Azerbaycanlılar rusca meyxana deyir

Mehdi Xaçmazlı və Mehman Əhmədli rus dilində meyxana deyir. Bolşe takogo momenta ne naydesh(Belə anı bir də tapmayacaqsan).

мы с тобою были знакомы заочно,
ты мне позвонил- приходи срочно.
я из Баку, но я знаю что точно,
ты мою речи, акцента не найдешь.
Больше такого момента не найдешь



aşağıda xahişi nızərə alaraq ən maraqlı bəndlərin sözlərini də yazıram:

вскоре опят отправлюсь в поход,
там же работа, там скромный доход.
мне в карман доллар кладет народ,
ты в своем кармане цента не найдешь,
Больше такого момента не найдешь.

азербайджанцы люди приличные,
русские- братья заграничные,
Мамед ,Иван друзья отличные,
между ними инцидента не найдешь.
Больше такого момента не найдешь.

Уважаемая публика, разберитесь
Кто есть кто сами убедитесь,
Сколько вас поэтов соберитесь,
Лучше меня конкурента не найдешь.
Больше такого момента не найдешь

У нас Мехман, сегодня состязание,
Это для нас хорошо испытание,
У меня восточное воспитание,
Ты лучшего интеллигента не найдешь.
Больше такого момента не найдешь.

 

23 şərh

papatürk

Ha-ha-ha! Öz ləhcəmizə qurban olaram! Çox maraqlı alınıb.

fidan
Artıq dilimə düşdü,özüm üçün zümzümə edirəm))-больше такого момента не найдешь!
Səbinə
Sözlərin yeri var. Müəllif,sözlərini topikə əlavə edə bilərsiniz?
xiridar
İndi edərəm. Sonradan postu dəyişmək olur yəqin ki.
Wizard
Belə bir meyxana da var:  U nas obıçey qostey uvajat nado! Sonra da: Şair odu hər dildə desin meyxana! Kasset çox əvvəlin kasetidir. Məktəbdə oxuyanda almışdım :)
xiridar
Bu sən dediyin meyxana.Amma orda İntiqamdan başqa heç kim rusca meyxana demir.Videonun keyfiyyəti pis olsa da maraqlıdır.


Wizard
Bir də ingilis dilində meyxana var! İ am saying meyxana beautiful in the english! Dostum verlişində səslənib :)
Dior
Uşaq olanda yadıma gəlir məhəllədə belə meyxanalar deyərdik.
Dəniz qırağında gördüm pərini,
Dəsmal alıb sildim onun tərini.
İndiki qızlar da döyür ərini
Ay can alan candı bizim məhlədə
Gündə toy nişandı bizim məhlədə
2ral
Qatar gəldi,Maştağada dayandı,
İçindəki çuşka-muşka oyandı,
Mən içmişəm,o yapon o..aş piyandır,
Ay can alan,candı bizim məhlədə,
Gündə kayfdı,kefdi bizim məhlədə!
Dior
Dəniz qırağında görüm lapatka
Ordan vurdum,burdan çıxdı slyotka
Anan vaspaleni,atan çıxotka
Ay can alan candı bizim məhlədə
Gündə toy nişandı bizim məhlədə

2ral indi qafiyəni sən deməlisən )))))
2ral
Bir yuzerimiz var,adı da Dior,
Anası generaldı,atası mayor,
Meyxanayla yerini edəcəyəm gor,
Zor qəbiristandı bizim məhlədə,
Ay can alan candı bizim məhlədə.
fidan

biri çuşka,birisi də tiripaş,
biri Məstan,biri də ki,Alabaş,
Qız barda fırlanır,oğlan da alkaş,
Araqdı,şampandı bizim məhlədə,
ay can alan candır bizim məhlədə.

2ral
Əsl xiridar həmişə sözü bilər,
Oğlanın açkisi itib,gözü bilər,
Qız barda fırlanır,belə özü bilər,
Fürsətdir,imkandır bizim məhlədə
ay can alan candı bizim məhlədə.
Dior
2ral gəl sən məni etməginən gorbagor
Atam deyil qardaşımdı,baş mayor
Lazımdısa meyxananı çürüdər Dior
Ay can alan candı bizim Kayzendə
Gündə qalxır reytinqim bu Kayzendə
2ral
Axırıncı söz düşmədi qafiyəyə,
İnanmışam bir dənə şaiyəyə,
Deyir elçi gəlib sizin ailəyə,
Tezliklə nişandı bizim məhlədə,
Ay can alan candı bizim məhlədə.
Dior
Indi gedib,axşam mütləq gələcəm,
Sona qədər meyxananı deyəcəm,
Bu mövzunu baş səhifə edəcəm
Ay can alan candı bizim məhlədə
Gündə toy nişandı bizim məhlədə
2ral
Yubka aldın əyninə, olubdur gen,
Xoşuma gəlir Motsart,Bethoven,Şopen,
Deyirəm nə yaxşı ki,vardır bu Kayzen,
Fəvvarə,fontandı bizim məhlədə,
ay can alan candı bizim məhlədə.
mr13

Göstərəcəm sözlərimin zərbini,


Dior yaman «yaxşı» bilir Hərbini


«Baş Mayor» kiminsə çalıb qəlbini


Can ona qurbandu bizim məhlədə


Gündə toy nişandı bizim mələdə.

kastanka

Bura lap de gəlsindi ki..)))super idi.oxudum çox əyləndim...sağ olun...Onda birin də mən deyim..


deyir zəmanədən  yaman razısan


nefti satıb almaginən qazı sən


altında da qoymusan imzavı sən


neftinoy fontandı bizim məhlədə


ay can alan candı bizim məhlədə


 


gündə toy nişandı bizim məhlədə


 


 


 


 

2ral
Fontan sözü deyilib olub təkrar,
Məndə sözlər vardır belə bir anbar,
Atalar deyirlər  axtaran tapar,
Ox itib kamandı bizim məhlədə,
Ay can alan,candı bizim məhlədə.
kastanka

çox axtardim mən tapmadım qafiyə


kayzendəkilər birləşib  olub  mafiya


Türkel de yamandı bizim məhlədə


gündə toy nişandı bizim məhlədə


 


 


 

kastanka

hələ təzəyəm meyxana aləmində


deyirəm sözümü yeri gələndə


bu zamanda pul nə gəzir fəhlədə


beş gün ömrü vardu bizim  mələdə


gündə toy nişandu bizim məhlədə


 


b


 


 

Magicboy
Meyxana söhbətin salmusuz bura

Bir gün ağıllısuz, bir gün avara

İngilis qızları uyuşmur yara

Mavi, lezbiyandı bizim məhlədə

Ay can alan candı bizim məhlədə