Kişi necə olmamalıdır
Bununla belə, özlərinin verdikləri qiymətə əsaslanaraq, qadınları tənqid etmək hüququna malik olduqlarını iddia edirlər.
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
1. Uşaqların tərbiyəsi ilə bağlı fikirləriniz üst-üstə düşürmü?
2. İntizamın yaradılması metodları ilə bağlı fikirləriniz üst-üstə düşürmü?
3. Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi?
4. Uşaqların üstünə qışqırmamaq üçün özünüzü ələ almağa çalışırsınızmı?
5. Uşaqların yanında mübahisə etməməyə və savaşmamağa çalışırsınızmı?
6. Müəyyən işlərdə uşaqlarınızın sizə kömək etmələrinə icazə verirsinizmi?
7. Hansısa işi başa çatdırmaqda uşaqlarınıza kömək edirsinizmi?
8. Uşaqlarınızın işə vərdiş etməsindən ötrü cəlbedici oyun formalarından istifadə edirsinizmi?
9. Uşaqlarınızın gücü çatmayan işlərin yerinə yetirilməsini onlardan tələb edirsinizmi?
10. Yaxşı yerinə yetirdikləri işin əvəzində uşaqlarınızı tərifləyirsinizmi?
Uşaqlara münasibətdə atanın üzərinə düşən vəzifələri ananın boynuna qoymaq olmaz. Əgər ana öz vəzifələrini ləyaqətlə yerinə yetirirsə, bu, onun üçün kifayətdir. Ata və ana yalnız birlikdə çiyin-çiyinə işləməklə ALLAHIN tapşırdığı işi yerinə yetirə bilərlər.
ALLAH belə fikirləşib ki, ailə — ata, ana və uşaqlar — bu dünyada ayrılmaz tam kimi mövcud olsunlar.
Ailəni xoşbəxt etmək — təkcə ananın işi deyil. Ataların da yerinə yetirməli olduqları bəzi vəzifələr var. Kişi — ailə münasibətlərinin birləşdirici halqasıdır, o, öz güclü, səmimi, nəvazişli bağlılığı ilə möhkəm ittifaq yaradaraq, ailə üzvlərini, ananı və uşaqları birləşdirir.
ALLAH məhəbbət və anlamla sizin hərəkətlərinizi izləyir, sizin dualarınızı eşitməyə və ehtiyacınız olduğu şeylərdə sizə kömək etməyə hazırdır. O, hər bir ürəyin dərdlərini bilir və bütün fövqəladə anlarda ən yaxşı Dost kimi Özünü göstərir. Onun əbədi əlləri bizə dəstək verir. Bu gün də O, hər bir ananın qayğı və çətinliklərinə kömək əlini uzatmağa hazırdır. Anaların narahat ürəyini sakitləşdirmək üçün, Xilaskarımız onların dualarını eşidəcək və uşaqlarını xeyir-dualayacaq.
ALLAH valideynlərə təntənəli və müqəddəs bir işi etibar edib. Onlar ürəklərin tarlasında işləməlidirlər. Onlar öz uşaqlarının qəlbində böyük səy və qayğı ilə bağ salmalı, xeyir toxumları səpməli və hər cür alaq otunu qətiyyətlə təmizləməlidirlər. Xarakterdəki hər hansı çatışmazlıqları və nöqsanları düzəltmək lazımdır, çünki xarakterin gözəlliyinə ləkə vururlar.
Aşağıda qeyd olunmuş halları nəzərdən keçirin və öz uşaqlarınıza münasibətdə mövqeyinizi aydınlaşdırmağa çalışın.
Yaxşı davranışı dəstəkləmək lazımdır, bu yolla onu möhkəmləndiririk. Pis davranışla da bu cür baş verir. Ona görə də onu görməyə çalışmayın, yaxud da yüngülcə düzəliş verin.
1. Qardaşı ilə kiçik mübahisəni nəzərə almasaq, oğlunuz bütün gün ərzində özünü yaxşı aparıb.
2. Oğlunuz könüllü surətdə çirkli qabları yuyub, lakin yuyucu tozu yerinə qoymağı unudub.
3. On yaşlı oğlunuz öz qiymət cədvəlini gətirib: dörd beş, üç dörd, iki üç.
4. Oğlunuz mağazadan aldığınız şeyləri daşımaqda sizə kömək edir, lakin bağlamalardan birini əlindən yerə salır.
5. Oğlunuz salatdan başqa bütün naharını axıracan yeyib.
Məhəbbət qüdrətlidir, çünki Ilahi köklərə malikdir. «Hirsi yatıran» həlim cavab, «səbirli, xeyirxah», «bir çox günahın üstünü örtən» məhəbbət — bu cür ənamlar bizim həyatımızda izhar olunsaydı, belə şəfaverici qüvvə sayəsində necə dərslər öyrənərdik! Həyat necə dəyişik olardı! Bu qiymətli dərslər o qədər sadədirlər ki, hətta uşaqlar da öyrənə bilərlər.
1. Ailəmizdə mövcud problemləri həll etmək üçün vaxt ayırırıq.
2. Uşaqlarımın fikrilə razılaşmasam da, hörmətlə yanaşıram.
3. Öz fikrimi bildirməzdən qabaq onların fikrini dinləyirəm.
4. Uşaqlar mənimlə danışarkən onların gözlərinə baxıram.
5. Mənimlə sərbəst söhbət etmələri və sual vermələri üçün uşaqlarıma şərait yaradıram.
Öz həyat yoldaşınızla bu suallara cavab verin və nəyi daha da yaxşılaşdırmağın mümkün olduğunu müzakirə edin.
Uşaqlarımın etibarını, rəğbətini və dostluğunu qazanmaq və ya yenidən əldə etmək üçün nə edə bilərəm.
Bəzi valideynlər öz övladlarını başa düşmürlər və onları sözün əsl mənasında tanımırlar. Valideynlə uşaqlar arasında münaqişələr az-az baş vermir. Əgər böyüklər uşaqların keçirdikləri hissləri və onların ürəklərindəkilərini daha yaxşı başa düşməyə çalışsaydılar, bu onlara müsbət təsir edərdi. Ata və ana övladları üçün dost olmalıdırlar. Uşaqların məhəbbətini və etibarını qazanmaq və onları doğru yola yönəltmək üçün bütün imkanlardan istifadə etmək lazımdır.