Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Ata-analara nəsihət

Qonşumuz Əlinin beş və yeddi yaşında iki uşağı var. Bir gün yeddi yaşındakı oğlu Kənana benzinlə çalışan otbiçmə maşını ilə necə ot biçildiyini öyrədirdi. Maşını necə işlədəcəyini öyrədərkən yoldaşı Sevinc, Əlini bir sual vermək üçün içəri çağırdı. Əli içəri girəndə balaca Kənan maşını işlətdi və səhv olaraq çiçəkləri biçdi. Çiçək kərdisi bir anda məhv olmuşdu.


Ardı →

Problemi həll etmək...

İki nişanlı son günlərini sayırdılar.Bir ay sonra nikah mərasimləri olacaqdı.Hər ikisi yeni quracaqları bu ailənin bünövrəsini necə “möhkəmləndirəcəklərini” düşünürdülər.Gördükləri,tanıqları ailələrdə baş verən problemləri bir-bir nəzərdən keçirməyə başladılar:


Ardı →

Qaçış

Həyat yoldaşım səfərə çıxmalı idi.Mən onu yola salmaq üçün hazırlıq görür,o da səfərqabağı yır-yığış edirdi.Dörd yaşlı oğlumuz isə öz işində idi.Elə hey əl-ayağımıza dolaşır,dəcəlliyindən qalmırdı.Öyüd-nəsihətlərmiz də bir nəticə vermirdi.Nəhayət,həyat yoldaşım dözə bilmədi və ona küncdə dayanmağı tapşırdı.Səssizcə gedib küncdə dayandı.Üz-gözünü turşutmuşdu.Bir azdan oğlum arxaya çevrilib acıqlı bir səslə: “Evdən qaçacağam”-dedi.


Ardı →

Gəlin və qaynana

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qaynanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki, qaynanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi.Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı.
Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qaynanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qaynanası ilə xoş davranmağı da tapşırdı.Evə qayıdan gəlin tələsik “işə başladı”. Hər gün qaynanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qaynanasının da ona münasibəti dəyişmişdi.Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.
Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi.Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
— Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

Davamı →

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».


Ardı →

Ana

Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...
Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın Anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.
Ardı →

Qədrini bilmədiklərimiz

Bu ittihamı çox eşidirik: “Pul filankəsi dəyişdi“. Doğrudur, bu deyimdə qeybət də var. Ancaq həqiqət budur ki, sonradan əldə edilən var-dövlət, şan-şöhrət çoxumuzu asanlıqla dəyişir. Elə bil biz sosial vəziyyətimizə görə tənzimlənirik, münasibətlərimizi imkanlarımıza görə qururuq.
Bəxtimiz gətirir, işimizdə ciddi irəliləyiş olur, var-dövlətimiz xeyli artır… Beləcə ətrafımız bizi sıxır və yeni mühitlə, yeni insanlarla ünsiyyət qurmalı oluruq. Bəzən də köhnə mühitdən uzaqlaşmaq üçün bəhanələr axtarırıq. Maşınımızı dəyişirik, evimizi dəyişirik, geyimimizdə ciddi “yeniliklər“ görünür, gedib-gəldiyimiz ünvanlar, danışdığımız adamlar təzələnir.
Davamı →

Balaca qızın xiffəti

Balaca qız hər gün atasının şəklinə baxar, onu oxşayar və öpərdi. Necə də darıxmışdı atası üçün. Artıq iki il idi ki, atasını görmürdü. Valideynləri ayrılmışdı, amma bu balaca qızın dünyadan xəbəri yox idi. O, bilmirdi ki,əslində atası onları tərk etmişdi. Hər gün o, yenə də ümid edirdi ki, atası mütləq axşam işdən çıxıb, onu görməyə gələcəkdi.


-«Nə qəşən koftan var!» — deyə kimsə ona müraciət edəndə o, tələsik cavab verərdi:" Atam alıb!, Mənim atam!" — deyə nazlanardı. Həyətdə də öz həmyaşıdları ilə oynamazdı. Daim şeirlər deyər ,mahnılar oxuyar öz- özünə: " Atam alıb mənimçün rəngli qələm və dəftər, Kitabıma bax budur, gözəl — gözəl şəkillər..." Beləcə, bu minvalla günlər keçərdi.


Ardı →