Рейтинг
+70.86

Xaricdə təhsil

57 üzv, 33 topik

Honq Konq Elm və Texnologiya Universiteti

Honq Konq Elm və Texnologiya Universiteti (Hong Kong University of Science and Technology) Honq Konqun Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Honq Konq Elm və Texnologiya Universiteti 100 ən yaxşı ali məktəb arasında 35-ci yerdədir. 1991-ci ildə yaradılan Honq Konq Elm və Texnologiya Universiteti az bir müddətdə Asiyanın ən nüfuzlu universitetlərindən birinə çevrilib. MBA proqramının tədrisinə görə, universitetin Biznes Məktəbi Asiyada 1-ci, dünyada isə 9-cu yerdə durur.


Ardı →

Pensilvaniya Universiteti

Pensilvaniya Universiteti (University of Pennsylvania)  ABŞ-ın ən qədim universitetlərindən biridir və Pensilvaniya ştatında, Filadelfiya şəhərində yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştatının Dövlət (Pennsylvania State University), həmçinin Filadelfiya (Philadelphia University) universitetlərilə  səhv salırlar. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. «The Times» qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Pensilvaniya Universiteti 12-ci yerdədir.


Yerləşir:ABŞ, Pensilvaniya  ştatı, Filadelfiya
Yaranma tarixi:1740-cı il
Tipi:Özəl
Prezidenti:Emi Qutmann
İşçi heyəti:6314 nəfər
Tələbələrin sayı:19816 nəfər
Aspirantların sayı:9653 nəfər
Rəsmi saytı:www.upenn.edu


Ardı →

Miçiqan Universiteti

Miçiqan Universiteti (University of Michiqan) Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet ABŞ-ın Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Miçiqan Universiteti 100 ən yaxşı ali məktəb arasında 19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.   


Ardı →

Edinburq Universiteti

Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən «Russell Qrupu»na, eləcə də, «21 universitet» adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.  Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.


Ardı →

Sinqapur Milli Universiteti

Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Sinqapur Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 30-cu yerdədir. Bu ali təhsil müəssisəsi dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi  üzrə tanınıb.


Ardı →

Stenford Universiteti

Stenford Universiteti (Leland Stanford Junior University — Kiçik Leyland Stenford adına  universitet) Palo-Alto şəhəri yaxınlığında,Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsilmüəssisələrindən biridir.


Universitetin tərkibində Stenford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə -biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara,genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.


Ardı →

Dyuk Universiteti

Dyuk Universiteti (Duke University) özəl tədqiqatlar universitetidir və ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşir. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb. «ABŞ xəbərləri və dünya hesabatı»na (U.S. News & World Report) əsasən, 2009-cu ildə «Amerikanın ən yaxşı məktəbi» nominasiyasında Dyuk Universitetinin Tibb Məktəbi tədqiqatlar sahəsində 6-cı, Hüquq Məktəbi isə 10-cu yeri tutub. Universitetin siyasi elmlər, sosiologiya, tarix, iqtisadiyyat və mədəni antropologiya departamentləri də ABŞ universitetləri arasında tez-tez əsas 20-likdə yer alırlar.


Ardı →

Avstraliya Milli Universiteti

Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ali təhsil müəssisəsini cəmləşdirən «Səkkizlik qrupu»na, «Sakit Okean Regionu Universitetləri», «Astronomiya Tədqiqat Universitetləri» assosiasiyalarına və «Beynəlxalq Tədqiqat Universitetləri İttifaqı»na daxildir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Avstraliya Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 17-ci yerdə sıralanıb.


Ardı →

Kolumbiya Universiteti

Kolumbiya Universiteti (Columbia University) ABŞ-ın ən məşhur universitetlərindən biridir və Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq liqasına daxildir. Universitetin rəsmi sənədlərində belə qeyd olunub: «Nyu-Yorkda birinci, ölkədə beşinci, özəl, azad məsləkli».



Ardı →

Çikaqo Universiteti

Çikaqo Universitetində İlahiyyat Məktəbi, Biznes Ali Məktəbi, Harris İctimai Siyasət Tədqiqatları Məktəbi, Hüquq Məktəbi, Pritsker Tibb Məktəbi, İctimai Xidmət Rəhbərliyi Məktəbi adlanan altı məktəb və təhsilin davam etdirilməsi üçün Graham ümumi Tədqiqatlar Məktəbi mövcuddur. Məktəblər bioloji, humanitar, təbiət və ictimai elmlər üzrə ixtisaslaşdırılıb. Hüquq Məktəbi Amerika Vəkillər Assosiasiyası, İlahiyyat Məktəbi ABŞ və Kanada İlahiyyat Məktəbləri  Assosiasiyası, Pritsker Tibb Məktəbi Tibbi Təhsil Əlaqə Komitəsi tərəfindən akkreditə olunurlar. Universitetin nəzdində universitetəqədər təhsil məktəbləri də fəaliyyət göstərir (Çikaqo Universitetinin Laboratoriya Məktəbləri, Hayd-park Gündüz Məktəbi, Orthogenic Məktəb, Orta Məktəb Yay Proqramları).


Ardı →