Dünyanın ən təmiz yeri

Dünyanın ən təmiz yeri Norveçin ən şimal ərazisi olan Svalbard (Şpisbergen, Qrumant) arxepelaqı hesab edilir. Yayda orta temperatur müsbət 4*S temperatur, qışda isə mənfi 15*S olur. Sentyabrdan artıq orda qar yağmağa başlayır.


Svalbardda havada və topraqda mikrob, toz, parazit demək olar ki, yox dərəcəsindədir. Hər hansı qida aylarla çürümədən qala bilir. Tərk edilmiş evlərin üstündən 10 il keçsə belə, ev sanki dünən tərk edilmiş kimi təmiz qalır. Adaya ilk dəfə ayaq basanlar havanın təmizliyinə görə, başgicəllənmə və burun qanaxması baş verə bilər. Adanın əhalisi 3min nəfərdir. 70%-i norveçli olsa da, adada istənilən millətdən olan insan vizasız istənilən qədər yaşamaq hüququna malikdir.

Dağın 120 metr dərinliyində yaradılmış Ümumdünya Global Toxum Anbarı da məhz burda yerləşir. Anbarda dünyadakı bütün bitki toxumlarından saxlanılır. Bu anbara həmçinin Qiyamət anbarı da deyirlər. Divarları nüvə bombalarına qarşı dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4,5 milyon müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Anbarda havanın hərarəti bəzi toxumların 1000 il istifadəyə yararlı olması üçün mənfi 18*S qədər aşağı salınıb.
 

0 şərh