Xırdaçılıq xəstəliyi

Deyirlər: " Həqiqətlər təfərrüatlarda gizlənir ". Bu fikirlə razılaşmamaq olmur, amma bu da həqiqəti öyrənməyin yeganə yolu deyil.
Məqsədim " təfərrüat " sözü ətrafında nəsə yazmaq deyil. Çalışıram ki, ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlarla bağlı xüsuslara toxunum.
Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə təfərrüatlara həddindən artıq dəyər verilməsini xoşlamır. Qarşılıqlı inam və sədaqətin yetərli olacağını düşünür və məsələlərin əsas nüanslarını danışmağa və dinləməyə üstünlük verir. Lakin tam əksinə elə insanlar da var ki, hər xırda təfərrüata önəm verirlər. Xoşlarına gələn cavabı almayanda " yola verildiklərini" düşünürlər. Bu, eynən Qərb mədəniyyətində yazılı müqavilələrdə ən incə detalların nəzərə alınmasına bənzəyir. Bu tip insanlar ən uzaq, ağlagəlməz ehtimalları soruşur, araşdırır, öyrənmək istəyirlər.

Taha və Səniha yuxarıda bəhs etdiyim iki zidd fitrətə ( təbiətə ) malik olan evli cütlükdür. Taha birinciyə, Səniha isə ikinciyə örnək insanlardır ( elə bu yerdə əlavə edim ki, ümumən daha çox qadınlar təfərrüata varır ). Bu evli gənclərin bir-birinə inam və sədaqəti sonsuzdur. Onlar şüurlu müsəlman ailələrində yetişmiş, mükəmməl dini təhsil almış, dinə sahib çıxan, dəstək olan insanlardır.

Taha uzun müddətdir, həyat yoldaçının , ( xüsusilə, iş və ya dost toplantılarına rast düşən ) telefon sorğu-suallarından narahat olur. Çünki burada " sorğu-sual tərzi " hakimdir. Hətta həyat yoldaşı o qədər təfərrüata varır ki, niyə zəng etdiyini unudur. Sadə bir misal:

- Xanım! Bu axşam evə bir az gec gələcəyəm, çünki...

- Haradan zəng edirsən?

- İş yerindən!

- Telefonumun ekranına nömrəsi düşmədi axı?

- Daxili telefonumdan yox, mərkəzdən zəng edirəm, ona görə düşməyib.

- Əvvəllər həmişə birbaşa zəng edirdin, indi niyə...

Beləcə sorğu-sual davam edir. Taha: " O qədər çoxdur ki, bunun örnəkləri, inan, evə zəng etmək istəmirəm. Hətta sənə deyim, əgər yoldaşım bilsə, problem olar. Bəzən zənglərinə belə cavab vermirəm, " - deyir.

Başqa bir örnək. Taha axşam dostları ilə keçirdiyi ziyafətdən evə qayıdır.

- Xoş gəldin! Toplantı necə keçdi?

- Hikmət xanım nə hazırlamışdı?

İstəyirsiniz, cavabları vermədən sualları ardıcıl sıralayım: " Nə şorbası bişirmişdi? Dadlı idi heç olmasa? Təkcə onu hazırlamışdı? Şirniyyatları hansı dükandan almışdılar? Salondakı güllərin yerini dəyişəcəkdi, dəyişibmi? Meyvə də verdilər? Ayrı-ayrı, yoxsa doğranmış şəkildə ortaya qoydular? Ziyafətiniz saat neçədə qurtardı? Niyə belə uzun çəkdi? Keçən dəfə tez qurtarmışdı..." Ardı-arası kəsilməyən suallar davam edir, çox vaxt da yorulan Taha " kaş ki, bu ziyafətə getməyəydim " deyir öz-özünə.

Bu iki misal eyni ailəyə aiddir. Birinci misal insana " qısqanclıq " məfhumunu xatırlatsa da, ikinci misal bunun əksini deyir. Əslində, məsələ qısqanclıqdan da betər, yuxarıda danışdığımız kimi, detallara maraqdan qaynaqlanır.

Bu problemi necə aradan qaldırmaq olar? Taha buna nə qədər dözə, səbr edə bilər?  Bunu deyə bilmərəm, ancaq münasibətləri bu şəkildə davam edərsə, bir gün mütləq " özündən çıxacaq ".

Bunun üçün Səniha daha diqqətli davranmalı, təfərrüata marağını boğmalıdır. Madam ki, sədaqət və inam öz yerindədir, ərinə etibar edir, demək ki, bir problem yoxdur. Düşünürəm ki, iradəsini ortaya qoyaraq bunun öhdəsindən gələ bilər...

Mənbə:Ahmet Kurucan " Ailə həyatımız "

6 şərh

AdeLina
Ümumiyyətlə məncə, xırda şeylərə görə inciməmək lazımdır, problem çıxarmaq düz deyil, hətta elə belədən sevinmək, xoşbəxt olmaq lazımdır, məsələn elə belədən gülümsəyin və ya qarşınızdakını sevindirəcək çabalar göstərin… Ətrafda sevinməyə o qədər şey varki, problem çıxarmaq doğru deyil məncə
Bakılı
Mənə də elə gəlir ki qadınlar daha xırdaçıldılar, sual verməyi çox sevirlər. Azərbaycanda evdar qadınlar işdən qayıdan ərinə o qədər sual verir ki, hamısını cavablandırmağa ərin nə səbri olur nə də vaxtı. Xırdaçıl olmaq lazim deyil, əhəmiyyətli olsa onsuzda sizinlə bölüşəcək.
Kinosunas
Təəssüflər olsun ki, bəzi yerdə xirdaçılığım var. Nəsə olsa xoşbəxtliyin dadını çıxarmaq əvəzinə arxasında nəsə axtarıram.
SABINA ZZ
curukcu insanlardan zehlem gedir.yaziq taha,ureyimagridi,seniha xanimin bexti getirib ki heyat yoldasi sebrliymis
məryam
Men qazetin baş redaktoruyam. Hazırlanan gözel qazete baxmaqdansa, sehvleri axtarıram. Menim qazet uşçilerimide nezaretden keçirmesen, vay o qazetin halına. Bezen xıtdaçı olmaq gözeldir.