Həyat yoldaşı axtaranlara

Bu sözlərim evlənmək istəyən gənc oğlan və qızlara ünvanlanıb. Hər şeydən öncə, həyat yoldaşınızda axtardığınız xüsusiyyətlərlə bağlı konkret bir qərara gəlin. Çünki evlilik geriyə dönüşü olmayan bir mərhələdir. Təbii ki, bu hökm ailə məsələsinə baxış tərzindən, insanların dünyagörüşündən, dini - əxlaqi prinsiplərə, adət - ənənələrə əməl etmə səviyyəsindən asılıdır. Mən hadisəyə öz prizmamdan baxdığıma görə belə dedim. Təbii ki, uşaqlarını düşünmədən, onları yetim və başsız qoymaq bahasına həyat yoldaşını dəyişdirən insanlar da var aramızda, elə bil köynək dəyişirlər belə insanlar.

Evlənmək istəyənlərin müəyyən bir fikir və qənaətə gəlməsi ilə bağlı bir neçə metod tövsiyə etmək istəyirəm. Ümumiyyətlə, kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər, onlarda hansı xüsusiyyətləri axtarırlar? Bir - bir sadalayaq:

1. Gözəllik, yaraşıqlılıq. Sual: Zahiri gözəllik, yoxsa daxili gözəllik? İkisi də. Amma mütləq ikisindən biri varsa. Hansı? Elə məsələnin düyün nöqtəsi məhz buradır. Məncə...

2. Alicənablıq. Alicənablıq ya nəsildən - nəslə keçir, ya da tərbiyə vasitəsilə qazanılır. Sual: Namizəd əsilli - nəcabətli ailədən olub - olmamasından asılı olmayaraq müasir mədəniyyət və " tərbiyə " nin təsiri ilə milli - mənəvi dəyərlərə yad bir insandır. Bu vəziyyətdə nə edəcəyik? Məncə...

3. Var - dövlət. " Var - dövlətini halal yolla qazandı və ya haram yolla, mənim üçün fərqi yoxdur, heç olmasa, bundan sonra qayınatanın pulu ilə bir az rahat yaşayarıq! " Bu şəkildə düşünənlər ola bilər. Qəbul edirəm. Sual: Qız və ya oğlan varlı bir ailəyə mənsubdur, bu var - dövlət də ona ərköyünlük və başqa neqativ xüsusiyyətlər qazandırıb. Qarşı tərəf isə milli - mənəvi dəyərlərimizlə yetişib, yaxşı tərbiyə alıb, kasıb bir insandır və qəribədir ki, başqa namizəd də yoxdur. İki yol var: ya tərbiyəli, ancaq kasıb, ya da varlı, amma ərköyün. Hansı? Məncə...

4. Dindar. Sual: İki cür insan. Biri dindardır, dinin bütün əmrlərinə riayət edir, o birisi isə Allah və Peyğəmbərə ( s.ə.v. ) inandığını desə də, nə geyim - gecimində, nə tərbiyəsində, nə də əməllərində dindən əsər - əlamət var. Hansı? Məncə...

5. Təhsil. " Ali təhsilliyəm. Həyat yoldaşımın da ali təhsilli olmasını istəyirəm ". Yaxşı bir istəkdir. Amma sual: Ali təhsilli olsa da, əxlaqdan, mədəniyyətdən məhrum, doğrunu yanlışdan ayıra bilməyən bir qız və ya oğlandır. Hansını seçmək lazımdır? Bu cür əxlaqa sahib olanları, yoxsa ali təhsili olmasa da, nümunəvi əxlaqa, mədəniyyətə, tərbiyəyə, həyat təcrübəsinə malik qız və ya oğlanı? Məncə...

6. Evdar qadın və ya iş qadını. Bu məsələ, əsasən, oğlanlara aiddir və müasir problemlərdən biridir. Bəzi kişilər maddi çətinliklərə görə deyil, başqa məqsədlə: " Sığortalı işləyən bir həyat yoldaşı istəyirəm, qardaş, hansı dövrdə yaşayırıq! " - deyib ailə həyatı qurmaq istəyirlər. Sual: Səhər saat səkkizdən axşam beşə qədər işləyən qadının iş yeri, işi, iş şəraiti nəzərə alınırmı? Bəs bütün gününü evinə, ailəsinə, uşaqlarına ayıran evdar qadın necə? Maddi və mənəvi bütün təfərrüatlar yüzlərlə - minlərlə örnək əsasında araşdırıldımı?

7. Həyat yoldaşı kimi seçəcəyimiz insanın xarakteri xoşbəxtlik üçün ən vacib xüsusiyyətlərdən biridir. Pessimist, yoxsa optimist? Səbirli, yoxsa səbirsiz? Şükr edən, yoxsa naşükür? Qısqanc, yoxsa qısqanc olmayan? Eqoist, yoxsa altruist? Fanatik, yoxsa qeyri - fanatik? Kobud, yoxsa xoşxasiyyətli? Həssas, yoxsa laqeyd? Xəyalpərəst, yoxsa realist? Tənbəl, yoxsa çalışqan? Kinli, yoxsa bağışlayan? Boşboğaz, yoxsa sözlərinin yerini bilən? Bunların sayını artıra da bilərik, ancaq hesab edirəm ki, məqsəd aydındır. İndi sual belədir: Bunlardan hansıları? Məncə...

Satıcı olduqca şux geyinmiş müştərini qapıda qarşılayır. Görkəmindən varlı olduğu görünür. Müştəri: " Maşın alacağam, " - deyir. Mağaza sahibi soruşur: " İşlənmiş istəyirsiniz, yoxsa işlənməmiş? Əgər təzəsini istəyirsinizsə, hansı marka, hansı model, rəng, motor gücü və s. İşlənmiş istəyirsinizsə, əlavə soruşum, neçə kilometr yol getmiş olsun?" Maşın almağa gələn insan bunların heç birini düşünməmişdir. Sual: Bu vəziyyətdə maşın alacaqmı?

Son olaraq, məncə, hər sualın sonunda " məncə " nin cavabını evlilik " səfərinə " çıxmağa hazırlaşan bəy və gəlin namizədlər doldursunlar. Çünki nə axtardığımız, harada axtardığımız, necə axtarmalı olduğumuz həmişə bu suallara veriləcək düzgün cavablarla aydın olacaq.

Sizcə elə deyilmi?

Mənbə: Ahmet Kurucan: " Xoşbəxt bir ailə üçün həyat dərsləri "
 

13 şərh

lili95

bu «mence»lerin hamisinda olan musbet insan xarakterlerini bir yere yigsaq «ideal insan» elde etmis olariq.bu da qeyri mumkundu.evlilikden evvel ise bu nuanslara hami toxunmur.kor korane sevmek deye bir sey var.bax bu hadiseye saglam baxis terzini kokunden deyisir.buna gore de hemise ciddi munasibetlerin sevgi essasinda deyil, evvelceden dusunulmus sekilde qurulmasinin terefdariyam.


ferqli movzudur.derin minnetdarliq ve +

Aysel218
Lili95 fikirlerinle tam raziyam… sevgide kor koraneliye yer vermek duzgun deyil..esas agildirki insanlar ozlerine uygun olanlarla aile heyati qursa daha yaxsi olur neticesi..
maraqli ve lazimli movzu idi..tesekkur
Silen_ce
Məqaləni oxuyan zaman bir şeyi düşündüm — mən həmişədən «məncə»lərin cavablarını özüm üçün axtarıb tapmışdım, bu cavablara görə də seçimimi etdim. İdeal insan deyilən bir şey olmasa da, hər xırda şeyə fikir verməsək qarşımızdakı insanı özümüz üçün ideallaşdıra bilərik.

Təşəkkürlər, Umud. Çox dəyərli məqalədir.
MaksiMuS
Meger biz her hansi iwe qebul ucun anket doldururuq ki?p men hec bir suala cavab vermiyecem.daha dogrus hec axtarmiramda.Men heleki axtarilanlar siyahisina duwmek ucun caliwiram. Ne zaman ki, Meni men oldugumcun seven veya men oldugumcun evlenmek isteyen insanla aile heyati quracam.Sonda turkce sevdiyim fikri oldugu kimi qeyd edirem.duzdu bu fikir sevgiye aiddi.ama men bunu evliliye aid edirem. İnsanları sevmenin tek yolu vardır ve o da onları olduğu gibi sevmektir… Ve güzellik de buradadır… Onları olduğu gibi sevdiğinde onlar değişirler… Sana göre değil; onlar kendi gerçeklerine göre değişirler…
cahandar

Insan əgər sevirsə sevdiyinin ürəyi,könlünü hər zaman xoş etməyə çalışar.Yəni insan olduğu kimi olsa da qarşılıqlı sevgi varsa hər iki tərəf bir-biri üçün çalışar.Nəticə etibarilə hər iki tərəf razı qalar.


Umud qardaşım hər zaman olduğu kimi maraqlı mövzulara görə təşəkkür

Aysel218
men haminin fikri ile raziyam burda..seviniremki  kayzen.azin bele deyerli fikirleri olan userleri var :)
umud600
Dəyərli dostlar, hamınıza minnətdaram. Səbuhiyə də bir neçə kəlmə. Nə edək, qardaş, gün gələr sənin də qatilin( qatil sözü Niyaza məxsusdur) tapılar İnşallah.:) Xasiyyətinə uyğun da biri ilə ailə həyatı qurarsan. Çiynindəki balaca da kürəyindən aşağı isladar səni:)
Bütün dəyərli Kayzençilərə problemsiz bir ailə həyatı arzulayıram.
Responsible
Sağ olsun bu mikrotopiklər. Artıq hamıya yazdığı mikrotopiklə sitat gətirirlər. Arzuları bəyəndim :)
MaksiMuS
Xa xa.cox sagol qardaw 'qargiwdolu' arzulara göre.:) Men seve seve o 'qatile' öz heyatimi 'qurban' vermeye haziram. Allah her kese heyatini arzu etdiyi kimi, arzu etdiyi insanla yawamagi, bawa vurmagi nesib etsin.Amin.
cahandar
«Baaxx beləəə...Və onlar həyatı boyunca şad xürrəm yaşamağa davam etdilər».Bu xoş yazıları oxuduqca sonu gözəl sonluqla bitən hekaələr yadıma düşdü.Kaş insanların hər biri məntiqli,gözəl düşüncəli və gözəl qəlbli olardı.Kaş həyatda ancaq xoşbəxtlik hökm sürə,qara fikirlər,qəddarlıq olmazdı.Bu da mümkün deyil,çünki yaşadağımız dünya sınaq itahan dünyasıdır.nşallah ki hər kəs layiqincə Tanrımızın bəxş edəcəyi Cənnəti qazanmağa çalışalar.Bax onda yazdığım keyfiyyətdə insanların faiz hesabı daha çox olar
MaksiMuS
Röya: Cahandar, mene bu nagilin sonunu söyle:)
Creative
Çox önəmli bir mövzuya toxundunuz. Təşəkkürlər. Tək bizdə deyil bütün dünyada itirilməyə doğru geden dəyərlərdən biri də ailədir. Amma elə bir dəyərdir ki, o itiriləndə artıq cəmiyyətdə dəyər adında nə varsa hamısı bir-bir yoxa çıxır. Ailəli biri kimi deyim ki evlilikdən əvvəl belə bir sorgu-sual etməniz mütləqdir. Sonra nə özünüzü qınayasız, nə həyat yoldaşınızı, nə də ki qədərdən şikayət edəsiz. Amma onu da deyim ki, ailə qrandan sonra elə məsələlər ortaya çıxır ki, evlilikdən əvvəl onları hesaba almaq heç ağlınıza gəlməyə bilər. Qısası, ailə çox incə məsələdir, səbrlə, təmkinlə, fədakarlıqla, anlayışla davranan həm özünü xoşbəxt edər, həm də həyat yoldaşını...Allaha min şükür, mən yoldaşımdan raıyam, Allah da ondan razı olsun. Amin.