Buğa bürcü

Bu Zodiak bürcünün adı hələ uzaq keçmişlərdə çəkilirdi. Eramızdan əvvəl 4000-ci illərdən 2500-cü illərədək yaz gecə-gündüz bərabərliyi nöqtəsi BUĞA bürcündə idi. Misir mifologiyasında Apis insanların hüzuruna ağ xallı qara öküz surətində gələn münbitlik allahıdır.
Qədim Misir dövləti yaradıldıqda BUĞA bürcü Firon ayini ilə birləşdi. «Xeb-sed» (Firon yubileyi») bayramında hökmdarın paltarına öküz quyruğu bağlayırdılar. Qədim misirlilərin təsəvvürünə görə qara öküz allahın həm təcəssümü, həm də Yerdəki rəmzi idi. Memfis məbədi Apisə səcdə mərkəzi idi. Qara öküzün ölümü böyük bədbəxtlik sayılırdı. Onu balzamlayıb təntənə ilə basdırırdılar.BUĞA bürcü göydə təqribən 800 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 25 ulduz daxildir. Ən parlaq ulduz ərəbcə «növbəti» (Ülkərlərdən sonra) mənasında olan parlaq Aldebaran ulduzudur. BUĞA bürcündə müşahidə edilə bilən 2 ulduz toplusu vardır Ülkərlər və Giadalar. Giadalar bürcü 100 ulduzdan ibarətdir, onların işığı bizə 130 ilə gəlib çatır. Ülkərlər 130 ulduzdur. Həmin ulduzların işığı Yerə 420 il yol gəlir.
Astronomiyada məşhur olan Yengəcəbənzər dumanlıq BUĞA bürcündədir. Qədim astroloqlar belə hesab edirlər ki. BUĞA bürcünün hamisi Venera planetidir və bu işarə altında dünyaya gələn adamlar ziddiyyətli xarakteri və emosional təbiəti ilə fərqlənirlər. BUĞA işarəsi torpaq mühitinə həsr edilmişdir. Onun himayəsi altında dünyaya gələnlər öz qüvvəsini, sağlam düşüncəsini, iş bacarığını torpaqdan alırlar. Belə bir rəy var idi ki, «BUĞA» insanlar sakit və səbirlidirlər, rahatlığı xoşlayırlar. Lakin qədim kahinlər xəbərdarlıq edirdilər ki, bu adamlar tənbəl, tərs və şıltaqdırlar. Onlara İNCƏSƏNƏT və TİCARƏT ilə bağlı peşələr seçmək məsləhət görülürdü. Belə hesab edilirdi ki, BUĞANIN ən uğurlu nikahları QIZ və BALIQLAR ilədir. ŞİR və ƏQRƏB ilə ittifaq uğurlu deyildir.
Babil astroloqları belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələn adamlara daha çox narıncı rəng, çiçəklərdən isə qızçiçəyi yaraşır. BUĞA üçün gözmuncuğu zümrüd daşı idi.

Həmçinin bax: Buğa bürcü haqqında məlumat

 

0 şərh