Dünyanın ən bahalı şəhərləri - 2014

Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.

2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:


1.
 Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.

Çörək:  3,36 $

5 il bundan əvvəl: 2,90 $


2.
 Bu Avropa şəhərinin adı, tarixi və mədəniyyəti hər zaman dillər əzbəri olub. Bu şəhərdə nəqliyyat, qida və yaşam çox bahalıdır. Söhbət dünyanın ikinci ən bahalı şəhəri olan Parisdən gedir.

Çörək:  8,44 $

5 il bundan əvvəl: 7,31 $


3.
 Uzun illərdir Norveçin paytaxtı Oslo şəhəri bahalı olmasına görə “Economist Intelligence Unit” siyahısına daxil edilir. Sosial xidmətlərin (stomatologiya, gözəllik salonu, ictimai nəqliyyat) kifayət qədər baha olması bu ölkəni 3-cü pillədə yerləşdirib.

Çörək:  5,91 $

5 il bundan əvvəl: 5,33 $


4. Sürix
 – bu şəhərin siyahıda olması heç təəccüblü deyil. Ən iri bankların özəyi, maliyyə mərkəzləri Sürixdə yerləşir. İsveçrənin Sürix şəhərində qarşınıza çıxan hər bir şey olduğundan çox bahalıdır.

Çörək:  6,19 $

5 il bundan əvvəl: 5,13 $


5. Sidneyin 
ən bahalı şəhər olmasına əsas səbəb vergilərin yüksək olmasıdır. Sidney əvvəlki siyahılarda 3-cü yerdə yerləşmişdir.

Çörək:  4,65 $

5 il bundan əvvəl: 3,52 $


6.
 Əvvəl daha yuxarı pillələrdə olan Tokio 2014-cü ilin statatistikasına əsasən, 6-cı pillədə qərarlaşıb. Ötən illərə nisbətən iqtisadi böhran yaşayan Tokioda vergilər olduqca yüksəkdir.

Çörək:  7,12 $

5 il bundan əvvəl: 7,55 $


7. 
Daha bir İsveçrə şəhəri 7-ci pillədə yer alıb – Cenevrə. Bu şəhərdə orta gəlir bir nəfər üçün 3000 $ təşkil edir.

Çörək:  6,38 $

5 il bundan əvvəl: 5,86 $


8. Melburn 
– Avstraliyanın ikinci ən böyük şəhəri. Şəhərin iqisadiyyatı, Universitetləri və mədəniyyəti olduqca inkişaf etmişdir.

Çörək:  4,43 $

5 il bundan əvvəl: 3,77 $


9.
 Venesuelanın paytaxtı olan Karakasa bütün qida ehtiyatı uzaqlardan gətirilir, burda bir çox sosial xidmətlər də bahadır. Şəhərdə qida məhsullarında qiymət artımı tez-tez baş verir.

Çörək:  11,02 $

5 il bundan əvvəl: 6,98 $


10. Kopenhagen
 bir çox Skandinaviya ölkələrindən təmizliyinə, rahatlığına və cəlbediciliyinə görə fərqlənir. Şəhərdə yaşam, tibb və transport kifayət qədər bahalıdır. Ötən ilki siyahıda Kopenhagen 15 pillədə yerləşmişdi.

Çörək:  4,82 $

5 il bundan əvvəl: 3,82 $


Orucova Jalə
azens.az 

 

19 şərh

kurdamir
«Azərbaycanin ən ŞƏHƏRLƏRİ» top 10-----da maraqli olardi.Var görəsən??
Shabnam_Ilham
Bu postu silmək lazımdı bir də gördün bizdə də çörəyin pulu qalxdı, 40 qəpiyə bir təhər öyrəşmişik :D
 
pascal
Məqalənin ilk cümləsində də qeyd olunduğu kimi, əgər topikdə hər hansı bir mövzunun 10-luğundan bəhs olunursa, postu Top 10 bloquna yerləşdirmək məqsədəmüvafiq olardı.
MURAD_SEYFULLAYEV
Olur hərdən belə şeylər… :) 
MURAD_SEYFULLAYEV
Olacaq hələ.
pascal
Ola bilər. Bunu hamımız edə bilərik. Amma düzəldilməsi çətin iş deyil. :)
pascal
Maraqlıdır, Sinqapurda çörəyin qiyməti 3.36 dollardırsa, görəsən minimum əmək haqqı nə qədərdir?
MURAD_SEYFULLAYEV
Burda 2014 üçün orta əmək haqqı 5558 sinqapur dolları göstərilib. Bunu ABŞ dollarına çevirsək 4374 dollar edir.
pascal
Həvəsə baxe… araşdırıb, tapıb. burda da yazdı. )) 
Çox sağ olun. :) 
Bəs minimum əmək haqqı nə qədərdir? ;) Mən bilən keçən il bizdə 105 manat idi.  
MURAD_SEYFULLAYEV
Minimum 1000 SGD olan əmək haqqını isə ABŞ valyutasına çevirdikdə 787$ dollar edir.
pascal
Həə...Onda Shabnam_İlham endişelenmesin. ;) Çörəyin oralardakı baha qiymətin görüb, burda qaldırmaq istəyən böyük vəzifəli məmurlarımız, bi zahmet o ölkələrdəki minimum əmək haqqın da görsün və bilsinlər. Özlərinin aldığı əmək haqqıyla yox, adi məmur işçisinin aldığı maaşla uzlaşdırsınlar qiymətləri. :)
MURAD_SEYFULLAYEV
Bir səbəblə narahat olmaq olar: onların həm ətrafları varlılar olduğuna görə, həm də başları bütün günü «səviyyəli» məclislərə, keflərə qarışdığına görə çətin ki, kasıblardan xəbərləri olsun.
MURAD_SEYFULLAYEV
Özümdən misal gətirim: Bəzən rayonların, kəndlərin birinə getdikdə ordakı insanların necə əziyyətlə çörək pulu qazanmasını, fəhlələrin 20 qəpiyə un kisələrini daşımağını və.s gördükdə, öz günümə haqsızlıq etdiyimi düşünürəm. Əgər mən bunu gördükdən sonra məndən də kasıb insanların olduğunu anlayıramsa, görmədikcə isə ən kasıb mən olduğumu düşünürəmsə, onların bunu bilməməsi də adi haldır. Ona görə də gərək hərdən xalqı düşünüb kasıblara baş cakmək lazımdı. 
Shabnam_Ilham
Yox narahat olmaya bilmirəm :(  Metroda da gediş haqqını qaldıranda " Xarici ölkələrin çoxunda filan qədərdi metroda gediş, bizdə onlarla müqayisədə çooooox aşağıdı, olmaz!  Gərək xarici ölkələrlə uyğunlaşaq, yoxsa camaat nə deyər bizə?????"  açıqlaması ilə qarşılaşdıq. Dİgər ölkələrlə müqayisə edə edə qiymətlər qalxır, «xeyirli uğurlu olsun » :D
pascal
Halısız, nə deyim?..  Amma artırsalar da day 3.36 $ olmaz. (Bununla təsəlli edək özümüzü)
MURAD_SEYFULLAYEV
:)) Hər dəfə sizdən nəsə yeni sözlər eşitdiyimə görə, bu sözü başa düşməsəmdə əslində heç düşünmədim ki, hərf səhvi var, hələ beynimdə bu sözə bir-iki məna variantı da fikirləşmişdim. :)
pascal
:) Üzürlü sayın. Bəzən yoxlamadan nəşrə göndərirəm. Və sonra təsadüfən baxanda hərf səhvimi görürəm.