Çatışmazlıqlar

... Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla , çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək...

1940 - cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His - duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın...

Tutaq ki, çətinliklə də olsa, ocaq yandı. Bazarda kəsilmiş, yonulmuş hazır toyuq yoxdur təbii ki... Haydı, yoldaşınızın kəsdiyi toyuğu yolmağa başlayın, içini təmizləyin...

Hər tərəf yağa bulaşdı. Sabun çox bahadır və ancaq paltar yumaqda istifadə olunur. Əlinizi torpağa bulayın və yuyun. Başqa yol da yoxdur...
Süfrəni yığışdırdınız. Qab - qacağı yumalısınız. Həm də yuyucu maddə olmadan...
Artıq axşam düşür. Daş divarlı soyuq otaqlar üçün manqal qalayıb tüstüsü keçəndən sonra bir - bir otaqlara aparmalısıınız...
Çıraqları yandırın. Çünki əlinizi atan kimi yanan işıqları hələ tanımırsınız...

Aman Allah, hələ inəklər sağılmalıdır. Toyuq - cücənin qapısı açıq qaldı, haydı tələsin!...

Uşaq yenə altını islatdı. Uşaq bezi olsaydı?! Uşaq bezi? O nədir ki? Uşağınızı ocaqda isitdiyiniz o qiymətli su ilə yuyun...

Paltarları yumaq üçün isə çay kənarından gil gətirməlisiniz. Əvvəlcədən suya qoyun ki, gilli suyunuz hazır olsun...

Ananız üçün darıxdınız? Telefon olsaydı danışardınız. Ancaq böyük bir şəhərdə yalnız bir telefon var. Onun da o biri tərəfində ananız gözləmir təbii ki... Axşamdan qalan yeməyi ən soyuq otağa qoyun ki, xarab olmasın. Üstünü də möhkəm örtün ki, it - pişik dəyməsin... Kənddə toy var. Haydı geyinin toy - bayramlıq paltarınızı, özünüzü gəlin kimi hiss edin. " Bunlardan bir neçə dənə də olsaydı " fikri heç ağlınıza belə gəlməsin... Necədir, gözlərinizi açıb hazır qazı, işığı görəndə özünüzü varlı hiss etdinizmi? Bəli, analarımız olmasa da nənələrimiz belə yaşadılar o günlərdə...

38 şərh

lili95
indiki texnikanin varligindan xeberimiz olmasaydi biz de yeqin ki nenelerimiz kimi olardiq.yene de bu gunumuze sukur.(yay vaxti istirahete gedende kend heyati mene xususi zovq verir)
Aysel218

insan oxudugca bele yorulur :)

MaksiMuS
Hele bunlar 1 yana indiki qizlar kimi 1-2 uwaq dogana kimi kulli miqdarda pul tokmurdunki uwaq saglam olsun.7-8 uwaq,kulfetin qaygisina qalmagi bacarirdi nenelerimiz.Ewwi indiki qizlar… Açmiyundaa agzimi:)
Aysel218
Size boyuk hormetim var ama xahis edirem  indiki qizlar… hamiya aid etmiyin..duzdur 7-8 uwaq indi hec kim istemez ama  bu qizlarin  yaxsi olmamagi menasina gelmir
lili95
Men bele dusunmurem. Bizim ne gunahimiz varki, her seyi robotlar edir.Ya da ki, pampers.Bir de ki, inteqrasiya var.Hami avropalasma ugrunda gergin mubarize aparir.Dunen axsam Bakida geylerin paradi kecirilecek xeberini esidende ise lap soka dusdum.EVROVISION bizi yaman gune qoydu.Daha bilmirik ki,avropasayagi hansi isler gorek.Bu gedisle geleceyimiz parlaqdi. Gerek arada muselman oldugumuzu unutmayaq. O ki qaldi saglamliga bunda gunahimiz kesin yoxdu.Bizi ehate eden muhitimiz bu veziyyete getirib cixardir.
Aysel218
Lili senle tam raziyam
BaKiNeC
Bunlar hamısı insan əməlinin məhsuludur ki bu günə gəlib çıxıb.Süni yeraltı partlayışlar,süni yagış və qar yağıntıları və s.İnsan özü bunları özü üçün çətinləşdiri.Bir başqa topikdə qeyd etmişəm bir daha burda da təkrar olmasın diyənə qeyd etmək istəriyəm `Yer üzü yeganə məkandır ki burda ALLAHA üsyan olunur`!!! Bir haldakı ALLAH hər bir şeyi insan üçün yaradıb və onun ixtiyarına verib.Əvəzində isə insan ona veriləndən lazımı qayda da deyil tam əksinı istifadə edir və sonda acı nəticələrlə üzləşir.
lili95
Çernobil qezasinin oldugu yerde yetisdirilen heyvanlari yemekden. Hec bilirik ki, qidalarimizin terkibi temizdi ya yox
MaksiMuS
Hormetine göre sagol, ama sebebin bilmesem de ekser qizlarimizi bawa duwmurem.Cox kaprizni,kompleksli,ters,ipe sapa yatmaz olublar:(
Aysel218
Her insana aid etmek duzgun deyil..ele indiki oglanlarin da hamisina ideal veya yaxsi demek olmaz ..ideal insan yoxdu ama insanlarin pisi de var yaxsisida
MaksiMuS
Aysel ama gel etiraf edek ki,indiki qizlar evleneceyi wexsden daha cox wey teleb edir,çem oglan qizdan.hm?
Aysel218
bununla da raziyam..ama men oz adimdan danisacamki elbette gelecekde evleneceyim wexs bezi kriteriyalarima uygun olmalidir.meselen medeni olmaq kimi.bir de  tehsil..mence indiki qizlarin choxu da ele bunlari teleb edir/teleb edir deyendeki kimise secende gerek duzgun insan olsun..her kes layiq oldugu heyati yasayir mene gore
MaksiMuS
Eslinde burda psixoloji amil de muhum rol oynayir. Ata evinde istekli, erköyun, nazla boyumuw qizin sabah o gunedek ona yad olan evde,ortamda yawamasi,evin butun agirliginin ona duwmesi kimi cetin sinaga duwmesi kimi hallara qizin nece sebr duwmesi,uygunlawmasini duwunende indiki qizlari bu kimi hallara hazir gormurem.bilmirem fikrimi ne qeder duzgun ve aydin ifade etdim ama,indiki qizlarimizdaki DÖZÜMSÜZLÜK sindromu çetin ki, coxsuna aile heyatinin cetinliklerine sine gelmeye imkan versin.
Aysel218

amma duzgun ve bir biirini basa dusen insanlar  evlenende mence hec bir problem olmur

məryam
Maraqlıdı. TŞK.
umud600
Maraqlı şərhlərdi :) Bizdə bir Həsən əmi var idi. Bir gün oğlunu çağırır yanına və deyir ki, bəs filankəsin qızını aldım sənə. Oğlu atasına deyir ki, axı mən onu sevmirəm. Atası nə desə yaxşıdır? " Qələt eləmə, mən heç ananı tanımırdım, alandan sonra sevdim " :)) Qeyd edim ki, bu hadisə hardasa 20 il bundan qabaq olub. Tşk.
məryam
Burda olsa, ya gəlin qaçar, ya da bey.
umud600
Məryəm, desəm inanmazsız bəlkə də. Tam səmimi, kəndimizin son 100 ilin xatırlayanlar çoxdur. Deməli, 1 əsrdə cəmi 6 ya  7 boşanma hadisəsi olub. O da obyektiv səbəblərdən.
cahandar
Mövzu gözəl və müsbətə layiqdir.Arada belə mövzular yazmaq lazımdır ki oxuyanlar günümüzə şükr etsinlər.Onu da qeyd edim ki kəndlərimizdə yazılan çətinliklər qalmaqdadır.Əksər kəndlər qazla təmin olunmuşdersa xeyli kənd təmin olunmamış qalmaqdadır.Və odun problemləri var.Daha sonra kəndli cücə toyuq mal heyvan dərdi şəkir.Düşünməyin ki pampers var və hər ailə faydalanır xeyir imkansızlıq ucbatından bir çox ailələr vardır ki pampersin iç gelini çıxararaq onu əski ilə əvəz edir ki üste islanmanın qarşısını alsın vı pampersə qənaət etmiş olsun (bu metodu uşağına qarşok öyrədən analar da istifadə edir) .Yəni günümüzə şükr etmək lazımdır.Bu şətinliklər yalnız qadın üçün deyilməyib kəndli kişi də olmazın çətinliklərlə üzləşir,yayda ot taxıl yığır ki qışda satsın mal heyvanı otarır,tövlə təmizləyir və.s.topikdə yazıldığı kimi istidə əyləşdiyi zaman yadına düşür ki toyuq cücənin hininin qapısı aşıq qalıb indi get bağla.Nəisə...təşəkkür…
umud600
Qeyd etdiyiniz pampers məsələsi demək olar ki, əksər kənd yerlərində dəbdədir. Hələ ocaq üfürməyi denirəm.
lili95
Her ne qeder cetin olsa da kend heyati xosuma gelir.bu isleri hezz alaraq gorurem.heyif deyil hise, pasa bulasaraq samovar qaynatmaq
Ferbara
lili95, nə gözəl təsvir elədin. Mən də kənd həyatını xoşlayıram. Amma qışını görməmişəm. Hər yay mütəq kəndə bir həftəlik də olsa gedirəm. Bakıda isə mütləq bağımızda samovarı mən qaynadıram. :)
O ki, qaldı çətinliklərə. İnsan o zaman xoşbəxtliyi hiss edir ki, onun çoxlu çatışmazlıqları olsa da, inadına bunların öhdəsindən gəlir. Bu zaman o, özünü çətinliklərə qalib gələn qəhrəman hiss edir.
Aysel218
bele baxanda kim ozunu cetin veziyyete salarki...hazir seyler varken :)
Ferbara

Zeynalabdin Tağıyevin məsləki bənna olub. Deyirlər, o, varlanandan sonra uzun illər keçmişini, hardan gəldiyini unutmamaq üçün evində, görünən bir yerdə bənna paltarı və alətlərini asmışdı.

kentavr
UMUD 600,bala bunlari sen harda gormusen?
Ferbara
Üzvlərə müraciət formasını seçməmişdən əvvəl profillərinə nəzər yetirin. :)
kentavr
Men bunu nenelerimizin dilinden dedim,hemin ocetinliyi goren nenelerimizin ve qoy iradi da Umid qardasim ozu bildirsin,artiq derecede xahis edirem siz bir de menim yazilarimda sehv tutmaqdansa deyerli serhlerinizle mesqul olun!
umud600
Kentavr, salam. Ferbara nə dedi ki? :) Nə bilsin ki, nənələrin dilindən deyirsiz.:) Öz dilizdən desəydiz də burda bir problem yox. Həqiqətən Firəngizin dəyərli şərhlərinə ehtiyacımız var. Google — də Gənzə yazın və axtarış eliyin. O kənddə indi də yazıdakı problemlərdən var. Baxın, o dağlarda o qədər quzu otarmışam ki uşaq vaxtı. :)
ElcinHesenov
Karizma harda varsan orada qalmaqal var ayıbdır.Burada ki,insanları incitmə «mm» nə deməkdir oda sənin şüarındır yoxsa kodundur? bəsdir.İnsanda mənlik varsa belə şeylərə yol verməz.Bura çat deyil,səviyyəli saytdır.
ElcinHesenov
Yaşamağa dəyər yalnız istirahət üçün
Karizma
Sen basdadin .Hec men seni tanimirdim.Ozuvu Polat Alemdara oxsadirsan sen 100 faiz.Ogru alemine salamlar
Old_Baku_
ne salmisan eee polat alemdar polat alemdar necati sasmazin (polat alemdarin yeni) dirnagi ol sonra daniw hec olmasa onun Turkiyede Azerbaycanda hormeti var senin hec day bu saytdada hormetin yoxdu…
Karizma

Duz deyirsen Men polat alemdarin dirnagi ola bilmerem amma sen basqa seyi ola bilersen deyesen.O ki qaldi hormete.Qalmisam kayzendeki senin hormetive.Ozuve hormet ele.Qatiq qatiq da danisma.Ged isinnen mesgul ol

Old_Baku_
Karizma sen uje xettinden cixdin uje temiz.....wexsiye gel.
cahandar

Kayzen rəhbərliyindən bu şərhin silinməsini xahiş edirəm öz adımdan.Bu nə deməkdir biz hansı sayta daxil olmuşuq proqram qarışıb??!!?? Kayzen rəhbərliyi niyə sayta daxil olub bunları oxumur?? Oxuyursa niyə silmir?? Yəni biz daha gəlməyək sayta?? Mən anladım bu Karizma adlı səfehin dərdi nədir?? O başqa saytın adminidir gəlib kayzeni gözdən salmağa.Faydalı işrirakçı yazarlarını didərgin salmağa.Polad aləmdar yenə yaxşıdır bu başdan ayağa fatmafüldəki qardaşı Rahmidir ki?? Ya da Yaşaranların küçüyü.


 

ayxansevda
Old Bakunun bu saytda yetərincə hörməti var lütfən hərə öz adından danışsın sayt adından yox şərhlərinizə fikir verin
Nailə_Qasarayeva
Bizə hələ qaz çəkilmədiyinə görə odun sobasından istifadə etməli oluruq. Hər dəfə odun qoyanda, sobanın ətrafı bulaşdığı üçün təmizləməli oluruq. Bu əziyyəti hələ çəkirik.
Toyuq-cücə, mal-qaranı saxlamaq çətin olmağına baxmayaraq, faydası da var. Çünki ətin keyfiyyətinə tam əmin oluruq. Umud600, Sizin yazmadığınız bir şey qalıb ki, o da meyvə — tərəvəzin becərilməsidir. Bu həm maraqlıdır, həm də  xeyirlidir. Bazarda satılan meyvə tərəvəzin keyfiyyəti aşağıdır və hətta bəziləri (genetik modifikasiyalı məhsullar) zərərlidir. Mətləbdən kənara çıxmayım. Sadəcə, qeyd etmək istəyirəm ki, bu işlərin  mənfi cəhətləri olduğu kimi, xeyirli cəhətləri də var.
Topikə görə sağ olun.