Kəpəkdən qorunma vasitələri təhlükəlidir

Müasir həyatda aritmik həyat tərzi və sağlamlığa biganəliyin nəticəsi olaraq üzləşdiyimiz xəstəliklərdən biri də baş dərisi qabıqlanmasıdır ki,satışda onunla müdafiə üçün  istənilən sayda vasitə tapmaq mümkündür.İlk növbədə onu bilmək lazımdır ki,qabıqlanmanın səbəbi dərinin piy vəzilərinin mübadilə pozğunluğu və orada “yaşayan” göbələklərin əlverişli mühit şəraitində koloniyalaşmasıdır. Böyüklər üçün nəzərdə tutulan vasitələr doymuş və doymamış yağ turşularından ibarət bitki yağları istehsalının son məhsullarından hazırlanır.Uşaqlar üçün vasitələr isə neft tərkibli minerallaşmış yağlar tətbiq olunaraq hazırlanır.Əksərən doymuş yağ turşuları ilə qidalanan göbələklər üçün bu saç vasitələri daha çox şərait yaradıcı faktor rolunu oynayır və müdafiə üçün müvəqqəti xarakter daşıyır,məhz buna görədir ki,reklamlarda hər gün ən azı bir dəfə yuyunmaq məsləhət görülür.Mütəxəssislər öz sağlamlığına biganə qalmayanlara isə başlarını məhz uşaqlar üçün nəzərdə tutulmuş,tərkibində göbələklərin qətiyyən həzm edə bilməyəcəyi və eyni zamanda sizin dərinizin piy vəzilərinin də mübadiləsinə müsbət təsir göstərəcək minerallaşdırılmış yağlardan hazırlanan dəri vasitələrindən istifadə etməyinizi məsləhət görürlər.
 

0 şərh