Sözü zarafatla demək....

Gözəl bir bazar səhəri...Bakı səmalarından əskik olmayan külək yenə öz vəzifəsini yerinə yertirmək üçün var gücü ilə əsir. Ancaq get-gedə qalxan günəş, deyəsən, küləyi cilovlayaraq bir azdan havaya hərarət gətirəcək...
Zərifə səhər yeməyini hazırlamışdı. Xalid gözlərini ovuşdura-ovuşdura mətbəxtə gəldi...
- Sənə bir sürprizim var. Bu gün çox gözəl bir yerə aparacağam səni.
- Doğrudan? Haradır o elə?
- Deyə bilmərəm. Dedim axı, sürprizdir.
Səhər yeməyini böyük bir sevinclə yedilər. Artıq Zərifənin səbri daralmağa başlamışdı. Ona görə də tələsik süfrəni yığışdırıb geyinməyə getdi.
Xalid televizoru açıb kanallarda gəzməyə başladı. " Necə olsa, qadınların hazırlaşmağı uzun çəkər",- deyə düşündü. Az keçməmiş Zərifə Xalidin də paltarlarını gətirdi.
- Dur, sən də hazırlaş. Axşam anam bizə gələcək. Tez gedib, tez də qayıdarıq. Xalid diqqətlə Zərifəyə baxdı...
- Bu nə yubkadır geyinmisən?
- Nə olub ki, təzə almışam, yoxsa bəyənmədin?
- Həm dardır, həm də qısa. Get dəyişdir, yoxsa belə gedə bilmərik! Kosmetikanı da çox vurmusan. Heç olmasa yarısını sil. İtirsəm, səni tapa bilməyəcəyəm.
Zərifə yaman pərt olmuşdu. Xalidin qısa paltardan xoşu gəlmədiyini bilirdi. Ancaq belə gözəl bir gündə bu qədər sərt reaksiya verəcəyini gözləmirdi...
- Heç nəyi dəyişmirəm. Gediriksə belə gedirik, yoxsa qalıram evdə!
- Onda qal! - dedi Xalid və çıxıb getdi...
Zərifənin payına isə yenə ağlamaq düşdü...
Görəsən kim haqlıdır? Məncə, ikisinin də haqlı olduğu tərəflər var... Hadisəni bir daha nəzərdən keçirək...
Xalid özünə görə haqlıdır. Çünki bir kişi üçün ən çətin və ən dözülməz şey bəzənib-düzənmiş xanımını bayırdakı yad baxışlardan qorumaqdır. Təbii ki, qısqanc bir kişi xanımının bu vəziyyətindən narahat olur. Ancaq Xalid bunu xanımına sərt şəkildə söylədiyi üçün haqsızdır.
Zərifə də həyat yoldaşı ona belə reaksiya göstərdiyi üçün inciməkdə haqlı ola bilər. Ancaq xüsusilə, həyat yoldaşı qısqanc olan qadınlar dava-dalaşa səbəb olmamaq üçün bir yerə çıxanda daha diqqətli olmalıdırlar.
Beləliklə, bu qadın həyat yoldaşı üçün bəzənir. Əgər həyat yoldaşı icazə vermirdisə, Zərifə təkid etməməli idi. Üstəlik, Xalidin icazə vermədiyini bilə-bilə qısa yubka geydiyi üçün mübahisədən ən böyük pay onun oldu.
Elə isə, hadisəni yenidən yaşayaq və görək Zərifənin qəlbini qırmadan Xalid bu məsələni necə həll edə bilərdi?
Zərifə hazırlaşıb gəldi. Xalid xanımının qısa yubka geyməsinə hirslənsə də, üzə vurmamağa çalışaraq, təmkinlə:
-Zərifə, hazırsan?- deyir.
- Görürsən ki, hazıram...
- Yaxşı, elə isə çantana bir az pambıq, bir az yod, bir az bint qoy, çıxaq.
- o nə üçün?
- Yolda sənə baxan olsa, dözə bilməyəcəyəm. Təbii ki, onda da dava düşəcək. Bu davada vura da, vurula da bilərəm...
Zərifə Xalidin nə demək istədiyini başa düşmüşdü.Səssizcə gedib üstünü dəyişdirdi...
Sözü belə zarafatla demək çox vaxt daha faydalı olur. Bir sözü deyərkən insanların qəlbinə toxunmadıqda, arzu etdiyiniz nəticəni əldə etmək də asan olur. Yunus Əmrənin dediyi kimi:
Söz ola, kəsə savaşı,
Söz ola, kəsdirə başı.
Söz ola, ağulu aşı
Yağ ilə bal edə bir söz...
 

11 şərh

Nailə Qasarayeva
Təşəkkürlər umud600 .Həqiqətən sözün deyilmə qaydasından çox şey asılıdır.
ORIGINAL
Təşəkkürlər.Ən birinci öyrənməli olduğumuz dil şirin dildir.Kaş məndə bir az da artıq olaydı o dil((
Silen_ce
Qadın yoldaşının qısa yubkadan xoşu gəlmədiyini bilə-bilə həmi yubkanı geyinibsə, onda ərindən də bu sözü eşidəcəyini bilməli idi
umud600
Hamıya təşəkkürlər.Qadını Allah bəzəmişdir, Allahın bəzəyindən necə qaçmaq olar?
Shabnam_Ilham
Cox xosuma geldi tesekkurler :)
MaksiMuS
Maraqlı və ibrətli hekayə idi.Təşəkkürlər
rdgr
Men bu yazinin oldugu kitabi oxumusam cox gozel kitabdı

Cox gozel yazidi amma oxumaa qaliriq emel eden yoxdu(((
rdgr
Men bu yazinin oldugu kitabi oxumusam cox gozel kitabdı

Cox gozel yazidi amma oxumaqla. Qaliriq emel eden yoxdu(((
umud600
Doğrudur, bu yazının olduğu kitabı Siz də oxumusunuz. " Kərim babaya təsəlli verən nəvəsi " də bu kitaba aiddir. O yazı da çox maraqlıdır, oxumayanlara oxumaq tövsiyə olunur.
DiplomatkA
Maraqli hekayedi.Bagiwlayin bilmek olar bu hansi kitabdan goturulub?o kitabi oxumaq isterdim
umud600
Sumeyra Irmak " Xoşbəxt bir yuva üçün..."