Üz dərisinə gündəlik qulluq

Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir. Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır.Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda – qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.

Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən (“penka”) istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq — səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla – bu dərini gundə 2 dəfə su ilə yumaq olar).

Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün ”buzla yuyulması” 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla surtmək lazımdır. Üzün ”buzla yuyulmasından” yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!

Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik “süddən” istifadə edilməsi daha məqsədəuyğun hesab edilir. Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər (“sponj”), birdəfəlik pambıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar.

  
 

27 şərh

asel
hamısını bilirdim. yene de zehmet çekibsiz. sağ olun
BaRLeLiTa
məlumata görə çox sağolun bəzilərin heç bilmirdim))
Medikamentoz
Mollanın əhvalatı kimi gərək bundan sonra soruşum:Bilirsiz? əgər hamı desə ki,yox,o zaman yazım.
asel
kim mene deye biler, yazını seçilmişlere atmaq isteyirem. nece edim
asel
bu yazını yox a, ümumiyyətlə.
BaKiNeC
Yazının əvvəlində ürək şəkli var ora vurun istediyiniz alınacaq.
asel
ay çox sağ olun, onu edirem. sonra hara düşür onu bilmirem.
BaKiNeC
Dəyməz.Buyurun.Sonra öz adınız daxil olun profilinizdə yuxarı hissəda `seçilmiçlər` bölməsini görəcəksiniz.Orda düşür.
asel
ay cox sağ ol. alındı
BaKiNeC
Sizdə sağ olun.ALLAH razı olsun.
Medikamentoz
Niyə də bu yazını yox?! :)
asel
beyenmedim ona gore
Medikamentoz
Tolstoy demiş,doğrunu dediyin üçün sağolasan asel :)
asel
siz de sağ olun
Medikamentoz
Buyurun :)
asel
«FAYDALI DEYİL, SADECE MARAQLI XEBER AXTARIŞINDADIR» — MENE AİD ETMİSİZ BU İFADENİ? MEN XEBERİN FAYDALI OLMADIĞINI BİLDİRMİŞDİM?
Medikamentoz
Mən ümumi olaraq fikir bildirmişəm,kimlərsə konkret buraya aid deyil.Demək istədiyim də budur ki,faydalı video yerləşdirirəm, 0 reaksiya olur,amma maraqlı bir fikir yazıram 10 like...Mən nə yazmalıydım ki?
asel
ZOVQLER MÜXTELİFDİR. BELKE SİZİN MARAQLI BİLDİYİNİZ BİR BAŞQASINA MARAQSIZ GELİR.
Medikamentoz
Bundan şübhələnmirəm,tam əminəm və bu zövqlər müxtəlifdir təsəllisi ilə yaşayanların da gözünü açmaq istəyirəm ki,yuxudan ayılsınlar.
asel
ÖZÜNÜDEN COX RAZISIZ
Medikamentoz
Haqqı bilən bilir ki mən şərhü-bəyanə sığmazam :)

Sadəcə Öz qiymətimi bilirəm. 
asel
bu qeder lovğa olmayın
Medikamentoz
Bu lovğalıq deyil,gərək Özünü tanıyasan və Öz ölçünü biləsən.Lovğalıq nə olduğunu isə izahlı lüğətdə tapa bilərsiniz.
asel
cox yaxş; bilirem