Рейтинг
+70.86

Xaricdə təhsil

57 üzv, 33 topik

İsveçrə Federal Texnologiya İnstitutu

İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zurich — Swiss Federal Institute of Technology) Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, İsveçrə Federal Texnologiya İnstitutu 100 ən yaxşı ali məktəb arasında 20-ci yerdə sıralanıb.  


Ardı →

Macarıstanda aşağı xərclərlə yüksək keyfiyyətli təhsil

Macarıstanda yerləşən BKF (ingiliscə “University of Applied Sciences, Budapest”, macarca “Budapesti Kommunikaciós és Üzleti Főiskola”) adlı ali məktəb Macarıstanın ən böyük özəl ali məktəbidir. Bu ali məktəb əcnəbilərə ingilis dilində təhsil proqramları təklif edir. BKF-də oxumağın üstün cəhətləri:

  • — Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
  • — Universitetin tələbələrinin 72,5 %-nin məzun olduqdan sonra cəmi 3 ay ərzində yüksək səviyyəli işlər tapması.
  • — Dünyanın bir çox ölkəsindən 8000-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
  • — Əla şəraiti olan kampus, müasir tədris binasına olması;
  • — Erasmus proqramı çərçivəsində bir çox Avropa Birliyi ölkəsində partnyor universitetlərdə təhsil almaq imkanı;
  • — Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;
  • — Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı;
  • — Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakıya nisbətən daha ucuz olması;

Ardı →

Budapeştdə 1 aylıq ingilis dili kursuna müraciət açıq elan olundu

Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 29 iyun-26 iyul tarixlərində Budapeştdə keçiriləcək.

Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1550 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1550 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1550 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropada dincələcəksiniz.

International Business School (www.ibs-budapest.com) Sizə Britaniya keyfiyyətini Budapeştdə daha asan və daha sərfəli qiymətə təklif edir. Ətraflı məlumat üçün müraciət etməyə tələsin, yerlər məhduddur! Kursa qəbul olmaq üçün pasportun əsas 2 səhifəsini (foto və imza olan səhifələri) [email protected] mailinə göndərmək kifayət edir. Xarici pasportu hazır olmayanlar şəxsiyyət vəsiqəsini göndərə bilərlər. Müraciət göndərmək üçün son tarix 31 martdır.

International Business School (IBS) 1991-ci ildə Macarıstanın paytaxtı Budapeştdə yaradılıb, hər il 300-dən çox tələbə bu universitetə təhsil almağa gəlir. Hazırda ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən tələbə təhsil alır. Ali məktəbdə tədris Avropa Birliyi standartlarına cavab verir, bütün proqramlar International Business School (Macarıstan) və University of Buckingham (Böyük Britaniya) arasında imzalanmış əməkdaşlıq əsasında tədris olunur. Xatırladaq ki, University of Buckingham Böyük Britaniyanın ən prestijli universitetlərindən biridir və təhsil səviyyəsinə görə 16-cı yerdədir.

Ətraflı məlumat:
Study Hungary — Azərbaycan nümayəndəliyi
Telefon: +994 50 257 11 41 (Bakı) +36 70 428 46 39 (Budapeşt)
http://instagram.com/study_in_hungary
https://twitter.com/study_hungary
https://www.facebook.com/WhyToStudyInHungary
www.study-hungary.com
[email protected]
Davamı →

York Universiteti

York Universiteti (University of York) İngiltərənin York şəhərində yerləşir və ölkənin müasir elmi-tədqiqat mərkəzlərindən biridir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, York Universiteti 100 ən yaxşı ali məktəb arasında 70-ci yerdə olub. «Times Higher Education World University Rankings»in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, York Universiteti 81-ci, «QS World University Rankings»in açıqlamasına görə isə 88-ci yerdə qərarlaşıb. York Universiteti Avropa Universitetləri Assosiasiyasının, Ağ Qızılgül Universitet Konsorsiumunun, Ümumdünya Universitetlər Şəbəkəsinin və Böyük Britaniyanın 19  universitetindən ibarət olan «Qrup-1994»ün üzvüdür.


Ardı →

Rusiyanın ali təhsil sistemi haqqında ümumi məlumatlar

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır.
Ardı →

Kanadanın ali təhsil sistemi

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.
Ardı →

Fransanın ali təhsil sistemi

Fransanın ali təhsil sistemi sürətli və çevikdir. Universiteti bitirərkən ya konkret universitetin nüfuzundan asılı olmayaraq bütün ölkədə tanınan və eyni dəyərə malik olan milli diplomlar verilir, ya da xüsusilə Fransadan kənarda istifadə etmək niyyətində olanlar üçün xüsusi «daxili diplomlar» verilir ki, bunlara o qədər də üstünlük verilmir. Fransada 70-ə yaxın dövlət universiteti, 300-ə yaxın ali məktəb və tədqiqat mərkəzləri mövcuddur. Onların tərkibinə 800 «fakültə», yəni öz növbəsində «institutlar»ı (qayda olaraq, monofənli), «məktəblər»i (müəyyən istiqamətdə mütəxəssislər hazırlamaq üçün multifənli) və «laboratoriyalar»ı (elmi araşdırma keçirmək üçün) birləşdirilən Unites de Formation et de Recherche (U.F.R.) adlı struktur bölmə daxildir.
Ardı →

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ingiliscə Central European University Business School və ya qısaca CEU BS) — menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.


Missiyası

MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir. Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.



Ardı →

Tokio Universiteti

Tokio Universiteti (University of Tokyo) dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tokio Universiteti 100 ən yaxşı ali məktəb arasında 22-ci yerdə sıralanıb. Tokio Universiteti Asiya qitəsinin  ən nüfuzlu universitetidir. 


Ardı →

Mərkəzi Avropa Universiteti


Mərkəzi Avropa Universiteti
(ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Ardı →