Özünü bəyənməyən yazıçılar

“Məndən çox Lolita məşhurdur. Mən — dilə yovuşmaz adı olan çirkin yazıçıyam”.
Vladimir Nabokov, “The Paris Review”, 1967

“Mükəmməl beynim var; heyf ki, onu işə salmaq hərdən bir həftəmi alır”.
Mark Tven

“Mən üst-üstə yığılmış zibil yığınıyam. Bir kibrit çöpünə bəndəm”.
Rey Bredberi, “The Paris Review”, 2010

“Mən hamburger və kartofun ədəbiyyatdakı əksiyəm”.
Stefen Kinq

“Bərbad bir günün axırında yas tutmaq əvəzinə içi kağız dolu zibil qutusuna baxıram və “ən azından mənlə birlikdə bir neçə ağac da məhv oldu” deyirəm”.
Devid Sedaris

“Bir gündə ciddi yazıçı ola bilmərəm. Alma ilə portağalı müqayisə etmək olmaz. Uilyam Folkner dahi idi. Mən belə deyiləm”.
Con Qrişem

“Yazmağa bərbad şeirlər yazan uşaqlar kimi başlamışam. Nyu-Yorkda bir rahibə monastrına gedirdim. Dikkensi belə oxumağa qoymurdular, çünki o, vulqar sayılırdı. Mənsə oxuyurdum. Bu kimi səbəblərə görə ordan qovulmuşam”.
Doroti Parker, “The Paris Review”, 1956

“Hamı biabırçı kitablar yazır, mən niyə yazmayım ki? Əlbəttə, bu, mənə çox əzab verib, pul üçün ədəbiyyatı səhv yola salmışam. Varlı olandan sonra vicdan əzabım iki qat ağırlaşdı. Heyf ki hamı məcburən mənə və kitablarıma dözmək məcburiyyətindədir”.
Kurt Vonnequt, 1977

 

6 şərh

MURAD_SEYFULLAYEV
İnsanların özlərini bəyənməmələri və bu səbəbdən yaranan qəzəb bəzən onları daha böyük işlər görməyə sövq edir. 
Ferbara
Əksinə, ruhdan da sala bilir. İnsanın xarakter və iradəsinə görə belə hallarda istiqamət dəyişə bilər. :)
MURAD_SEYFULLAYEV
Düzdür! Şərhimdəki «bəzən» həmçinin sizin fikri də təsdiq edir. :)
Ferbara
Doğru. Diqqət etmədən açıqlama vermiş oldum. :)
Ferbara
Vladimir Nobakov elə bil öz yaratdığının müvəffəqiyyətinə qısqanır. :)