Yağlı saçlar


Yağlı saç nədir və necə meydana gəlir? Deyilənlərə görə, düz saçlı insanlarda dəridən ifraz olunan yağ gün içində sürətlə yayılarkən, buruq saçlı insanlarda bu müddət daha yavaş irəliləyir. Bu vəziyyətdə də istifadə ediləcək şampunun çox diqqətli seçilməsi lazımdır. Saçı tez-tez yumaqda daha çox yağlandırır. Genetik və hormonal səbəblərlə yağlı olan saçları, 2 hətta 3 gündən daha çox yumağı təklif edirəm, getdikcə saçınızda azalma olacaq. Limonlu şampun istifadə edin ya da etibarlı markaların yağlanılmağa qarşı çıxardıqları şampunlar yaxşı nəticə verir. Saç kremi istifadə etməyin. Saç boyasının da yağlanılmağı azaltdığı deyilir.

Ayrıca yağlı saçlara sahib olan qadınların saçlarını necə yuduqları qədər necə şəkilləndirdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez daramaq yağlanmağı sürətləndirir. Bununla yanaşı saçların mümkün qədər az yığılmasında da fayda var.

Yağlanılma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, həqiqətdə daha başqa problemlərin də başlanğıcıdır.
Əgər ki həddindən artıq yağlanılma alınmazsa tökülməyə də yol aça bilir. Ayrıca pitrosporium adı verilən və dəridə olan bir göbələyin sayını artıraraq saçlarda kəpəklənməyə ya da seboreik egzama ortaya çıxmasına səbəb olur.

Yağlı saçlar necə yuyulmalıdır?
Həddindən artıq yağlı saçları yuyarkən saçlar şampunlanmazdan əvvəl saçlı dərini iki dəfə yumaq lazımdır. Bəzən saçlı dəri çox yağlı olduğunda, yağlar dəridən uzaqlaşdırıldığı üçün köpük olmayacaq.

12 şərh

asel
menim de problemimdi yağlı sac. 2 günden bir yuyuram
Medikamentoz
Sağlam olun!
asel
men buna xestelik kimi baxmıram. yene de tesekkür
Medikamentoz
Orqanik sağlıqda kənara çıxma varsa deməli patologiyadır.Əlbəttə ki individual yanaşma mühümdür!
asel
cox alim-alim danısdız.men bele de cox memnunam
Medikamentoz
Şairəm,çünki vəzifəm budur əşar yazım,
Düzü düz,əyrini əyri,sözü həmvar yazım.

M.Ə.Sabir. 
Blue
Mənim saçım çox yağlıdı
Medikamentoz
Freederm qətranından istifadə edin.Yağlı saçlar üçün.Çox effektivdir.
asel
hardansa oxuyub dediz
Medikamentoz
Özüm istifadə edirəm :)
asel
medikamentoz- ne demekdi
Medikamentoz
Dərman müalicəsinə medikamentoz müalicə deyilir.Medikament-dərman deməkdir.Bununla Tibbin istənilən qyeri tibbi üsullardan daha üstün olmasını bildirmək istəmişəm.Reanimasyon xəstəyə nə Kərbəladan gətirilmiş qumun nə də qantəpər dəmləməsinin əhəmiyyəti yoxdur,yalnız düzgün tətbiq olunan dərman müalicəsi faydalı ola bilər.Birincinin-Kərbəla qumunun özünə belə faydası yoxdur,yəni tam sapqınlıqdır.Otlara gəlincə isə onlar yalnız profilaktik-yəni önləmalıcı təsirə malikdir.Az hallarda xəstəliyin yüngül formalarında təsiredici effekti var.