Əfqanıstan

Əfqanistan qərbi Asiyanın şərq hissəsində yerləşir. Onun dənizə çıxış yolu yoxdur. Dinləri islam dinidir. Bunlardan 85%-i sünnü, 15%-i isə şiədir. Paytaxtı Kabul şəhəridir. Əfqanistanın sahəsi 652.090 kv. km.-dir. Əhalisi isə 29,9 milyona yaxındır. Əhalisinin yarıdan çoxunu əfqanlar-puştular təşkil edir. Əfqanlar özlərini paxdanə adlandırırlar. Puştu dili iran dillərinin şərq qrupuna daxildir. 1936-cı ildən puştu dili dövlət dili elan edilmişdir. Puşdu dili ilə yanaşı dari dili də dövlət dilidir.
Əfqanlar bir xilq kimi XYI əsrdə formalaşmışdır. Onların mənşəyi az öyrənilmişdir. Lakin belə guman etmək olar ki, onların mənşəyində tacik, hind və türk elementləri iştirak etmişlər. Əfqanistan Ön Asiyanın çoxmillətli dövlətləri sırasına daxildir. Burada 30-a qədər xalq yaşayır. Ölkənin bütün cənub və şimal şərq vilayətlərində iran dilli xalqlar, şimal qərb vilayətlərində isə türk dilli xalqlar məskunlaşmışlar.
Əfqanistan aqrar ölkədir. Əhalinin çox hissəsi oturaq əkinçiliklə məşğul olur. Əkinçilik əsasən süni suvarmaya əsaslanır. Başlıca əkinçilik bitkiləri buğda, ARPA, darı, çəltik və paxlalı bitkilərdir. Hər cür meyvə növlərinə də rast gəlinir. Əfqanların 20% -ə qədəri köçəri və yarımköçəri təsərrüfatla məşğuldur. Onlar əsasən qaragül və quyruqlu qoyun cinsləri bəsləyirlər, at, dəvə, buynuzlu heyvanlar da saxlayırlar. Ailələrində patriarxal qaydalar hökm sürür. Əfolklor yaradıcılığı çoxsahəlidir. Onların çox sayda toy və rəqs mahnıları var. Zəngin nağıllar və epik dastanlar vətəni olan Əfqanistanda yüksək mənalı mənəvi mədəniyyət nümunələri vardır.
Qeyd etdiyimiz kimi çoxmillətli ölkədir. Əfqanistanda əfqanlarla yanaşı azlıqda qalan xalqlar da yaşayırlar. Bunlar əhalinin 47%-dən çoxunu təşkil edir. Bunlardan özbəkləri, türkmənləri, xəzəreyləri, cəmşidiləri, bəlucları, teymuriləri, nuristanlıları və başqalarını misal göstərmək olar. Milli azlıqlardan ən çox saylı olanları taciklərdir. Taciklərin çox hissəsi şimal-qərbdə Herat əyalətində məskunlaşmışlar. Onlar əsasən süni suvarma əkinçiliyi ilə məşğul olurlar. Bağçılıq və üzümçülük yardımçı təsərrüfat sahələridir. Say etibarilə mili azlıqlar içərisində ikinci yerdə özbəklər durur. Məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Türkmən etnosu əsasən Türkmənistanla qonşu olan rayonlarda məskunlaşmışlar. Əfqanistan türkmənləri əsasən köçəri və yarımköçəri maldarlıqla məşğul olurlar. Əfqanistanın iqtisadiyyatında türkmən qoyunçularının rolu olduqca böyükdür. Ölkədə istehsal olunan qaragül dərilərinin 80-%-ni türkmənlər verir. Xəzəreylər türk-tatar mənşəli əhali qrupundan olsa da tacik dilini mənimsəmişlər.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

 

0 şərh