ya 4 ildir, bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur. Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir.

Daxil olarkən ümumi tələblər

Orta təhsil haqqında attestat;
TOEFL, SAT (bakalavrlar üçün), GRE (magistratura və doktorantura üçün) və ya LSAT (hüquqşüsanlar üçün imtahan) imtahanın verilməsi haqqında sertifikat.

Ərizələrin verilmə müddətləri

Universitetlərdə dərs ili adətən sentyabrdan maya kimi davam edir və 2 semestrə bölünür. Bəzi universitetlər yay ayları daxil olmaqla bir və ya üçsemestrli tədris kursları təklif edir. Bəzi təhsil proqramları tələbələrə yanvarda və ya mayda dərsə başlamağa imkan verir. Ərizələrin qəbul müddəti (təxminən) - yanvar-mart aylarındadır.

 

2 şərh

azadmamedov90
Xəyallar deyirlər gerçək olar, ama nədənsə olmur ki olmur. Bu toelfdan keçsə idim, indi almaniyada oxuyardım… Heyif tılıbılik illərində ititrdiyim zaman və pula…
kurdamir
Azərbaycanın da qeyri-adi Təhsil «sistem»i var ;)