Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Frans Kafka - Qardaş qətli

Sübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:

Şmar, yəni qatil, aylı bir gecədə, saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.

Soyuq adamın canına işləyirmiş. Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Ancaq soyuğu hiss eləmirmiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk-bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış.


Davamı →

Cəlil Məmmədquluzadə

Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897). İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir.

Davamı →

Deyl Karneqi

Deyl Karneqi 24 noyabr 1888-ci il Missuri ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suyla keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.

Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.


Davamı →

Əhməd bəy Ağaoğlu kimdir?

Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əsilzadə ailəsində anadan olmuşdur valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

Davamı →

Albert Kamyu (həyatı)

Fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957), sağlığında «Qərbin vicdanı» adlandırılmış Albert Kamyu Əlcəzairdə doğulmuşdu. 

Əslən elzaslı atası Lüsyen Kamyu kənd təsərrüfatı plantasiyalarında fəhləlik edirdi. O Albertin 1 yaşı tamam olmamış Birinci dünya müharibəsi cəbhələrində həlak olmuşdu. İspan mənşəli anası Katrin Sintes azsavadlı qadın idi. Ərinin ölüm xəbərini alanda stressdən dili tutulmuşdu. Oğlunu saxlamaq üçün evlərdə qulluqçuluğa başlamış, Albert isə daha çox nənəsinin və əlil dayısının himayəsində böyümüşdü. Kiçik yaşlarından taleyinə bu qədər çətinliklər düşməsinə baxmayaraq, özünə qapanmamışdı.


Davamı →

Fərman Kərimzadə

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.
“Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb.

Davamı →

Maarif ziyası saçan ədib

Nəcəf bəy Vəzirov dramaturgiyamızın inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.
Davamı →

Anatol Frans | Nobel nitqi

Anatol FransMən ömrümün bu ahıl çağında sizin gözəl ölkənizi, güclü kişilər və gözəl qadınlar diyarını görmək üçün bura gəlməyi özümə borc bildim. Mən buraya ədəbi karyeramın yekun tacı olan mükafatı minnətdarlıq hissi ilə qəbul etmək üçün gəlmişəm.

Alfred Nobel kimi nəcib bir insanın təsis etdiyi, bunca səriştəli, ədalətli münsiflərin məni layiq bildikləri bir mükafatı almaq mənim üçün böyük şərəfdir. Fransa Akademiyasının üzvü kimi mənə bir neçə dəfə sizin dəvətinizlə ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının seçilməsində məsləhətçi qismində iştirak etmək nəsib olub. Məsələn, parlaq üslubu, azad fikri ilə fərqlənən Moris Meterlinkin, sizin ədalət və sülh mücəssəməsi kimi qəbul etdiyiniz, vicdanlı insan olaraq qalmaq xatirinə şan-şöhrətdən imtina etmiş Romen Rollanın seçilməsində də belə olmuşdu.
Davamı →

Kenzaburo Oe | Nobel nitqi

10 dekabr 1994-cü il

Mən uşaqlığımı və yeniyetməliyimi Nils Holgerssonun böyük təsiri altında keçirən qəribə bir yaponam. Nilsin üzərimdəki təsiri o qədər böyük idi ki, o vaxtlar mən öz ölkəmdən daha yaxşı İsveçin gözəl yerlərini adbaad sadalayırdım.

Nilsin geniş zənginliyi mənim ədəbiyyata tutqunluğumu artırdı. Mən “Gencinin hekayəsi”nə etinasızlıq göstərmişdim. Özümü Selma Lagerlöfə daha yaxın hiss edir və bu məşhur “Xanım Murasaki” əsərinin müəllifindən daha çox hörmət edirdim. Ancaq yenə də Nils və onun dostlarına təşəkkürlər, mən “Gencinin hekayəsi”nə olan marağımı yenidən kəşf etdim. Nilsin təsiredici yoldaşlığı məni ora gətirdi.
Davamı →

Joze Saramaqo | Nobel nitqi

Əlahəzrət şahzadə, Xanımlar və Cənablar,
Ümumdünya İnsan Haqları Deklorasiyası 50 il əvvəl bu gün imzalanıb. İldönümü mərasimi hələ də davam edir. Amma bilirsiniz ki, zaman keçdikcə maraq azalır. Ortaya ciddi məsələlər çıxarsa, toplumun marağı hadisənin elə ertəsi günündə belə azala bilər. Yenə də bu anım mərasimlərinə qarşı çıxmıram. Mən də bir çoxuna mülayimliklə qatılmışam. Əgər uyğunsuz, vaxtı keçmiş, ya da yüngüllük hesab etməsəniz, buna bir neçə şey də əlavə edə bilərəm.

Bu 50 ildə hökumətlər əxlaqən etməli olduqları hər şeyi etmədilər əlbəttə. Haqsızlıq çoxaldı, bərabərsizlik artdı, cəhalət böyüdü və bədbəxtlik yayıldı. Qayalarının quruluşunu öyrənmək üçün başqa planetə alətlər göndərə biləcək bacarığı olan bu şizofrenik insanlıq, milyonlarla insanın aclıqdan ölməsi barədə laqeydliklə danışır. Marsa getmək qonşuya getməkdən daha asan görünür. Heç kəs öz vəzifəsini yerinə yetirmir. Hökumətlər də. Çünki bilmirlər, ya da edə bilmirlər və ya istəmirlər.
Davamı →