Uşaq tərbiyəsində 7 məqam

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək.  Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər.
Bu dövrlədə valideynlər  hansı nöqtələrə diqqət etməlidirlər.

1. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar.
Davamlı yalan danışan, küfr edən, uşaqlarının yanında insanların zəifliklərini və eyblərini açıqlayan  valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən, danışarkən diqqətli olmalıdırlar. Əəgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edeək, onda gərək gözəl sözlər danışaq.

2. Sevgiyə arxalanan bir tərbyə metodu olmalıdır.
Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. Oda sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyinizi əmirləri sevərək yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kinə ilə öyrətməyə və ya deməyə çalışsanız onda övladınız nə inki sizə qulaq asacaq, bəlkə sizdən intiqam alamağada çalışacaq..oxuyan və savadlı uşaq

3. Əxlaqi dəyərlər «qadağa zənciri» kimi təqdim edilməməlidir.
Çünki bu cür yanaşma tərzi, uşağın əxlaqi dəyərlərə qarşı sərtreaksiya verməsinə səbəb olacaq. Valideynlər, məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.

4. Ana və ata birlikdə hərəkət etməlidirlər.
Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Birlikdə övladın tərbiyəsində çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqeydən çıxış etməməlidirlər. Çünki, bu uşaqda çaşqınlıq yaradacaq.

5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir.
Pis dost və ya mühit, uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Bu bir bənanın gün ərzində min bir zəhmətlə tikdiyi divarın eyni günün sonunda bəziləri tərəfindən yıxılmasına bənzəməkdədir. Ona görə dəövladlarınız kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.

6. Uşağı öz başına buraxmayın.
Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı edəcək, hətta cəmiyyətdə dostalarına böyüklərə qarşı da edəcək. Çünki,  valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.

7. Uşağınızı kütləvi informasiya vasitələrinin xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız.
İndiki vaxtda bir xəstəlik halına gələn «internet» və «televiziya əsarəti» də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafını mənfi təsir göstərməkdir. Bu cəhətdən övladınız bu vasitələrdən istifadəsini həmişə kontrol altda saxlayın.

Müəllif:Tural Həsənli


1 şərh

DrELM
Düzgün yazılmış aktual mövzudur. Nə qədər danışsan da,  yazsanız da bitməz. Valideyn daima oturub uşağının gələcəyinin bu gedişlə haralara gedəcəyini düşünməlidir. İndiki zəmanədə öz-özünə tərbiyə olunması mümkün olan iş deyil.

Praktik olaraq ən vacib məsləhəti verməyimi istəsələr, «sevgi» deyərdim. Siz uşağı sevə bilərsiniz amma, bunun onun bilməsi vacibdir.

Təsəvvür edin ki, işdə sizin tabe olduğunuz müdir Sizdən bilmədiyiniz şeyləri istəyir, təzə qanunlar çıxardır, bilmədiyiniz bir səhvə görə üstünüzə qışqırır, istədiyiniz vaxtı məzuniyyətə izin vermir. Bu mudir arada Sizə hədiyyə də alsa yenə də ona qarşı nələr hiss edirsinizsə eynisini uşaqlar Sizə qarşı hiss edirlər. Bir də əlavə edim, ki bele belə mudirə Siz hələ bir neçə il tab gətirməli olacaqsınız.

Ona görə deyirlər ki, 4 yaşa kimi uşaq lap süfrəni üstündəkilər qarışıq yerə salsa belə üstünə qışqırmaq olmaz.