İngiltərəni idarə edən kral sülalələri

2066-cı ildə Brataniya Krallığı öz hakimiyyətinin 1000 illiyini qeyd edəcək. Bu müddət ərzində 7 sülalə bir-birini əvəz etmişdir.

Hal-hazırda II Yelizavetanın başçılığı ilə Vindzorlar nəsli Böyük Britaniya krallığını idarə edir.

Mersiyanın hakimi Offa (757- 796) müflisləşmiş, ətraf əraziləri də özünə birləşdirərək İngiltərədə ilk dəfə kral titulunu qəbul etmişdir. Bu sülalənin krallığı 1066-cı ilədək davam etmişdir. Anqlosaksonlu bu sülalənin sonuncu kralı Edqar Etelinq (oktyabr – dekabr 1066 il) idi.

 Ondan sonra hakimiyyət I Vilhelmə ( “İstilaçı” ləqəbli) keçmişdir. I Vilhelm bununla da Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.

Stefan öldükdən sonra hakimiyyətə yeni sülalə — Plantaqenetlər sülaləsi gəlir. Bu sülalə iki qola ayrılır – Lankastorlar və Yorklar. Sülalə İngiltərə krallığını 1485-ci ilədək idarə etmişdir. Bu sülalədən olan 14-cü, sonuncu kral III Riçard cəmi 2 il (1483-1485) krallıq edə bilmişdir. Riçard 1485-ci ildə Bosuort ətrafında gedən döyüşdə həlak olmuşdur.

Elə döyüş meydanındaca öldürülmüş III Riçardın başından tacı çıxarıb Henrix Tüdorun başına qoyurlar. Henrix Tüdor tarixdə VII Henrix adı ilə tanınmışdır. Bununla da taxt-taca Tüdorlar sülaləsi sahib olur. Tüdorların hakimiyyəti dövrü İngiltərənin tarixində renessans dövrü hesab edilir. Tüdorların hakimiyyəti 1603- cü ilədək davam etmişdir. Hakimiyyətə Stüartlar gəlir.

Stüarlar 1603-cü ildən 1714-cü ilədək krallığı idarə etmişlər.Stüartların sonuncu nümayəndəsi Kraliça Anna olmuşdur. Annadan sonra 1714-cü ildə hannoverli Qeorq hakimiyyətə gəlir. Bu sülalə isə 1714-cü ildən 1901-ci ilədək hakimiyyətdə olmuşdur.

Vindzor soyadı… Hannoverlərin son nümayəndəsi kraliça Viktoriya olmuşdur. Viktoriya imperiyanı 64 il idarə etmişdir. 1840-cı ildə kraliçanın ailəsində yeni – Saksen-Koburq-Qotlu soyadı əlavə olunur. Kraliça Viktoriya şahzadə Albertə ərə gedir. Albert hersoq Saksen- Koburq-Qotlunun oğlu idi. Bu sülalənin yeganə nümayəndəsi kral VII Edvard olmuşdur, hansı ki, XX əsrin əvvəllərində 9 il hakimiyyətdə olmuşdu. Onun varisi olan kral V Qeorq isə I Dünya Müharibəsi dövründə adının, soyadının almanca səslənməsi şərəfinə özünə Vindzor ləqəbi götürmüşdür. Hal-hazırda Böyük Britaniya Krallığını Vindzorlar nəsli idarə edir.

azens.az
 

0 şərh