Uşağı tərbiyələndirmək üçün qaydalar

Uşağı düzgün tərbiyə etmək böyük elmdir, onların gələcəyi isə  valideyinlərin  elmi biliyindən aslıdır. Ona görə də əgər siz, xoşbəxt, müstəqil, özünə inamlı uşaq tərbiyə etmək istəyirsinizsə,  öz məsuliyyətinizi dərk etməli və  valideyin hüquqlarınızdan sərt istifadə etməməlisiz. Unutmayın ki, gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi yetişdirmək əsas vəzifəmizdir.   
Beləliklə sizə tərbiyənin əsas prinsiplərini özündə birləşdirən 9 qayda təqdim edirik.
1.Uşağınızın sizin kimi və ya istədiyiniz kimi olacağını düşünməyin.  Tərbiyə ona özü kimi olmağa kömək etməlidir.
2. Uşaqdan onun üçün etdiklərinizin qarşılığını gözləməyin.
3. Tərbiyə edərkən problemlərinizin  heyfini uşaqdan almayın.
4. Uşağın probleminə gözucu baxmayın və əmin olun ki, sizə xırda görünən məsələ onun üçün ağır ola bilər.
5. Tərbiyə edərkən uşağı alçaltmayın.
6. Uşağınız üçün nə isə edə bilmədikdə özünüzü günahlandırmayın,  əgər bacarıb etmirsinizsə onda  günahlandırmaqda haqlısız.
7. Əgər uşaq üçün etdikləriniz kifayət qədər deyilsə, deməli hələ heç nə etməmisiz. Bu tərbiyənin ən vacib qanunudur.
8. Özgələrin  uşağını  sevməyi bacarın. Öz uşağınıza məsləhət görmədiyinizi başqalarına da rəva görməyin.
9. Öz övladınınızı istedadsız, qabilyətsiz, uğursuz, həddi büluğa çatmış olsa belə, sevin. Onunla ünsiyyətdən zövq alın, çünki, onların sizinlə olduğu müddət doğurdan da bayramdır.

Müəllif:  Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı
 

0 şərh