Uşaq tərbiyəsi

Övladlarınızı yaxşı yetişdirin.
Hər zaman sadəcə doğruları dedirdin.
Ürəyi istəmədiyi üçün dərsini oxumadığında "işıqlar yanmırdı" deməsin.
"Vazanı kim qırdı?" dediyinizdə "mən qırdım" deyə bilsin.
Məsuliyyətli olmağı öyrədin.
Birini əzmədən də yuxarılara çıxa biləcəyini öyrədin.
Birini nümunə götürsün istiyirsinizsə; Hz. Mühəmmədi (s.ə.s) tanıdın ona...

Qızlarınızı yaxşı yetişdirin.
Namuslu olmağın ürəkdən gəldiyini öyrədin.
Evdən çıxan kimi, ətəyinin boyunu qısaltmağına, ehtiyac olmadığın öyrədin.
İnsanın əxlaqının yalnız öz beynində olduğunu öyrədin.
Qısqanılmağın sevilməklə eyni olmadığını öyrədin.
Qısqanılmağın gözəl, hörmətsizliyin pis olduğun öyrədin.
"Məni çox qısqanır, çölə çıxarmır, bunları geyinməyimə icazə vermir" deyən adamla
qürur duymamağı, bunun əslində özünə təhqir olduğunu öyrədin.
Axtarıb: "Haradasan ? Kiminləsən? " və.s.... deyən insana:
"Səni tanımadan əvvəl necə davranacağımı bilmirdimmi?" deməyi öyrədin.
Amma, bu sözləri dedirtməməyin daha gözəl olduğun öyrədin...

Oğullarınızı yaxşı yetişdirin.
Qarşı cinsə hörmət etməyi öyrədin.
Onu dünyaya gətirənin də, bir qadın olduğunu öyrədin.
Bir qadının çiyininə dost olaraq da sarıla biləcəyini öyrədin.
Sevməyin dəyər vermək olduğunu öyrədin.
Sahib çıxmaqla, sahibi olmağın fərqli olduğunu öyrədin.
Həyat yoldaşına inanmaqla, xoşbəxt bir ailə sahibi ola biləcəyini öyrədin.
Evləndikdən sonra, həyat yoldaşına sadiq olmağı öyrədin.
Bütün gəncliyini bəziləriylə bərabər olaraq keçirtdikdən sonra,
kimsəylə bərabər olmamış birini axtarıb, evlənmək istəməyinin ikiüzlülük
olduğunu öyrədin...
 

2 şərh

Gülnar
Bunları öyrətmək lazımdı amma çox şey də adamın gərək qanında olsun…
Ferid_Zeynalli
Eslinde qanimizda var. sadece onu cixartmaq lazimdi ordan