Рейтинг
+37.29

Ölkələr

53 üzv, 73 topik

Dünyanın ən yaşıl rəngli ölkələri

Dünyanın ən yaşıl ölkələri sizcə hansıları ola bilər?
Dünya İqtisadiyyat Forumunda Yale və Kolumbiya universitetləri hər il ortaq bir hesabat açıqlayır. Siyahı hər il hökumətlərin və xalqların təbiətlə əlaqədar aldıqları qərarları və hədəflərini yerinə yetirmək nisbətinə görə dəyişir. Bu siyahı ötən ilin ən yaşıl 10 ölkəsini və 100 üzərindən aldıqları balları göstərir.

Davamı →

Ölkələr haqqında maraqlı 20 məlumat

 

Ölkələr haqqında maraqlı məlumatlar və faktlar

 

1. Səhralar ölkəsi — Liviya

 

Ölkə ərazisinin 99%-i səhra ilə örtülü olan Liviya dünyanın ən quraq yerlərindən biridir, belə ki, ölkənin bəzi bölgələrində onilliklər ərzində bir damcı belə yağış düşmür.

 

2.Qu quşlarıını mülkə çevirən ölkə -İngiltərə

İngiltərədəki bütün qu quşları kraliçanın mülküdür.

 

3.Şərablar ölkəsi -  Moldova

 Ginnesin Rekordlar kitabına görə, dünyanın ən böyük şərab kolleksiyası Moldovadadır. İçində  1 milyondan çox butulka var.


Davamı →

Yanlış tanıdığımız Amerika

Amerika Birləşmiş Ştatlarına yayda etməli olduğumuz səfər uzanıb-uzanıb sentyabrın 23-də baş tutdu. Donald Tramp hakimiyyətə gələndən bir çox proqramların beli qırılmışdı, bizim iştirak etdiyimiz proqram da istisna deyildi təbii. Ona görə də adətən bir ay davam edən proqram bizə gəlib çatanda, 10 günədək ixtisar edilmişdi. Büdcə çatışmazlığından layihə heç baş tutmaya da bilərdi, amma payızda da olsa, nəhayət, ABŞ-a doğru yola çıxa bildik. Bu, həyatımdakı ən uzun səyahət olacaqdı.

Davamı →

Şimali Koreyanın rasional xarici siyasəti

Şimali Koreyanın xarici siyasəti analitiklər üçün həmişə bir az tapmaca olub. Xüsusən də, ABŞ rəhbərliyində belə bir yanaşma mövcud idi ki, Şimali Koreyanın xarici siyasəti tamamilə irrasionaldır və təsadüfi şəkildə fəaliyyət göstərən liderlərin “dəlilik” dərəcəsi ilə şərtlənir. Hərçənd politoloqlar bu məsələni sırf tibbi səviyyəyə qədər məhdudlaşdırmaq istəmirlər və “çıxdaş dövlət” (rogue state) konsepsiyasını təşviq edirlər.

Davamı →

Almanları bu qədər nizamlı edən nədir?

Berlin-Düsseldorf sürət qatarında bir gənc mənimlə söhbət etməyə başladı. O sonda soruşdu: «Almanlarla amerikalılar arasında diqqətinizi çəkən mədəniyyət fərqləri hansılardır?»
Bu anda orta yaşlı bir qadın bizə yaxınlaşaraq barmağı ilə dodaqlarına toxundu: "Şh!".
O, vaqondakı sakitliyin gözlənilməsi tələbi yazılmış xəbərdarlığı göstərdi.
«Siz sakitlik tələbinə əməl etməlisiniz”, — həmin qadın dedi və öz yerinə qayıtdı.

Davamı →

Şimali İrlandiyada Nəhənglərin yolu

Nəhənglərin yolu Şimali İrlandiyanın ən çox turist cəlb edən məkanıdır. Bu unikal sahil vulkan aktivliyi nəticəsində yaranıb. Əsrlər əvvəl baş verən vulkan püskürməsi nəticəsində burada 40000 qədər bazalt sütünu formalaşıb. Həmin sütunlar dənizə doğru sanki bir yol açaraq həqiqətdə mövcud olmuş nəhənglərin ayaq basdığı pillələri xatırladır.
Buradan yuxarıya qalxaraq görəcəyiniz səfalı mənzərə sözlə ifadə oluna bilinməyəcək dərəcədə gözəldir. Nəhənglərin yoluna gəlib baxmaq istəyənlər burada velosiped kirayə götürərək (və ya əvvəlcədən kirayə götürülmüş velosipedlə gələrək) turistlər üçün hazırlanmış marşrut üzrə hərəkət edə bilər.
Davamı →

Misir

Misir Afrikanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Misir bəşər mədəniyyətinin ilkin ocaqlarından sayılır. Misir əhalisinin bütün həyatı ən qədim dövrlərdən etibarən Nil çayı ilə bağlı olmuşdur. Məşhur tarixçi Herodot Misri Nilin hədiyyəsi adlandırırdı. Arxeoloqlar bu ərazidən ən qədim insan məskənlərini aşkar etmişlər. Buradan paleolit dövrü insanlarının qalıqları və əmək alətləri aşkara çıxarılmışdır. Hələ e.ə. IY minillikdə Misirin ə kinçi əhalisi Nil çayının suyundan istifadə edərək süni suvarma əkinçiliyi ilə məşğul olmuşdular.


Davamı →

Kokos adaları

Kokos adaları digər adı ilə Kilinq adaları — Cənub-Şərqi Asiyada, Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur.

Arxipelaq 27 kiçik adadan ibarətdir. Avstraliyanın 2100 kilometr qərbində, Hind okeanının Şərqində yerləşir. Sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü isə 5 metrdir. Arxipelaq təxminən 14 kv.km ərazini əhatə edir və iki hissəyə bölünür: Şimali Kokos adaları və Cənubi Kokos adaları. 
Davamı →

Almaniyada hansı hərəkətləri etmək olmaz?

Bu yaxınlarda Düsseldorfda 86 yaşlı təqaüdçüyə dayanacaqda oturub dincəldiyinə görə cərimə yazıblar. Buna səbəb – həmin dayanacaqdan onun təyinatına aid olmayan məqsədlər üçün istifadə edilməsi olub, çünki bu şəxs orada avtobus gözləmirdi. Almaniyanın bəzi regionlarında əgər siz stansiyada və dayanacaqda elə-belə oturmusunuzsa, həqiqətən də cərimə tətbiq edilir. Təqaüdçüyə 35 avro cəriməni ödəmək lazım gəlməyib, çünki o, demensiya və ürək xəstəliyindən əziyyət çəkirmiş və ona dincəlmək vacib idi. Yalnız müvafiq tibbi arayış təqdim ediləndən sonra təqaüdçünün üzərindən cərimə götürülüb.
 
Bu qayda praktikada az istifadə olunsa da, Almaniyanın bir çox şəhərlərində ictimai nəqliyyatda alkoqol qəbul etmək həqiqətən də qadağandır. Avtobus, metro və tramvaya pivə və çaxır şüşəsi ilə daxil olmaq mümkündür. Lakin alkoqol şüşəsini nəqliyyatda açıb qəbul etmək qadağan edilir. Bu qaydalar Berlin, Münxen, Nürnberq, Ştutqart və Duysburqa tətbiq edilir. IC и ICE tipli sürətli qatarlara bu, aid edilmir.
Davamı →

Braziliya - gözqamaşdırıcı işıq

Futbol və karnavallar, cəngəlliklər və çimərliklər, qəhvə, şəkər, seriallar, yoxsulluq və zənginlik: bunların hamısı Cənubi Amerikanın ən böyük dövləti Braziliyada cəmləşib. Onun hər bir regionu geniş olmaqla bərabər, həm də özünəməxsusdur. Braziliya sahəsinə görə Rusiya, Kanada, Çin və ABŞ-dan sonra dünyanın beşinci ölkəsidir. Ölkə, sakinlərinin sayına görə də beşincidir. Bu dövlət beş əsr ərzində yaranıb.

Braziliyaya ilk köçənlər iki portuqaliyalı katorqaçı olub. Tezliklə koloniya genişlənməyə başlayıb. Braziliyanın aborigen əhalisi olan hindilər torpaqlarının qəsb edilməsinə qarşı mübarizə aparıblar. Amma qüvvələr nisbəti onların xeyrinə olmayıb. Min hindi tayfasından təqribən 200-ü qalıb. 
Davamı →