Əkizlər

Qədimdə müxtəlif xalqlar uşaqların əkiz doğulmasına iki cür münasibət bəsləyirdilər: bunu bəziləri möcüzə, bəziləri bədbəxtlik sayırdı. Məsələn Hindistanda ecazkar məxluqlar əkizlər haqqında rəvayətlər yayılmışdı. Məhz onlar tayfanın baniləri və ya qəhrəmanların ulu babaları sayılırdılar. Əkiz uşaqları bəla hesab edən xalqlarda onların anasını tayfanın qalan üzvlərindən ayırmaq adəti var idi. Əkiz doğmuş qadına fövqəltəbii qüvvə ilə təmasda olmuş bir məxluq kimi baxaraq, bir tərəfdən, onu tayfadan uzaqlaşdırır, digər tərəfdən isə, qorxub ona səcdə edirdilər.Qədim misirlilər inanırdılar ki, hər bir adamın ruhu (ba) və ruhanisi (ka) vardır.

ƏKİZLƏR bürcü səmada 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir, iki ulduz Kastor və Polluks diqqəti ən çox cəlb edir. Polluks tənha, nisbətən soyuq narıncı ulduzdur. İşığı bizə 35 ilə gəlib çatır. Kastor çoxqat ulduzdur. Onun iki komponenti isti ağ-mavi ulduzlardır. Bu ulduzların işığı Yerə 45 ilə çatır. Yay Günəşduruşu nöqtəsində 120 ulduzun səpilmiş toplusu vardır və bunları güclü durbinlə yaxşı görmək mümkündür.
Onların işığı Yerə 2700 il yol gəlir. Şimal yarımkürəsində ƏKİZLƏR bürcü bütün bürclərdən yüksəkdədir. Yay Günəşduruşu nöqtəsindən Günəş iyunun 22-də keçir.
Qədim dövrdə belə hesab edirdilər ki, ƏKİZLƏR işarəsi altında dünyaya gələn adamlar canlı zəkası, şuxluğu, gümrahlığı, yorulmazlığı ilə fərqlənirlər. Onlar narahatdırlar, iş yerini tez-tez dəyişdirirlər, həyatı hər cür macəralardan üstün tuturlar.
Qədim ulduz fallarında onlara linqvist, gəzəri, vaiz, tacir, xırdavatçı peşələrini seçmək məsləhət görülürdü. ƏKİZLƏRİN mənfi cəhətlərindən onların hərdəmxəyal və ikiüzlü olması, dedi-qoduya, söz gəzdirməyə meyliliyi qeyd olunurdu. Deyildiyinə görə ƏKİZLƏRİN DOLÇA ilə ittifaqı uğurludur. ƏKİZLƏR ilə OXATAN antipoddurlar. Gözmuncuğu əqiq daşıdır, münasib çiçək inciçiçəyidir. ƏKİZLƏRİN sevimli rəngi sarı rəngdir.

0 şərh