Reytinq
122.93
səs: 26

Bloq haqda

Ailə münasibətləri,ər-arvad arasında sağlam əlaqələr, məişət problemlərini necə həll etmək

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (43)

Arzt baba-yaqa Leyla bloqçu nərgiz Əliyev mr13 ayxansevda luminat MaksiMuS Ferro kazimzade ORIGINAL Zenfira xanım Xəbərçi Someone cahandar Zeyneb_Ehmedova Rene Samir012

Все читатели блога

Boşanma prosesi

Boşanma prosesi gözlədiyinizdən də ağır keçmişdirsə, depressiya həftələr, aylar və hətta illərlə davam edə bilər.
Depressiyanın yaranması səbəbləri çox zaman ondadır ki, boşanma istər- istəməz həyatınızı dəyişir, üstünüzə «boşanmış» və ya «tənha» yarlığını asır. Boşanmadan sonra ətrafdakılar sizi başqa cür qavramağa başlayır. Bəzi qadınlara yeni həyata başlamaq üçün qüvvə tapmaq çox çətindir. Keçmiş ər ilə yerinə yetirməyə vərdiş etdiyiniz sadə, gündəlik işlər — misal üçün, mağazaya getmək — yaşanmış faciəni xatırlada bilər.


Böyüklər boşanma ilə barışsalar da, uşaqlar valideynlərinin ayrılmasını tədricən bilsələr, yaxşıdır. Boşanmadan sonra, əvvəllər olduğu kimi, həyat yoldaşınız ilə uşaqlar barədə söhbət etməyinizin mümkün olmadığına vərdiş etmək çətindir. Şübhəsiz ki, seyrə çıxaraq, ağac altında ailəvi dincəlmək və ya istirahət günlərində şam ziyafətləri kimi kiçik ailə sevinclərinin çatmadığını hiss edəcək və öm- rünüzün sonuna qədər ola bilməyəcək («əgər belə olsaydı»...) hadisələr haqqında düşünəcəksiniz. Bu hallar baş verməsin deyə, boşanmanı ağrısız keçirmək və bu xoşagəlməz vəziyyətdən minimal itkilər ilə çıxmağı öyrənin.



Ardı

Qadını xoşbəxt etməyin sirrləri....

01. Saçlarını sığalla
02. Yüksəlt
03. Nazını çək
04. Gözlərinin içinə bax.
05. Gələcəyə aid planlar qur
06. Dil tök
07. Yalvar

Ardı

Miras bölgüsü

Əgər dünyasını dəyişən qadın övladsız olarsa, malının yarısı ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər dünyasını dəyişən qadının ərindən və ya başqa ərindən övladı olarsa, malının dörddəbiri ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər kişi övladsız olarsa, malının dörddəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Əgər dünyasını dəyişən kişinin həyat yoldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinə məxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər.

Ardı

Anama yaxşı bax, Ata !

Ata, Anama yaxşı bax! 

Ata, anama yaxşı bax, olar ? 
Məndən sənə övlad vəsiyyətidir; ata, anama yaxşı bax! 

Axşam həyəcanla televizora baxarkən sən anama bax. 
Olub bitənləri, yaşanmışları görəcəksən onun uşaq baxışlarında; 
Yaşatdığın xatirələri, yaşada bilmədiklərini, sənə həsr etdiyi böyük bir ömrü görəcəksən baxışlarında…

Ardı

A qayınana, qayınana...

«Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!»
Qadın böyük qüvvədir. Bəs görəsən, bu «böyük qüvvə»lər maraqları toqquşanda güzəştə getməyi bacarırlarmı? Söhbət əsrlər boyu gündəmdən düşməyən gəlin-qayınana münasibətlərindən gedir.



Ardı

Adınız sizə nə deyir?

“Adını mən qoydum, yaşını Allah versin”. Yəqin ki, bu ifadəni eşitməyən az adam tapılar. “Dədə Qorqud” dastanından sitat gətirməkdə məqsədimiz var. Deyirlər, körpəyə qoyulan ad gələcəkdə onun xarakterinin, hətta taleyinin formalaşmasına təsir edir. Məlumdur ki, insan doğulandan sonra, hətta hələ ana bətnində ikən onun valideynləri və yaxınları arasında gələcək körpənin adı ətrafında mübahisələr başlayır. Qız olsa,… oğlan olsa… Nəhayət, “Adı ilə böyüsün” deyibən, doğulan körpəni öz adı ilə çağırırlar.
Azərbaycanda baba və nənənin adını yaşatmaq məqsədi ilə uşağa təkrar adın qoyulması ənənəsi də var. Eyni zamanda adın mənasına diqqət yetirib bunun üçün kitablara müraciət edən ailələrlə yanaşı, kor-koranə ad seçənlər az deyil. O üzdən öz adının mənasını bilməyən insanlar kifayət qədərdir.

Ardı

Uşaq tərbiyəsində bəzi tövsiyələr

Körpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın. Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil.

Ardı

Bir Evdə...

Bir evdə gözəlliyə səbəb olan: UYĞUNLAŞMADIR.
Bir evdə uyğunlaşmaya səbəb olan  : QARŞILIQLI ANLAYIŞ VƏ GÜZƏŞTDİR.
Bir evdə qarşılıqlı anlayış və güzəştə səbəb olan: BAĞLILIQDIR.
Bir evdə bağlılığa səbəb olan:  SEVGİDİR.
Bir evdə sevgiyə səbəb olan: UŞAQLARDIR
Bir evdə uşaqların var olmasına səbəb: SƏDAQƏTDİR.
Və ən nəhayət
Bir evdə sədaqətə səbəb olan AXTARDIĞIN İNSANLA YAŞAMAQLA BƏRABƏR AXTARILAN İNSAN OLMAQDIR...

Bunlara nail olmusansa inanki, bu dünyada ən VARLI və ən XOŞBƏXT insan SƏNSƏN.

P.S Xahiş olunur digər sayt və paylaşım səhifələrində yayımlanarkən müəllif hüquqlarına hörmətlə yanaşılsın. Əməyə hörmət edək...

Ailə saatı

Ailənizin müəyyən qayda-qanunları, bir yerdə keçirdiyiniz müəyyən saatları varmı? Ötən həftə bütün ailə üzvlərinizi, hətta bələkdəki körpənizi də nəzərə almaqla, ailənizlə neçə saatı birgə keçirdiniz? Oğul-uşaq bir yerdə, zövqlə bəzədilmiş çay süfrəsi arxasında nə qədər oturdunuz? Balacalar qovrulmuş qarğıdalıları içəri ötürəndə, böyük oğlunuz üstünə tökdüyü mürəbbəni göstərməmək üçün çarələr axtaranda həyat yoldaşınızla bir-birinizə baxıb güldünüzmü? Siz ciddi bir mövzudan bəhs etməyə çalışanda balaca qızınız dəqiqəbaşı " ata, ata " deyə sözünüzü kəsdimi?

Ardı

Mübahisələrdən sonra

Ailə səadəti ilə bağlı mövzumuzu davam etdirməklə xoşbəxt, ideal ailələrdən bəhs edərkən reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yozdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik...

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə, ümidsizliyi bir kənara qoymalıyıq...

Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə, məsələni çox da uzatmamaqdır.

Ardı