Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Anton Çexov

Gələcəyin yazıçısı Rusiya İmperiyasının cənubunda sadə ailədə anadan olmuşdu. Onun babası Yeqor Mixayloviç Çexov keçmiş təhkimçi kəndli idi. Beləliklə Anton, onun qardaş və bacıları nəsillərinin təhkimli ailədə doğulmayan ilk azad nümayəndələri idilər.

Sonralar o, məktublarının birində bu haqda belə yazırdı:

“Dvoryan yazıçıların təbiətdən müftə qazandıqlarını raznoçinlər cavanlıqları hesabına əldə edirdilər. Təhkimçi kəndlinin, keçmiş dükançı, gimnazist, tələbə, böyüklərə ehtiram ruhunda böyüdülmüş, keşiş əli öpən, başqalarının fikrinə itaət edən cavan oğlunun öz canından qul xislətini damcı-damcı çıxarmasından və bir gün oyanıb daha damarlarında qul qanı yerinə əsl insan qanı axdığını görməsi barədə bir hekayə yazın.”
Davamı →

Yazı yazmaq nədir? | Stiven Kinq


Yazı yazmaq nədir?

Telepatiyadır, əlbəttə. Bir an dayanıb fikirləşəndə çox məzəli görünür – uzun illər insanlar bu şeyin mövcud olub-olmadığı haqda mübahisə ediblər, C.B.Rhine kimi adamlar telepatiyanı başqa fenomenlərdən ayırmaqdan ötrü dəyərli test prosesini hazırlamaq üçün baş sındırıblar. Bu müddətdə isə telepatiya lap yaxındaymış, E. Ponun «Oğurlanmış məktubu” kimi açıqca dururmuş. Bütün incəsənət növləri müəyyən dərəcədə telepatiyadan asılıdırlar, amma yazı işinin tam arınmış damcıları təklif etdiyinə inanıram. Bəlkə tərəfkeşlik edirəm, amma hətta belə də olsa, yenə yazıya sadiq qalmaq olar, çünki bu haqda dü-şünmək və danışmaq üçün buradayıq.

 Mənim adım Stiven Kinqdir. İndi, 1997-ci ilin dekabrı, qarlı bir səhərdir, stolumun (həmin o çıxıntının altındakı) arxasında oturub, bu bölümün qaralamasını yazıram. Ağlımda çox şey var.
Davamı →

Tolstoyla söhbət

Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevnanın gündəliyindən bir parça
 
L. N. Tolstoyla söhbət 
Həyatım boyu mənə yalnız bir dəfə qraf  Lev Nikolay Tolstoyu görmək və söhbət etmək xoşbəxtliyi nəsib olub. Söhbətimiz Fyodr Mixayloviç haqqında olmuşdu və məhz buna görə mən bu görüşü xatirələrimə əlavə etməyi lazım bildim.
 
Qrafinya Sofiya Andreyevna Tolstoy ilə mən 1885-ci ildə, Peterburqa səfərlərinin birində, məndən mətbəə ilə bağlı məsləhət istəməyə gəldiyi zaman tanış olmuşdum. Qrafinya izah etdi ki, həyat yoldaşının hekayələri indiyədək Moskvada, kitabsatan Salayev tərəfindən çap olunurdu və buna görə ona kifayət qədər ciddi məbləğ ödəyirlər (əgər səhv etmirəmsə 25 min rubl).

Qrafinya tanışlarından eşidəndə ki, mən öz həyat yoldaşımın yazılarını özüm çap edirəm, qərara gəldi ki, qraf  L.N.Tolstoyun yazılarını nəşr etmək üçün o da cəhd göstərsin və kitab çapının incəliklərini öyrənmək üçün mənimlə tanış olsun. Qrafinya məndə kifayət qədər xoş təəssürat yaratdı və mən onunla tam səmimi olaraq öz “nəşriyyat sirlərimi” bölüşdüm. Çap etdiyimiz nümunələr, verdiyimiz elanlar, səhvlərə yol verməmək üçün hansı metodlardan istifadə etdiyim haqqında danışdım. Mövzu bir qədər geniş olduğundan, qrafinya görüşmək üçün bir neçə dəfə bizə gəlmiş və bir neçə dəfə də mən onun bacısı T.A.Kuzminskayagilə getməli olmuşdum.
Davamı →

İntiharı pisləyən nobelli yazarın intiharı

Yasunari Kavabata 1899-cu il iyunun 11-də qədim Osaka şəhərində dünyaya göz açıb. Valideynlərini erkən yaşda itirib. Tanınmış həkim olan atasının ölümündən bir il sonra anası da dünyadan köçüb. Ana tərəfdən babası və nənəsi Yasunari ilə bacısını öz himayələrinə götürüb. Bundan bir neçə il sonra onun nənəsi və bacısı da vəfat edib. Yasunarinin bu dünyada tək doğma adamı və pənahı babası olub.

Yeniyetməlik çağında Yasunari rəssam olmaq xəyalıyla yaşasa da 12 yaşına çatanda özünü söz sənətinə, ədəbiyyata həsr etmək qərarına gəlib. Onun öz kəşməkəşli həyatı barədə 1914-cü ildə qələmə aldığı ilk hekayə çox sonralar, 1925-ci ildə işıq üzü görür. Əsərin adı «On altı yaşlı gəncin gündəliyi» idi.

Çox keçmədən Yasunarinin babası da vəfat edir. Təkrar yaxın qohumlarının himayəsinə sığınan oğlan Tokioda orta məktəbdə oxuduğu dövrdə Avropa mədəniyyətinə və ədəbiyyatına böyük maraq duyur. Leonardo da Vinçinin, Mikelancelonun, Rembrandtın və Sezannın əsərləri onda silinməz təəssürat oyadır.

1920-ci ildə Tokio Universitetinin ingilis filologiyası fakültəsinə daxil olsa da, Kavabata doğma yapon ədəbiyyatına sonsuz maraq bəsləyir. Universitetin son kursunda oxuyarkən tələbə jurnalında çap etdirdiyi bir məqalə tanınmış yazarlardan Kan Kikutinin diqqətini çəkir. O, «Bunqey sündcü» (Zəmanə ədəbiyyatı) ədəbi jurnalı ilə əməkdaşlıq təklifiylə Kavabataya müraciət edir. Həmin dövrdə gənc Kavabata yapon ədəbiyyatında «sinkankakuxa» (neosensualizm) adıyla bilinən modernizmə meyl salmışdı. Özü kimi gənc yazarların təsis etdiyi «Bunqey dziday» (Müasir ədəbiyyat) jurnalında Kavabatanın çap etdirdiyi əsərlərdə o dövrün dəbdə olan yazarlarından Ceyms Coysun və Gertruda Staynın təsiri açıq-aşkar sezilməkdəydi.
Ardı →

Şekspir haqqında 10 maraqlı fakt

1. Böyük dramaturqun pyeslərinin çoxunun mövzusu keçmiş zamanlarda cərəyan edən əhavalatları əhatə edirdi. Bu isə həmin dövrdə geniş yayılmış bir praktika idi.

 2. Şekspir zamanının teatrlarında pərdələr yox idi, dekorasiyalar da çox az idi. Aktyorları əhatə edən mühit və şərait pyesin mətnində təsvir edilirdi.

 3. Yelizaveta dövrünün teatrı heç də “incəsənət mədədi” deyildi. Tamaşaçılar tamaşa zamanı meyvə alar və əgər xoşlarına gəlməsə, dişləyib aktyorlara ata bilərdilər. Belə bir fikir var ki, bu adət İngiltərədə teatr sənətinin inkişafına çox böyük təkan verib.

 4. Məlumdur ki, Şekspirin zamanında teatrda bütün rolları – həm kişi, həm də qadın rollarını kişilər oynayırdılar (XX əsrin əvvəllərində Azərbaycanda olduğu kimi). İngilis səhnəsində ilk qadın yalnız XVII əsrdə göründü (Bizdə XX əsr).Kişi qəhrəmanların isə qadın aktrisalar tərəfindən oynanılması dünya teatrı tarixində çox nadir rast gəlinən hallardandır. Böyük aktrisa Sara Bernar 1899-cu ildə Şekspirin kişi qəhrəmanını oynamağa razılıq vermişdi.

  5. Şekspirin 154 dahiyanə sonetinin nə zaman, harada və hansı xronoloji ardıcıllıqla yazılması, eləcə də onların kimə ithaf edilməsi haqqında, demək olar ki, heç bir məlumat yoxdur.


Ardı →

Zibil iyi mənim kitabımdan yox, xalqımdan gəlir

Ceyms Coys yaradıcılığı barədə düşüncələr

İrland yazıçısı, dünya ədəbiyyatının ünlü simalarından biri kimi sayılıb-seçilən Ceyms Coys (1882-1941) «Sənətkarın gənclik portreti» (1916), «Uliss» (1922), «Finneqana ehsan» (1939) romanlarının və bəşər mədəniyyəti xəzinəsinə «Dublinlilər» (1914) adıyla daxil olmuş silsilə novellaların müəllifidir.

Mövcud irland həyat tərzi ilə barışa bilməyən XX yüzilin dahi sənətkarı Ceyms Coys 1904-cü ildə doğma yurdu həmişəlik tərk etmiş, elə bu illərdə də İrlandiya haqqında sərt həqiqətlərin güzgüsü olan «Dublinlilər» kitabını yazıb başa çatdırmışdı. Lakin naşirlərin uzun müddət cəsarət edib yaxın buraxmadıqları kitab yalnız 1914-cü ildə işıq üzü görmüşdür. Bu münasibətlə Coys öz naşiri Riçardsona yazmışdı: «Hekayələrimdən zibil qutusunun iyi gəlməsi mənim günahım deyil. Belə fikirdəyəm ki, siz irlandları mənim hər şeyi olduğu kimi əks etdirən güzgümdə özlərinə baxmaq imkanından məhrum etsəniz, bütövlükdə İrlandiyada sivilizasiyanın inkişafını ləngitmiş olacaqsınız».


Ardı →

Jonathan Franzendən gənc yazarlara məsləhətlər

Jonathan Franzen — Oxucu sənin dostundur, düşmən, yaxud tamaşaçı deyil.

— Əgər roman yazıçının şəxsən özü üçün qorxunc, yaxud naməlum bir aləmə səyahət deyilsə, onu yazmağa dəyməz.

(Yalnız puldan ötrü yazmaq olar).

— İnformasiyanın dünyanın hər yerindən əlyetərli və azad olduğu bir dövrdə roman yazmaqdan ötrü uzun-uzadı araşdırma aparıb qalaq-qalaq material toplamağın da dəyəri azalmış olur.

— Əslində ən dəqiq avtobioqrafik nəsr nümunəsi təxəyyül tələb edir.

— İndiyəcən heç kəs (Kafkanın) “Çevrilmə”si qədər avtobioqrafik hekayə yazmayıb. 


Davamı →

William Faulknerdən gənc yazarlara məsləhətlər

1. Əgər mən olmasaydım… 
“Əgər mən olmasaydım, mənim yazdıqlarımı bir başqası yazacaqdı. Eyni şeyi Hemingway, Dostoyevsky, bizim hamımız haqqında söyləmək olar. Buna sübut kimi onu göstərmək olar ki, Shakespeare-in pyeslərinin müəllifliyinə 3 namizəd var. Əsas olan — “Hamlet” və “Yay gecəsinin yuxusu”dur, onları kimin yazması yox”.
 
2. Təsirlənmək pis şey deyil… 

“Əvvəllər də dediyim kimi, yazıçı qətiyyən etika-filan gözləyən birisi deyil. Ona hardan, nə lazımdırsa, götürəcək, özü də bunu açıq şəkildə edəcək, boynuna da alacaq, çünki ümid edir ki, ortaya babat bir məhsul qoyacaq və sonrakı nəsil də onun yazdıqlarından nəsə götürəcək, özü də bu, yazıçıya xoş gələcək, çünki inanır ki, onun öz dəyərli sələflərindən əxz elədiklərinə də həmin müəlliflər yazlnız sevinə bilər”.   

3. İstedad, intizam, zəhmət…
İşin 100-də 99-u istedaddır… işin 100-də 99-u intizamdır… işin 100-də 99-u zəhmətdir. Yazıçı heç zaman yazdığından razı qalmamalıdır. Hansısa işi həmişə daha yaxşı görmək olar. Daim öz imkanlarından daha böyük hədəflərə köklən. Yalnız öz müasirlərindən və sələflərindən üstün olmağa can atma. Özünü ötüb keçməyə çalış.
Ardı →

Yaddaşsızlıqdan əziyyət çəkən məşhur yazıçı

İvan Serqeyeviç Turgenev maraqlı xarakterləri ilə yadda qalan yazıçılardandır.

O, çox qəribə də olsa, özünü dünyada ən iri başı olan insan hesab edirdi. Doğrudan da, yazıçının beyni 2000 qram həcmində idi, bu, adi insan beyni üçün qat-qat böyük göstəricidir. Yazıçının beynindəki sümük o qədər incə idi ki, bir zərbəyə qırılıb düşə bilərdi və o, həmin dəqiqə yaddaşını itirə bilərdi.

Gənclik illərindən müəyyən yaş dövrünədək Turgenev yaddaşsızlıqdan əziyyət çəkdi. Bəzən o, tanışlarını evinə qonaq çağırır, ertəsi gün isə onları qapıda görəndə təəccübdən yerindəcə donub qalırdı. Əlbəttə ki, tanışlar bundan çox əsəbiləşir və narazılıq edirdilər.

Bir dəfə növbəti belə səhvini düzəltmək üçün Turgenev onlardan üzr istəyir və yenidən dostlarını evinə qonaq çağırır və nahar üçün şərab alır. Evə gələn qonaqlar yenə də onu tapmırlar.


Ardı →

Anton Çexov

1860-cı ildə üçüncü gildaya aid olan tacirin evində oğlan uşağı dünyaya gələndə heç kim onun Rusiyada, eləcə də dünyada tanınmış yazıçı olacağını güman etmirdi.
Ailə Taqanroqda yaşayırdı. Cavan oğlan gimnaziyaya qəbul olunanda atası onları birdəfəlik tərk edərək Moskvaya gəlir. Sonralar Anton varlı qohumların evinə nahar  etmək üçün getdiyini, aclıq ucbatından dərslərinə mütəmadi gedə bilmədiyini və kasıblığın yaratdığı digər acıları kədərlə xatırlayırdı.
Davamı →