Qoç bürcünün xarakteri

Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Gü-nəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvamarin və ametistdir.

Bu Zodiak işarəsi astronomik baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın Şimal yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edi-lən obyektlər yoxdur. Zodiakı əhatə edən 12 bürc arasında yeganə qəmli duruş da məhz Qoçlara aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həl-ledici məqamlarında təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, it-kilər, uğursuzluqlar və s.
O ki qaldı Mars planetinə, ilk öncə qeyd etmək istərdik ki, bu planet astronomik hesabla 4-cü sırada yerləşir. Qədim yunanlar onu müharibə allahı Marsın şərəfinə belə adlandırıblar. Bu planetin radiusu 3390 km, elementi od, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiya mütəxəssisləri 2000-ci ildən Günəşi də Qoç bürcünün planeti kimi göstərirlər. Bu nəhəng kosmik obyekt astronomiyaya görə sıravi planet hesab olunur. Onun adını qədim dünya dövlətləri həmişə yaxşılığa çəkiblər. Hətta müqəddəs dinimiz olan zərdüştilikdə də Ulu Hörmüzü bəzən Günəş Allahı adlandırırdılar. Bu parlaq obyektin radiusu 696 min km, elementi od, tərkibi quraqlıq, xarakteri isə hakimlikdir.

Torpağın oyanışı ilə üst-üstə düşən Qoç bürcü hər şeydən əvvəl insanlara xeyir-bərəkət, çal-çağır və ən əsası barışıq gətirir. «Avesta» təqvimi ilə yeni ilin başlanğıcı hesab olunan bu Zodiak işarəsi hər bir kəsdə yüksək əhval-ruhiyyə, əzəmət və işlərində sürətli inkişaf təlqin edir. Lakin Balıqlar dövrü ilə müqayisədə 31 günlük müddəti əhatə edən Qoç bürcü sanki çılğın situ-asiyaların, gərgin proseslərin məntiqi davamıdır. Çünki tarixi xronologiyaya nəzər salanda ən böyük ixtişaşların daha çox bu dövrə düşdüyünün şahidi oluruq. Təkcə məmləkətimizdə baş verən iki böyük faciə yuxarıda dediyimi-zə əyani sübutdur: Bakıda ermənilər tərəfindən 15 min azəri türkünün qətli-nə səbəb olan soyqırım (31 mart, 1918-ci il) və Kəlbəcərin işğalı (2 aprel, 1993-cü il).

Bütün bunlara baxmayaraq Qoç dövrünün özünəməxsus gözəllikləri də istisna deyil. Belə ki, elmi-texniki tərəqqi, təhsil, mədəniyyət, ədəbiyyat və di-gər sahələrdə inkişaf da Qoçların əhatəsindədir. Mətbuat sahəsində fəaliy-yət göstərən həmkarlarımızın nəzərinə çatdırmaq istərdik ki, Qoç bürcünün gəlişi onlar üçün daha düşərli olur. Ən azı ona görə ki, həmişə jurnalistika-nın ən əzəmətli inkişafı da məhz göstərilən ərəfəyə düşür.

Qoç işarəsi altında dünyaya gələn adamlar ilk növbədə qeyri-adi həyat qüvvəsinə, nikbinliyə malik olmaları ilə seçilirlər. Onlar öz şərəflərini qoru-mağı bacarır və onu hər şeydən üstün tuturlar. Bu Zodiakın himayəsində doğulanlar ətraflarında cərəyan edən hadisələrə hamıdan tez reaksiya ve-rir, daima müasir dövrlə yaşayırlar. Loru dillə desək, ömrü boyu kommunist olan «qoç»lar indi ən demokratik bir lider də ola bilir. Bu işarənin himayəsin-də olan adamların böyük əksəriyyəti şöhrətpərəst olsa da, ehtiyatlı, enerjili, eləcə də hiyləgərdirlər. Əgər kənardan kimsə istiqamətləndirməsə, Qoçlar heç vaxt xoşbəxt olmurlar. Çünki onların maksimal romantikliyi çətinliklə baş-başa qalanda köməklərinə çatmır. Bu adamlar genişqəlbli olduqları qə-dər də eqoistdirlər. Belələri sevgidə nadir hallarda yanılır, həmişə özlərinə layiqli tərəf-müqabil seçirlər. Amma başqalarının təhriki ilə evlənib qəlbləri-nin ziddinə gedəndə bədbəxt də olurlar.

Qoç bürcü (Aries)Qoça enerji verən iş və ya yeni ideya olmadıqda, az qala bütün dünya onun gözündən düşür. Lakin adətən bu hal tez keçib gedir və Qoç yenə də həmişəki nikbin vəziyyətinə qayıdır. Düşüncə və ideya baxımından ona da-ha çox yabanı, cilanlanmamış, lakin çox böyük enerjiyə malik olan ideyalar xarakterikdir. O, bir qədər dar düşünür və etiraza qulaq asmır. Depressiya-da olan Qoç əsasən belə düşünür: «Mən orijinal birisi deyiləm, heç kim mə-ni görmür, heç kim məni olduğum kimi görə bilmir, görmək istəmir».

Nifrət, əsəbilik və qəzəb partlayışları isə daha çox primitiv Qoç üçün xarakterikdir. Ali Qoç primitiv Qoçdan son dərəcə fərqlənir. Adi Qoç kobud, primi-tiv, bir sözlə, əsl əsgərdirsə, Ali Qoç daha çox ordunu böyük savaşlara ruh-landıran və aparan generaldır. Ali Qoçda nə kobudluq var, nə də vəhşilik. Bu xüsusiyyətlər onda anlaşma və müdrikliklə əvəz olunub. Böyük işləri həyata keçirməyə qabil olan güclü enerji isə dəyişməz qalır. Ali Qoçu allah-lardan odu oğurlayıb insanlara bağışlayan Prometeylə müqayisə etmək olar. Eynilə Prometey kimi o da öz enerjisini insanlarla bölüşür.

Qoçlar şəxsi maraqlarını hər şeydən üstün tutan adamlardır. Onlar daima keçmişin acı xatirələri ilə yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu sə-bəbdən də haqqında danışdığım Zodiak demək olar ki, heç vaxt ürəkdən gülmür. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki onla-rın gözləri həmişə kədərli olur. Göz demişkən, bir şeyi də diqqətinizə çatdır-maq istərdik. Qoç bürcünün sakinləri yüksək intuisiya, hissetmə, öncəgör-mə qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər. Onların gözlərində güclü hipnoz bacarığı da olur. Hətta bu səbəbdən orta əsrlərdə belə adamları ca-dugərlikdə günahlandırıb inkvizisiya tonqalında yandırırdılar. Yeri gəlmiş-kən, mart ayında doğulan Qoçlarla apreldə dünyaya gələn Qoçların ara-sında böyük fərqlər var. Belə ki, birincilər digərlərinə nisbətən daha tez məşhurlaşır, daha çox ədəbiyyat və incəsənətə meylli olurlar (Səməd Vur-ğun, İsmayıl Şıxlı, Lütvəli Abdullayev, Cəfər Cabbarlı və b.). İkincilər isə bir qədər radikal, əsəbi və siyasət həvəskarı olurlar (Etibar Məmmədov, Ramiz Mehdiyev, Ramil Usubov, İsgəndər Həmidov, Tofiq Qasımov və b.). Bu adamlar üçün həzin bir musiqi, şam işığı və müvəqqəti tənhalıq yetər ki, «dağı dağ üstünə» qoysunlar.

Bu işarə altında dünyaya gələnlər adətən ortaboylu, orta çəkili, uzun bo-yunlu, ala və ya qəhvəyi gözlü olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar, qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış iri dişlər və al-macıq sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli sümük, dəqiq, ifadəli baxışlar Qoçlar üçün xarakterikdir.

Seyers və Vinni adlı münəccimlərin «Qoroskopdan pis xəbərlər» kitabında Qoçlar haqqında belə yazılıb: "Əgər siz Qoç bürcündən heç olmasa bir nə-fər tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin, qorxmazlığın və qüvvə-tin nə olduğunu görərsiniz. Kişi-Qoçlar paxıl, lakin sona qədər mübariz, qəddar və hətta daşürəkli olurlar. Qadın-Qoçlar dünyəvi məsələlərdə çox-luq gedən yolla gedir, digər məsələlərdə isə yalnız öz fikirlərinin yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki, Qoçların 90 faizi bütün ömrü boyu «ana uşağı» kimi qalırlar".

Əksər Qoçlar rüşvət verməyi xoşlamadığı kimi, almağı da sevmirlər. Yalnız haqq-ədalət tərəfdarı kimi tanınan belələri bunun naminə hətta güclü təzyi-qə, ölümə də tuş gəlirlər. Əgər metroda və ya avtobusda hansısa bir qıza xuliqanlar sataşsa və hamı susduğu halda birisi qızı müdafiə etsə, bilin ki, o, mütləq Qoç bürcündəndir. Amma nədənsə orta əsrlərdə bu adamları ən aqressiv və dağıdıcı kimi qələmə verirdilər.

Acıdil, çoxdanışan, «Həmişə öz fikrim həqiqətdir» düşüncəsində olan Qoç-lar başqaları tərəfindən qəbul edilməyəndə məyus olur, bəzən sakit bir gu-şəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç vaxt ruh düşkünlü-yünə mübtəla olmur, əksinə, daha əzmkarlıqla mənəvi boşluqlarını qısa bir zamanda doldurmağa çalışırlar.

Qoçlar digər Zodiak işarələrinə nisbətən o qədər də səliqə-sahmana fikir vermirlər. Daima zövqsüz və ya sadə geyinən bu adamlar kənardan necə qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. Onlar baş verən hər bir hadisənin mahiyyətindən daha çox romantik meyarlarına diqqət kəsilirlər. Qoçlar təzadları sevir, "Ќecə varamsa, o cür də qəbul et!" prinsipinə üstün-lük verirlər.

Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi hələ qədimlərdə bu bürc altında doğulanlara ilahi bir varlıq kimi yanaşırdılar. Elə bu səbəbdən də Qoçlara həmişə yüksək peşələrdə çalışmağı tövsiyə edirdilər. Müasir astrologiya bu adamlardan daha çox ədəbiyyat və incəsənət xadimləri yetişdiyini bildirsə də, antik və orta əsr münəccimləri onların siyasət, hərb və səhiyyə sahələ-rində daha yararlı olduğunu vurğulayırdılar.

Məşhur «qoç»lar: Muhəmməd Əleyhissəlam, Əmir Teymur, Nikolay Qoqol, Aleksey Ostrovski, Maksim Qorki, Çarli Çaplin, Adolf Hitler, Mayn Rid, Jan Pol Belmondo, İohann Bax, Helmut Koll, Aleksandr Lebed, Nəsibə Zeynalova, İsgəndər Həmidov, Tofiq Qasımov, Etibar Məmmədov, Ramil Usu-bov, Firəngiz Mütəllibova, Zemfira Nərimanova, Ceki Çan, Eddi Merfi...
Müəllif: astroloq Səbuhi Rəhimli

0 şərh