Koreya

Koreya xalqları 2 inzibati birlik daxilində Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreyada məskunlaşmışlar. Cənubi Koreya 15 avqust 1948-ci ildə, Şimali Koreya isə ondan bir qədər sonra 9 sentyabrda yaranmışdır. Hələ 1910-cu ildə Koreya Yaponiya tərəfindən işğal olunmuşdur. 1945-ci ildə ölkə bütünlüklə yaponlardan azad edilmişdir. O vaxt Koreya şimalda sovet, cənubda isə Amerikan işğal zonasına bölünmüşdü. Məhz bunun nəticəsində bu süni dövlət birləşmələri yaradılaraq vahid Koreya xalqı, dövlətlərin siyasi marağı üzündən 2 hissəyə parçalanmışdır.
Koreyanın ümumi sahəsi 221 min kV. km-dir. Əhalisi isə 65 mln-dan çoxdur. Koreya monoetnik dövlətlər sırasına daxildir. Onun əhalisinin 99 %-ni koreyalılardır. Ölkədə az miqdarda 70 min nəfər çinli yaşayır. Koreyalıların mənşəyi məsələsi hələ qəti şəkildə müəyyənləşdirilməmişdir.
Belə güman edirlər ki Koreya yarısı şimaldan Mancuriya vasitəsilə və yaxud cənubdan dəniz vasitəsilə məskunlaşmışlar. Koreyalıların formalaşmasında fərz edildiyi kimi 3 qəbilə qruppu palioasiya, altay və avstroneziya qrupları iştirak etmişlər. E.Ə.I minilliyin ortalarında Cənubi mancuriyada və Şimali Koreyada qədim Çason dövləti meydana gəlmişdir. Bu dövlət Koreyalılarn etnik tarixində çox böyük rol oynamışdır. Alimlərin böyük əksəriyyətinin bu yaxın vaxtlara qədər fərz etdikləri kimi koreya dili heç bir linqvistik qruppa daxil olmayaraq, müstəqil bir dil sayılırdı. Lakin son illərdə belə bir fikmr geniş geniş yayılmışdır ki, Koreya dili Altay dil ailəsinin türk və ya tunqus-mancur qruplarına qohumdurlar. Koreya dili bir-birindən o qədər də fərqlənməyən 6 dialektə ayrılır. Bu dildə Çin və Yapon dillərindən mənimsənilmiş çoxlu sözlər var. XIX əsrin axırlarına qədər rəsmi ünsiyyət vasitəsi çin dili idi. Ədəbi yazı dili isə koreyalaşdırılmış çin dili – xanmun idi. 1894cü ildə Çin-koreya birləşmiş yazı dili qəbul edilmişdir. IY-YI əsrlərdə Koreyada buddizm dini yayılsa da XIV əsrdən konfusiyaçılıq rəsmi dövlət dini elan edilmişdir. Konfusiya- Kitay filosofu Konfusinin adından götürülmüşdür. E.ə. 551-479 –cu illərdə yaşamışdır.

Koreya uzun müddət Yaponiyanın xammal bazası olmuşdur. Ona görə də o ücqar bir aqrar ölkə olaraq qalırdı. Əhalinin dörddə bir hissəsi kənd təsərrüfatında çalışır. Əsas əkinçilik bitkisi çəltikdir. Texniki bitkilər də yetişdirilir. Burmaldarlıq zəif inkişaf etmişdir. Donuz, inək, toyuq saxlayırlar. Onlar ətlik üçün çoxlu it də saxlayırlar. Kənd əhalisi əsasən çay və yol boyunca uzanan kəndlərdə məskunlaşmışlar. Belə kəndlər öz quruluşuna görə cərgəvari və ya küçəvari plan quruluşuna malikdirlər. Dağlıq yerlərdə kəndlər pərakəndə olurdu. Bunların hər birində 5-6 ev olurdu. Kəndin mərkəzi hissəsində üstü kirəmitli varlı evlər yerləşirdi. Əsas ev tipii ÇİPİ adlanan ağac karkaslı kərpic-möhrə evlər idi. Koreyalılar əkinçi xalqlar kimi əsasən bitki mənşəli yeməklərdən istifadə edirlər. Onların ən çox istifadə etdikləri içki növləri düyü arağıdır. Ümumiyyətlə Koreyalıların maddi mədəniyyətləri onların etnik tarixini düzgün əks etdirir. Onların mədəniyyətlərində şərqi Asiya xalqlarının təsiri hiss olunur. Çəltik becərilməsi qaydaları kənd təsərrüfatı alətlərinin bir çox tipləri, süd içmələri, quş və donuz saxlamaları, it ətindən qida kimi istifadə olunması, açıq yaxalı kofta və xalatların geyilməsi bu cür təsirin nəticəsi olmuşdur. Keçmişdə koreyalıların ailə həyatı patriarxal qaydalara əsaslanırdı. Elə hallar olurdu ki, 12 yaşlı oğlanlara 18-20 yaşlı qız alırdılar. Hazırda Koreyada kiçik ailələr üstünlük təşkil edir. Lnlarda ataya çox böyük hörmət vardır. Onun yanında oturmaq, bərkdən danışmaq olmaz. Ata öldükdən sonra onun bütün hüquqları böyük oğula keçir. Onlar heç vaxt öunutmur, onları tez-tez yad edirlər. Onların fəxri sayılan çox güclü təsviri incəsənəti və poetik xalq yaradıcılığı var. Bunlar çinlilərin təsiri altında yaradıcılıq, öz növbəində yapon mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Onların bədii sənətkarlığı, memarlığı, heykəltəraşlığı, rəssamlığı, tunc, gümüşvə qızıldan hazırlanan məişət və zinət əşyaları hələ qədim vaxtlardan koreyalılara şöhrət qazandırmışdır. Onların musiqi alətləri də zəngin 12 simli arfa və 6 simli gitaralar koreyalıların fəxri sayılır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

 

0 şərh