Prosper Merime

Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi.

Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır

Ədəbiyyata gəlişi

Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır. Lakin müəllif bu əsərdən razı qalmadığına görə onu nəşr etdirməyib. 1825-ci ildə o, özünün bir neçə dramatik pyesini "Klara Qasul teatrı" başlığı altında nəşr etdirdi. Lakin mistifikasiyaları çox sevən müəllif ön sözdə qeyd edirdi ki, bu pyesləri ispancadan tərcümə edib və guya onların müəllifi səyyar truppanın naməlum aktrisasıdır. Hətta nəşrin bəzi nüsxələrinə həmin aktrisanın portreti də əlavə olunmuşdu. Əslində isə bu Merimenin qadın paltarında çəkdirdiyi öz şəkilləri idi.

Roman və povestləri

Guzla (fr. Guzla) – 1827
Jakeriya (fr. Jacquerie) – 1828
Karvahal ailəsi (fr. Famille Carvajal) – 1828
IX Karlın hakimiyyətinin xronikası (fr. Chronique du temps de Charles IX) – 1829
Matteo Falkone (fr. Mateo Falcone) – 1829
Tamanqo (fr. Tamango) – 1829
Toledo incisi (fr. Perles Toledo) – 1829
Etrusk vazası (fr. Vaseé trusque) – 1830
Cəhənnəm sakinləri (fr. Ames du purgatoire) – 1834
İlli Venera (fr. Vénus d’Ille) – 1837
Jaklin (fr. Jacqueline) – 1839
İkili səhv (fr. Double méprise) – 1839
Kolomba (fr. Colomba) – 1841
Karmen (fr. Carmen) – 1845
Lokis (fr. Lokis) – 1869

Ölümündən sonra çap olunan əsərləri

Mavi otaq (fr. Chambre bleue) – 1873
Son novellalar (fr. Dernières novelles) – 1873
Naməlum qadına məktublar (fr. Lettres à une inconnue) – 1874
Digər naməlum qadına məktublar (fr. Lettres à une autre inconnue) – 1875

0 şərh