Migel de Servantes

Həyatı

29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir.1569-cu ildə Servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən əsir alınmışdır. Sonralar o Madridə qayıtmışdır.Onun Kastiliyanı tərk etmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat etmişdir.

Yaradıcılığı

1585-ci ildə Servantes "Qalateya" adlı pastoral roman, 1605-ci ildə "Don Kixot"un birinci hissəsini sonralar müxtəlif hekayələrini: "Qaraçı qız", "Qan gücü", "Ledi Korneliyanın romanı", "İtlərin söhbəti", 1615-ci ildə isə "Don Kixot"un ikinci hissəsini yazmışdır."Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutur.Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olmuşdu.

 

0 şərh