Məğrib və Liviya xalqları

Məğrib ölkələri və Liviya şimali Afrikanın qərb hissəsində yerləşir. Öz relyef şəraitinə görə bu vilayət dağlıq ərazidə yerləşir və Atlas dağ massivləri öz təsirinibütün vilayətdə göstərir. Əlcəzair, Tunis ərazilərindəgeniş əkinçilik vadisi mövcuddur. Buranın yumşaq iqlimi, bol sulu çayları var. Məğrib ərəbcə günbatan deməkdir. Buraya Mərakeş, Əlcəzair, Tunis və Liviya əraziləri aiddir.
E.ə. I minilliyin başlanğıcında Finikiyalılar Aralıq dənizi sahillərində öz koloniyalarına yaratmışdılar. Ən qədim Utika koloniyası indiki Tunisin şimalında yerləşir. Digər koloniya Karfagen koloniyasıidi ki, qısa bir müddət ərzində o bütün qonşu koloniyaları özünə tabe edərək, güclü bir dövlətə çevrilmişdi. Korfagen şəhəri e.ə 814-cü ildə salınmışdı. E.ə. 241-238-ci illərdə I Pun müharibəsindən sonra Karfagendə qulların və Liviya qəbilələrinin böyük bir üsyanı olmuşdur. Karfagenlə mübarizə gedişində yaranmış qəbilə ittifaqları bu ərazidə Numidiya və Mavritaniya çarlıqlarının yaranmasına səbəb olmuşdur. Sonralar  eramızın ilk əsrlərində Numidiya və Mavritaniyanın Roma işğalçıları ilə mübarizəsi başlayır.
YI əsrdə şimali Afrika Bizansın əlinə keçir. VII əsrdə ərəblər Bizans işğalçılarını Afrikadan qovub çıxarırlar. Və bununla da Məğrib ölkələri tarixində böyük bir iz qoymuş olur. XIX-XX əsrlərdə Məğrib ölkələri Qərb kapitalistlərinin müstəmləkə işğallarına məruz qaldılar. 1871-ci ildə fransızlar bütün Əlcəzairi işğal edirlər. Bundan sonra 1881-ci ildə Fransa Tunisin işğalını surətləndirir. Tunis ordusu tezliklə məğlubiyyətə üğradıldı. Tunis üzərində Fransız qəyyumluğu elan edilir. Məğrib ölkələri arasında yalnız Mərakeş (paytaxtı Rabat şəhəridir) uzun müddət öz istiqlaliyyətini saxlamışdır. Mərakeşi işğal etmək üçün beş dövlətin : Fransa,   İngiltərə, Almaniya, İspaniya və İtaliyanın mənafeyləri toqquşurdu. Fransa ilə İspaniya arasında bağlanmış 1912-ci il sazişinə əsasən Mərakeşin şimal hissələri İspaniyanın qəyyumluğuna çevrildi.
II Dünya müharibəsindən sonra Məğrib ölkələri bir-birinin ardınca öz müstəqilliklərini elan etdilər. 1951-ci ildə Liviya, 1956-cı ildə Tunis və Mərakeş, 1962-ci ildə Əlcəzair müstəqil oldu.
Məğrib və Liviya ölkələrinin əhalisi başlıca olaraqərəb və bərbər dillərində danışırlar.Mərakeş əhalisi 32,7 mln nəfərdir. Ərəblər və bərbərlər əhalinin 97 %-ni təşkil edir. Əhalinin böyük əksəriyyəti oturaq əkinçiliklə məşğul olur. Hazırda ərəb və bərbərlər arasında qaynayıb qarışma prosesi gedir. Belə ki, Mərakeş əhalisinin 4–də bir hissəsi bərbə olsa da, bərbər dillərində onların yalnız 13% danışır. Dövlət dili- ərəb, fransız, ispan, bərbər dilləridir. Əhalisi sünnü müsəlmanlardır -98,7 %.
Əlcəzair bir-birindən fərqlənən iki hissəyə apyrılır. Paytaxtı Əlcəzair şəhəridir. I. Məğribin Aralıq dənizi sahillərində yerləşən hissə, II cənub hissəsidir ki, bu yerlər Saxaranın yarım səhra və səhra rayonlarıdır. Ölkə əhalisinin 90%-dən çoxu şimalda məskunlaşmışdır. Əlcəzairin əhalisi 32,5 mln.nəfərdir. 80%-ni ərəblər, 19%-ni isə bərbərlər təşkil edirlər. Onların əksəriyyəti oturaq əhalidir.
Tunis- Məğribin şərq hissəsitndə yerləşir. O, inzibati cəhətdən 19 əyalətə bölünür. Əhalisi 10 milyondan çoxdur. Əhalinin tərkibi  98% ərəblərdən, 1% avropalılardan və bərbərlərdən ibarətdir. Burada bərbərlər başqa  Məğrib ölkələrinə nisbətən azlıq təşkil edirlər – 80 min nəfər. Tunis ərəbləri müsəlman sünnülərdir.
Liviyanın paytaxtı Tripoli şəhəridir. Əhalisi 5,7 mln. nəfərdir. Məğrib ölkələri arasında köçərilərin sayına görə Liviya II yeri tutur – 1 mln nəfər. Kirenaike vilayətində yaşayan əhalinin 70 %-i köçərilərdir.   Ərəb və bərbərlər əhalinin 97%-ni , yunan, italyan, pakistanlılar, misirlilər, türklər, hindlilər əhalinin 3 %-ni təşkil edirlər. Burada habelə çad qrupundan olan hauslar 10 min, saxara qrupundan olan tubular 5 min, Avropa mənşəli əhali 40 min. Dövlət dili ərəb dilidir. Dinləri islamdır. Əhalinin 97% sünnüdür.
Kirenaike vilayətində mərəbütlərin və səaditlərin qəbilə konfederasiyaları mövcuddur. Bunlar mənşə etibarilə YII əsrdə islam dinini qəbul edən bərbərlərdir. Səaditlər isə XI əsrdə buraya köçüb gəlmiş bəni-süleym adlı ərəb qəbilələrinin nəsillərindəndir. Xalis bərbər qəbilələrinə misal olaraq çevrə, modşəfrə, nəfus, suayə və s. göstərmək olar.
Bütün Məğrib ölkələri və Liviyanın iqtisadiyyatının əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas taxıl bitkiləri buğda və arpadır. Avropa mənşəli əhali qarğıdalı və vələmir də becərirlər. Məğribin ərəb-bərbər əkinçilik təsərrüfatının öz xüsusiyyətləri vardır. Əsas əkinçilik rayonu sahil zolağı və Atlas dağlarının vadi bölgəsidir. Burada su mənbələrinin çoxluğu, bol yağışlar və mülayim iqlim əkinçiliyin və maldarlığın inkişafına müsbət təsir göstərir. Quraqlıq dövründə süni suvarmadan istifadə edilir. Ərəb-bərbərlər həm də təcrübəli bağbanlardır. Dəniz sahillərində onlar üzüm, sitrus meyvələri, əncir Tunisdə zeytun becərilir.
Kənd təsərrüfatı texnikası olduqca geridə qalmışdır. Qədim vaxtlardan indiyə qədər xışdan, toxadan və kirkirədən istifadə olunur. Məğribin şimalında əkinçiliklə yanaşı maldarlıq da inkişaf etmişdir. Cənub rayonlarında köçəri və yarımköçəri maldarlıq təsərrüfatı yayılmışdır. Şimali Afrikanın kənd əhalisi dulusçuluqla, həsirçiliklə məşğul olurlar. Maldar əhali yun emal edir, yun parçalar toxuyur, xalçaçılıqla məşğul olurdular. Məğrib şəhərlərində dəmirçilik, zərgərlik, dulusçuluqvə s. sənətkarlıq sahələri inkişaf etmişdir.
Məğrib evləri əsasən bir mərtəbəli , yastı dam örtüklü çiy kərpicdən tikilmiş evlərdir.  Bu cür evləri adətən ərəb tipli evlər adlandırırlar. Köçərilərin evi felic adlanan çadırlardan ibarətdir. Çadırlar dəvə yunundan və keçi qəzilindən toxunurdu. Hər bir çadır kiçik monoqam ailə üçün nəzərdə tutulurdu.
Məğriblilərin mili geyim kompleksinə pambıq parçadan tikilmiş köynək və şalvarlar daxil idi. Köynəyin üstündən burnus adlanan bürüncək salırdılar. Burnus müxtəlif rəngli və keyfiyyətli parça materiallarından hazırlanırdı. Bəzən ona naxışlar da vurulurdu. Avropa müstəmləkə rejimi Məğrib ölkələrinin xammalını daşıyıb aparmaq üçün  bütün ölkə boyu dəmir və şosse yolları çəkmişdir. Dəniz kənarı ilə şərqdən qərbə doğru uzanan bu əsas dəmir yolundan ölkənin içərilərinə doğru , cənub istiqamətində 3 xətt ayrılır. Ölkənin ucqarlarını şosse yolları əsas dəmir yolları ilə əlaqələndirilir.
Burada yaşayan əhali islam dininə qulluq etməklə yanaşı Quranda şərh olunmuş allah və peyğəmbərdən başqa digər müqəddəslərə pərəstiş edirdilər. Müsəlman etiqadlarını islama qədər geniş yayılmış bir çox magik adətlər tamamlayır. Sufizm ilə bağlı olan bir çox təriqətlər Məğrib ölkələrində bu günə qədər davam etməkdədir.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

 

0 şərh