Almaniya haqqında maraqlı məlumatlar

Demək olar ki, bütün polislər “Mersedes” maşınlarından istifadə edir.

Təxmini 40 nəfərlik millətçilərin nümayişi zamanı Hamburqda hərəkət dayanır və nümayiş polis tərəfindən müşayət olunur. Onlar millətçiləri qoruyurlar.

Almaniyada işləmədən sosial yardımla yaşamaq mümkündür.

Almaniyada bomjlar it saxlayır. Çünki itlərə baxdıqlarına görə onlara əlavə pul ödənilir.

Ölkə ərazisində dialekt müxtəlifliyi var, şimalda yaşayanlar cənubdakıları çətinliklə başa düşür.

Bir almandan ünvan soruşsanız, o sizə gülümsəyəcək və telefonunda naviqasiyaya baxaraq yolu izah edəcək, hətta ötürməyi təklif edəcək.

Almaniyada şillə vurulmasına görə cərimə 500 avrodur.

Almaniyada cinayətkarların 80%-i əcnəbilərdir.

Almaniyada sizə hücum edib vursalar, cavab şilləsini bircə saniyə içində qaytarmalısınız, ikinci saniyə keçdikdə artıq məhkəmə sizi günahkar biləcək.

Almanlar alman istehsalı olmayan pivəni çox az hallarda qəbul edirlər.

“Dornfelder” konyak ətri verən alman pivəsidir.

Bavariyada iş günü ərzində hər kəsin bir bakal pivə içmə hüququ var.

Alman qadınlarının bir çoxu yemək hazırlaya bilmir.

Alman qadınları kosmetikadan demek olar ki, istifadə etmirlər.

Almaniyada uşaqlara tamamilə hər şey etməyə icazə var, məsuliyyəti valideyn daşıyır. Onlar yoxdursa, deməli cavabdeh də yoxdur.

“Əcnəbi” sözü almaniyada təhqir hesab olunur.

Bütün işguzar məktubların sonu “dostluq salamları ilə” bitir, hətta cərimə haqqında bildirişlərin də.

Hamburq və Berlinin keçmiş meri homoseksual idi. Almanlar cəmiyyətdə belə vəziyyətlərə normal yanaşırlar.

Alman bikerlərinin məşhur içkilərindən biri “Jacky-Cola”dır(“Coca-cola” və “Jack Daniels”in qarışığı).

Almanları eqoist adlandırmaq düzgün deyil. Onlar sadəcə özlərini və həyatlarını sevirlər. Yaşayış üçün olan labüd şeylər Almaniyada çox ucuzdur. Rahatlıq və kaprizləri ödəyənlər isə bunun əksi olaraq bahadır.

Almaniyada sınmış və ya xarab olmuş əşyanın təmirindənsə, yenisini almaq daha ucuz başa gəlir.

Alman mentalitetinə görə onlar mübahisəyə birinci başlamırlar. Başladılarsa da, son nəfəsə kimi davam edirlər.

Almaniya məmurlar vergi ödəmirlər.

Almanlar demək olar ki, siqaret çəkmirlər. Onlar sağlamlıqlarına qarşı diqqətlidirlər.

Almaniyada bizdən tam fərqli olaraq piyada keçidlərindən hətta gözüyumulu keçmək mümkündür.

Almaniya iqtisadiyyatı avropada ən böyük, 2008-ci ildə ÜDM-a görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır.

2 şərh

Don_Elnur
Əlinizə sağlıq :) Bu qədər məlumat arasında demək olarsa nir dənə də olsun mənfi hal yoxdu, halal olsun bu millətə
pascal
Niyə bu ölkə Sovet İttifaqına qalib gəlmədi axı...? Bəlkə indi biz də bir gün görərdik.