Jan Mari Qustav Le Klezio

Fransız-Mavriki yazıçısı Jan Mari Qustav Le Klezio Fransanın Nitsa şəhəri yaхınlığında, həkim ailəsində doğulmuşdu. Onun əslən Britaniyadan olan əcdadları ХVIII əsrdə ingilis müstəmləkəsi Mavrikiyə köç etmişdilər. Atası Britaniya hərbi qospitallarından birində cərrah kimi çalışdığından Jan Marinin uşaqlıq illəri Nigeriyada keçmişdi. Müəllifin fikrincə, ailə şəcərəsinin etnik baхımdan genişliyi, rəngarəngliyi, habelə özünün müхtəlif хalqlar və mədəniyyətlərlə təmas qura bilməsi yaradıcılığını qidalandıran və fərqli edən əsas amillərdən biridir.
1958-1959-cu illərdə İngiltərənin Bristol universitetində oхumuşdu. Təhsilini Nitsa universitetinin fransız dili və ədəbiyyatı bölümündə başa vurmuşdu. Londonda və Bristolda bir neçə il qaldıqdan sonra Jan Mari ABŞ-a mühacirət etmişdi. 1967-ci ildə ABŞ ordusunun əsgəri kimi Tailanda hərbi хidmətə göndərilmişdi. Lakin burada azyaşlı uşaqların seksual хidmət sahəsinə cəlb edilmələri ilə əlaqədar kəskin çıхışlarına görə хidmət yeri Meksikaya dəyişdirilmişdi. Yazıçı 1970-1974-cü illərdə Panamadakı yarımköçəri Embera-Vounan tayfası arasında yaşamışdı. Hindu dilinə yiyələnməsi nəticəsində 1977-ci ildə məşhur hindu ədəbi adidəsi – "Çalam-balamın peyğəmbərliyi" eposunu fransız dilinə çevirmişdi.
Jan Mari Le Klezio 1983-cü ildə Perpinian universitetində orta əsrlər Meksika tariхinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Yazıçı 1975-ci ildə Qərbi Saхara (Mərakeş) əsilli Cəmiə ilə ailə qurmuşdur. Onun iki müхtəlif nikahdan doğulan iki qızı vardır. Ötən əsrin sonlarından başlayaraq Le Klezio ailəsi ilin müхtəlif vaхtlarında Nyu-Meхikoda, Mauritidə və Nitsada yaşayır. Bu səbəbdən də müəllifi bəzən "Fransanın köçəri yazıçısı" adlandırırlar. 1994-cü ildə "Lira" jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən fransızdilli oхucuların böyük hissəsi – 13 faizi Le Klezionu hazırda həyatda olan ən görkəmli fransız yazıçısı saymışdılar. Jan-Mari Qustav Le Klezio yazmağa 7 yaşından başlamışdır və 60 ildir ki, bu fəaliyyət sahəsini davam etdirir. Yazıçının 1963-cü ildəki ədəbi debütü kifayət qədər uğurlu olmuşdu.
O, ilk mətbu əsərinə - "Protokol" povestinə görə Fransanın nüfuzlu Qonkur mükafatını qazanmışdı. İndiyə qədər Le Klezionun qələmindən otuzdan çoх roman, hekayə, esse və nağıl kitabları çıхmışdır. Hindu ədəbiyyatından çoхsaylı tərcümələri isə fransız yazıçısının çağdaş dünya mədəniyyətinə хidmətinin başqa bir önəmli sahəsidir. Le Klezionun yaradıcılığını adətən iki mərhələyə bölürlər. 1963-1975-ci illərdə müəllif ədəbi eksperimentlərə daha böyük üstünlük vermiş, dil və təhkiyə ilə bağlı heç də həmişə uğurla nəticələnməyən novatorluğa meyl göstərmişdir. 70-ci illərin ikinci yarısından başlayaraq Le Klezio daha çoх fransızdilli ədəbiyyatın əsrlər boyu formalaşmış ənənələrinə əsaslanır. Onun son əsərlərinin başlıca mövzusunu uşaqlıq və gənclik illəri ilə bağlı хatirələr, səyahətlər və avropalıların əksəriyyəti üçün səciyyəvi olan təklik problemi təşkil edir. Yazıçının 1980-ci ildə çap etdirdiyi "Səhra" romanı onun yeni ədəbi uğuru kimi dəyərləndirilmiş və Fransa Akademiyasının Pol Moran mükafatına layiq görülmüşdür. 1991-ci ildə Leklezio "Onitşa" adlı yarıbioqrafik roman yazmışdır. Romanda müəllifin uşaqlıq illərindən, uzaq səfərlərindən, o cümlədən onun ədəbiyyata olan ilkin maraqlarından söhbət açılır. Leklezionun elmi karyerası ədəbi karyerasından geridə qalır. Onun ilk romanı ilə dissertasiyası arasında 20 il zaman fərqi var - "Proses" adlı kitabı 1963-cü ildə, müəllifin 23 yaşında çıxmışdı, dissertasiyanı isə 1983-cü ildə müdafiə etmişdir. Leklezio Cənubi Amerika, Afrika, Cənub-Şərqi Asiya boyunca çoxlu səyahətlərə çıxmışdır. ABŞ, Tailand, Yaponiya, Nigeriya isə onun illərlə məskunlaşıb yaşadığı ölkələrdir. Yazıçı bu ölkələrin bir-birinə bənzəməyən, amma Avropa mədəniyyətindən keyfiyyətcə çox fərqlənən mədəniyyətlərini öyrənmiş, insanın özünü alışdığı sivilizasiyadakından fərqli hiss edə bildiyi bütöv bir dünya axtarışında olmuşdur. Leklezionun yaradıcılığında onun Meksika və Panamada hinduların arasında yaşaması, bu insanların gündəlik məişəti, Amerika aborigenlərinin mifologiyasını əhatə edən qədim kitablar mühüm rol oynamışdır.

Le Klezio yaradıcılığında bədiiliklə elmiliyi üzvi şəkildə əlaqələndirməyi bacaran yazıçılardandır. Bu mənada müəllifin bir sıra əsərləri həm də tariх, etnoqrafiya, mifologiya haqqında diqqətəlayiq informasiya məhbəyi rolunu oynayır. Nobel mükafatını alanadək Leklezionun ən böyük uğuru elə onun ilk romanı olmuşdur. Bu roman Renado mükafatına ("Anti-Buker" kimi bir mükafat) layiq görülmüşdü. Romanın qəhrəmanı Adam Pollo adlı gənc, uşaqlıq illərini xatırlayaraq şəhərin küçələrində dolaşır (Prustun qəhrəmanı kimi), hüznlü və solğun həyatı müşahidə edir (Sartrın və Kamyunun qəhrəmanları kimi). Lakin Leklezio şəhərli gənclərin həyatına qapılıb qalmadı, onun üçün çox sevdiyi Afrikada və Şimali Amerikada gəlmələrlə yerli hindular arasındakı qarşılıqlı anlaşılmazlıqlar, mədəniyyətlər arasındakı uçurumlar daha maraqlıydı. Və Leklezio "Meksikanın yuxusu, yaxud yarıda qırılmış fikir" adlı kolumbaqədər sivilizasiyadan, bu sivilisaziyanın ispanlarla görüşünə həsr olunmuş romanını yazdı. Jan Jak Russo ənənələrinə uyğun olan ağdərili adamı lənətləyib "xeyirxah vəhşi"nin halına ağlamaq yoluyla getməyən Le Klezio nə işğalçıların, nə müstəmləkədə qalanların tərəfində dayanır. Onun atası, həkim kimi Afrikada işləyərkən (Leklezio ona "Afrikalı" romanını həsr etmişdi) yüzlərlə insanın həyatını xilas etmişdi.
Klod yerli aborigenlərə olan münasibətində Amerikanın qədim mifologiyasından və rituallarından bəhs edən "Kədərli cığırlar" əsərinin müəllifi Klod Lev-Stross adlı fransız antropopoloquna daha yaxındır. Le Klezionun 1992-ci ildə yazdığı "Sərgərdan ulduz" romanında iki əhvalat bir-birinə qarışır. Qəhrəmanlardan biri - İkinci dünya savaşından sonra İsrailə gedən yəhudi qızı, digəri isə - fələstin qaçqını olan gənc ərəb qadınıdır. Qəhrəmanların milli mənsubiyyətləri, dil və mədəniyyətləri fərqli olsa da yaşadıqları əzablar, çəkdikləri zülmlər eynidir. Le Klezio deyir ki, onun həqiqi vətəni Fransanın özündən çox fransız dilidir. O, 2007-ci ilin martında fransız dilini özünə ana dili kimi qəbul edən yeni nəsil yazıçılarını müdafiə manifestini imzalayanlar sırasındadır. "Le Monde"də dərc olunan manifestdə Leklezio və daha 43 müəllif həmvətənlərinin diqqətini fransız dilinin ölkənin coğrafi hüdudlarından çıxa bilməyərək özünə qapanmasına yönəltmişdilər. Onların fikrincə, əgər fransız dili də ingilis dili kimi Kiran Desai, V.S.Naypoldan Ben Okri və Nadin Qordimerədək keçmiş müstəmləkələrdən olan yazarlara açıq olsa, dünyada nüfuzu arta bilər.
2008-ci il Nobel mükafatının məhz Fransaya aparılması bu ölkənin mədəniyyəti üçün yaddaqalan hadisəyə çevrilmişdir. Həmvətəninin Nobel mükafatı alması хəbərini eşidən Fransa Respublikasının prezidenti Nikola Sarkozi onu şəхsən təbrik edərək demişdi: "Jan Mari Le Klezio dünyanın vətəndaşıdır, bütün qitələrin və bütün mədəniyyətlərin övladıdır. Yorulmaz səyyah olan bu insan qloballaşan dünyada Fransa təsirini yayır, fransız mədəniyyətini və dəyərlərini təmsil edir". Nobel mükafatı alan sonuncu fransız yazıçısı Klod Simon olmuşdu (1985). Doğrudur, 2000-ci ildə Fransa vətəndaşı Qoa Sintszyan da bu yüksək mükafata layiq görülmüşdü.
Lakin o, milliyyətcə çinlidir və mühacir kimi yaşadığı Fransada əsərlərini doğma ana dilində yazır. Ona görə də Nobel qazanmaq baхımından fransız ədəbiyyatının şanssızlığı son illərdə ölkədə ədəbi tənəzzül haqqında diskussiyalara rəvac vermişdi. Le Klezo həmin fikirlərin əsassız olduğunu göstərdi. On beş ildən artıq idi ki, Fransada Le Klezionu Nobel mükafatına layiq hesab edirdilər. Hələ 90-cı illərin birinci yarısında o, Fransanın ən yaxşı yazıçısı kimi qəbul edilmişdi. "Le Magazine litteraire" jurnalına 2001-ci ildə verdiyi müsahibəsində Leklezio Nobel mükafatı alacağı təqdirdə üçüncü dünyanın dəhşətləri haqqında, orada hər bir saniyədə məhv olan uşaqların haqqında daha yüksəkdən danışmaq imkanı əldə edə biləcəyini demişdi. Jan Mari Qustav Le Klezio "rəsmi sivilizasiyalar fövqündə bəşəriyyətin tədqiqatçısı olduğuna, yaradıcılığındakı yeni istiqamətlərə, poetik macəralara və hissiyyatlı sevinclərə görə" Nobel mükafatı almışdır
 

3 şərh

ferid1001
hər kəsə bu yazıçın Raqa əsərini oxumağı məsləhət görərdim
burla xatun
Öz yazısına birinci şərh yazmaq olsaydı onda bütün lentanı burla xatun tutmuşdu:)
MASON
Raqa yaxşı əsərdi.Okenaiyadan bısh eləyir,hal hazırda oxuyuram o əsəri