İdeal həyat yoldaşı

İdeal həyat yoldaşı olmaq elə də çətin deyil. Bir neçə tələbə riayət etməklə siz gözəl ideal həyat yoldaşı ola bilərsiniz.
1. Hər şeydən əvvəl ideal həyat yoldaşı yaxşı dostdur. O saatlarla ailəsi ilə yaxşı vaxt keçirir. Ərköyün uşaq kimi hər şeydən küsüb pis üz göstərmir.
2. Həssas , mədəni və fərasətlidir. Həyat yoldaşının danışmaq istəmədiyi mövzudan kənar gəzməyə çalışır. Bədbin deyil. Hadisələri pozitiv dəyərləndirməyi bacarır. Gülərüz olması və xoş sözləri ilə həyat yoldaşına yaşama sevinci verir.
3. Gözəl söz deməkdə comərd, pis söz deməkdə xəsis olur.
4. Həyat yoldaşını olduğu kimi qəbul edir, onu dəyişdirməyə çalışmır. Onu başqaları ilə müqayisə etmir. Dalaşmaqdansa, səbirli olmağa üstünlük verir.
5. Atacağı hər addımda həyat yoldaşının fikirlərini öyrənir. " Belə bir addım atmaq istəyirəm. Sən necə düşünürsən? ". - deyə soruşur.
6. Həyat yoldaşının xasiyyətinə görə davranır.
7. Həyat yoldaşının qohumlarına qarşı hörmətcil və diqqətcildir.
8. Hər şeydən tez usanmır. Əsəbi və hirsli deyil. Evliliyin fədakarlıq tələb etdiyini düşünür və güzəştə getməyi bacarır. Yerində danışıb, yerində susmağı bilir.
9. Həyat yoldaşının zövqünə hörmətlə yanaşır. "Zövqlər və rənglər mübahisə edilməz" şüarını seçir. Ona qarşı dürüst olur və verdiyi sözü mütləq yerinə yetirir, boş vədlər vermir.
10. Həyat yoldaşının hər insan kimi qüsurları və xətaları ola biləcəyini qəbul edir.

ideal Azərbaycan ailəsi: Xəyyam və İlahə

Ailə həyatından razı deyilsən?

Amerka alimlərinin apardığı araşdırmalar göstərib ki , ailələrin dağılmasına səbəb olan əsas amil 4 - dür
1. Seksual uyğunsuzluq.
2. Müxtəlif fikir ayrılıqları.
3. Maddi problemlər.
4. Psixi, fiziki emosional pozğunluqlar.
Ailələrin dağılmasının ən başlıca səbəbi olan seksual uyğunsuzluğu aradan götürmək üçün psixoloqlar bu sahədə daha çox bilgi toplamağınızı tövsiyyə edir. Seksual bilgisizlik ən çox qadınlarda təsadüf edilir. Amma qadınlar onu da yaddan çıxarmamalıdırlar ki, bu sahədə çox bilmək, əks cinsin bildiyindən də çox olmalıdır.
Müxtəlif fikir ayrılıqlarına gəlincə isə ailədə xanımların daha səbirli, daha çox danışmaması məsləhət görülür. Mütəxəsisilər 50 faiz ailələrin maddi problemlərlə müəyyən qədər də olsa üzləşdiyini deyir. Qadın və kişi hər bir məsələdə bir - birləri ilə anlayışlı olmalıdır.

Ailə həyatında yeddi qayda

1. Mübahisə etmək lazım deyil.
2. Bir - birinizin xasiyyətini dəyişməyə çalışmayın, axı siz bir - birinizi elə sevib evlənmisiniz.
3. Tənqid etməyin. Tənqid insanı özünümüdafiəyə sövq edir, o da sizi tənqid edəcək və münasibətlərinizin pozulmasına şərait yaradacaq.
4. Xoşrəftar olun.
5. Bir - birinizə səmimi minnətdarlıq edin.
6. Bir - birinizə diqqəti heç zaman azaltmayın.
7. Ər - arvad münasibətlərinin qaydasında getməsi üçün doğru kitablar oxuyun.

xoşbəxt ailə şəkili,fotoqraf Kənan Məcidov

Hansı yaşda evlənmək daha uyğundur?

Texas universitetinin alimləri 1503 şəxs arasında sorğu keçirib. "Hansı yaşlar arasında bağlanan nigahlar daha çox uzun sürür." Tədqiqat zamanı müəyyən olunub ki, erkən yaşda əksər evlilik boşanma ilə müşahidə olunur. Alimlər belə yaş həddinin nigahını gəncliyin şıltaqlığı hesab edir. Həmçinin onların çiyinlərinə düşən yük həddindən artıq ağır olduğundan, nigah sona qədər davam gətirə bilmir.
Gec edilən evliliklər, tez evlənənlərlə müqayisədə daha uğurlu sayılır. Lakin alimlər bildirir ki, gec evlənən şəxslərin artıq yaşları keçdiyi üçün onlar biri - birilərinə çətinliklə öyrəşirlər. Bu da evlilikdə soyuqluğa gətirib çıxarır.
Araşdırmaların nəticəsi kimi alimlər ideal evlilik üçün 23-27 yaşı hesab edir. Mütəxəsislər ilk gördüyünüz insanla da ailə həyatı qurmanızı uğursuz nigahlar sırasına daxil edir.

Qeyd: Yazıda istifadə edilən şəkillər fotoqraf Kənan Məcidovundur.

Həmçinin bax: xoşbəxt bir ailə qurmağın sirri

5 şərh

SHATENKA407
indi ideal olmaq və həmçinin ideal ailə qurmaq çox çətindi..hətta çox hallarda mümkün deyil
KHALIL
ideal heyat qurmaq ucun cox seyler itirmeli olursan…
asel
indiki zamanda ideal aile tapmaq cetidi
_BUMERANQ_
Əslində etdiyimiz bütün yalnışlıqlar idealı axtardığımız üçündür. Olmayan bir şeyi necə axtarmaq olar axı?!
Əsas olan odu ki, hər şeyə elə özümüzdən başlayaq, çünki hər şey bizdə başlayır və bizdə bitir.
 
Medikamentoz
Dünyaya hökm edən qüvvətlidir,Özünə hökm edən qüdrətli.  Orxon Yenisey