Xoşbəxt ailə niyə dağıldı?

Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi. onlar xoşbəxt olmalı idi
Toy məclisi də biləcə təmtaraqla, xeyir-dua ilə qurtardı. Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı.
Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi.

Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Siyahını davam etdirin.
1. gənclər sevib-sevilməklə ailə məsuliyyətini qarışdırmışdı.
2. qaynanalar hər işə qarışırdı.
3.

Həmçinin bax: Gənc ailənin yaddaş kitabçası
 
loading...

13 şərh

Voogar
3. Gənclər ailə sirrini qoruya bilməmişdir.
girl_moon
4. Ailədə böyüklərə hörmət qalmamışdı.
ilham

5. Gəlin özünü çox yuxarıdan aparırdı.

Bilici
6.cinsi istək bitdi
Tomris
7. Cadu ediblər)) Başqa cür ola bilməz.
rdgr
8.Qarşılıqlı hörmət yoxdur
kastanka
9. Valideynlər ailəyə çox müdaxilə edirdilər.Hər çətinlikdə də gənclər valideynlərin üstünə qaçırdılar ki, problemlərini həll eləsinlər.
niqulya
10. Oğlan evə ac gələndə qız seriala baxırdı
Əliyev
11. Qız bütün günü qeybət edirdi.
Arzu
12. Kişi evə içib gəlirdi
marketoloq
13. Yumurtanın qiyməti qalxmış və ailəni saxlamaq çətinləşmişdi. Prezidentin anti-korrupsiya siyasəti də buna kömək etməmişdi.
ayxansevda
14. tezliklə uşaqlar olmuşdu, gecə yatmırdılar, oğlan da başını götürüb, qaçmışdı, ay subaylıq hardasan — deyə
nərgiz
15. Facebooka kimin girməsi üstündə mübahisələr başlanmışdı.