Məktəblilərin sağlamlığı və məktəbdaxili mühit faktorları

uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemləridən biridir. Bunun mahiyyəti daha çox xarici mühitdə vəziyyətin proqressivləşən pisləşməsi ilə əlaqədardır. Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası elmi tədqiqat institutunun və elmi ədəbiyyatların analizi göstərir ki, müasir məktəb yaşlı uşaqların 90 %-inin sağlamlığında bu və ya digər kənara çıxmalar vardır: 50% də funksional pozğunluqlar, 40% də xroniki xəstəliklər (2). Məktəbə gələnlərin artıq 20%-ində xəstəlik aşkar ediril ki, məktəbi bitirəndə isə xəstələrin sayı 2 dəfə artır. Bu, təhsil müəssisələrində məktəblilərin qarşılaşdığı şəraiti sağlamlığa mənfi təsir göstərən əsas amillərdən biri hesab etməyə əsas verir.Hazırda aşkar edilmişdir ki, tədris-tərbiyə müəssisələrində hər bir qrup üçün müxtəlif yaş qruplarında olan uşaq və yeniyetmələrin sağlamlığına ətraf mühitin amillərinin (və ya komplekslərinin) təsirinin prioritetliyi mövcuddur. Tədqiqatlar göstərmişdir ki, məktəbyaşına qədər uşaqların sağlamlığına təbii-iqlim faktorları, eləcə də tikilməkdə olan məktəbəqədər müəssisələrdə uşaqların sayının çox olması təsir göstərir. TPM-də təhsil alan yeniyetmələrin sağlamlıq səviyyəsi təhsil müəssisəsinin profili ilə və onun sənaye obyektlərinə yaxın yerləşməsi ilə əlaqədardır. 34 ümumtəhsil məktəblərində məktəbdaxili mühitin vəziyyəti, Moskva və Sankt-Peterburqda (8 il ərzində) məktəblilərin vəziyyətinin dinamikası öyrənilmişdir.

Xarici mühitin komponentlərinin müxtəlifliyi və sağlamlıq göstəricilərinin çoxlu sayda olmasını nəzərə alaraq, interpritasiya və qarşılıqlı əlaqə üçün nisbətən adekvat metodik üsul kimi faktorlu analizdən istifadəni məqsədə uyğun hesab etmişlər. Faktorlu analiz korrelyasiyanın əmsalına əsaslanaraq, mühitin ayrı-ayrı komponentlərini (faktor adlanan) birləşdirməyə və məktəblilərin sağlamlığına xarici mühitin kompleks təsirinin riyazi qanunauyğunluğunu xarakterizə etməyə imkan verir. Faktorlu analiz standart proqramdan istifadə edilərək, Fortran 4 dilində yazılmışdır.

Məktəbdəki təhsil müddəti ərzində şagirdlərin ümumi xəstələnmə strukturunda kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir.
İbtidai məktəbin xəstələnmə strukturunda əsas yeri yuxarı tənəffüs orqanlarının xəstəlikləri (ən çox KRVİ), LOR orqanlarının patologiyası, dəri, dərialtı piy qatının və görmə orqanının xəstəlikləri tutur. Dərs ilinin ortalarında əvvəlki kimi, kəskin respirator xəstəliklər, qripp və lor orqanlarının patologiyaları başlıca yer tutur. Lakin dayaq-hərəkət aparatının xəstəliklərinin də artması müşahidə olunur (qamət pozğunluğunun müxtəlif növləri, yastıpəncəlik) və görmə zəifliyi (miopiya). Dərs ilinin sonuna isə görmə orqanının xəstəlikləri (miopiya), dayaq-hərəkət aparatının xəstəlikləri (qamət pozğunluğunun müxtəlif növləri, yastıpəncəlik), həzm orqanlarının xəstəlikləri (kəskin bağırsaq infeksiyaları, xroniki və qeyri-spesifik xəstəliklər) 1-ci yeri tuturlar. Uşaqların fiziki inkişafında da dəyişiklik meydana çıxır: yuxarı sinif uşaqları arasında çəkinin 20 % artması, 3 dəfə isə azalması müşahidə olunur.

Müşahidə dövründə məktəblilərin nisbi xəstələnmə səviyyəsinin dinamikasının xarakterizə olunması xəstəlikləri 3 qrupa ayırmağa əsas verdi: 1—qrup—yuxarı siniflərdə xəstələnmə səviyyəsi bütün xəstəliklərin 29,2% ni təşkil edən; 2—qrup—xəstələnmə səviyyəsinin azalması (68,3%); 3—qrup—xəstələnmə səviyyəsi o qədər də dəyişmir (12,5%).
1—qrupu təşkil edən xəstəliklər—miopiya, həzm üzvlərinin xəstəlikləri, anemiya, vegetativ damar distoniyası, qamət pozğunluğu və yastıpəncəlik daha çox diqqəti cəlb edir.

Moskva məktəbliləri arasında xəstəliklərin yayılma tezliyi

Xəstəliklər

100   uşaq üçün xəstəliklərin yayılma tezliyi

Xəstələnmə səviyyəsinin artımı  M/M

Tədris ilinin başlanğıcı

M

N=610

Tədris ilinin           ortası

M

N=578

Tədris ilinin sonu

M

N=620

Miopiya

3,0+0,01

8,0+0,01

16,0+0,02

5,3

Kəskin bağırsaq xəstəlikləri

1,0+0,01

2,0+0,01

4,0+0,01

4

Anemiya

1,0+0,01

1,0+0,01

4,0+0,01

4

VDD

1,0+0,01

1,0+0,01

3,0+0,01

3

Qamətin pozulması

6,0+0,01

7,0+0,01

9,0+0,01

1,5

Xroniki qastrit, mədənin və 12 barmaq bağırsağın xora xəstəliyi,

 

 

3,0+0,01

 

 

4,0+0,01

 

 

4,0+0,01

 

 

1,3

Yastıpəncəlilik

5,0+0,01

6,0+0,01

6,0+0,01

1,2

Cədvəldən göründüyü kimi, miopiyalı uşaqların sayı dərs ilinin ortasına doğru 8 dəfə, sonuna doğru isə 5,3 dəfə çoxalır. Kəskin bağırsaq xəstəlikləri və anemiya ilin sonuna 4 dəfə, VDD isə 8 dəfə artır.

Sankt-Peterburq məktəblilərinin xəstələnmə strukturu və dinamikası ümumilikdə Moskvadakına uyğun gəlir. Lakin Sankt-Peterburq məktəblilərində astmatik bronxit və bronxial astmanın yayılması çoxluq təşkil edir (Moskva məktəblilərinin göstəricilərini 3-4 dəfə üstələyir). Həmçinin həzm üzvlərinin xroniki xəstəliklərinin səviyyəsi yüksək (3 dəfə) olmuşdur.

Ayrı-ayrı ümumtəhsil məktəblərində aparılmış xəstələnmə göstəricilərinin müqayisəli təhlili bunların məktəbdaxili mühit faktorlarından asılılığını göstərmişdir. Cədvəl 2 də bəzi xəstələnmə göstəriciləri ilə məktəbdaxili mühit arasında korreliyasion asılılığı xarakterizə edən məlumatlar verilmişdir.

Cədvəl  2

Məktəbdaxili mühitin sanitar-gigiyen ik xarakteristikası ilə məktəblilər arasında bəzi xəstəliklərin yayılması arasında əlaqə

 

Xəstəliklər

Sanitar – gigiyenik xarakteristika

 

 

 

 

 

 

Tibbi personal

Sinfin mikroiqlimi

 

 

 

KRVİ

-

-

0,56

0,41

0,41

 

-

-

-

0,41

0,41

-

Tonzillit və angina

 

-

 

-

0,30

 

-

 

-

 

-

-

-

0,34

-

-

Otit

-

0,37

0,40

 

-

 

-

 

-

-

-

-

-

-

Həzm sisteminin xəstəlikləri

 

-

 

0,48

 

-

 

-

 

-

 

0,56

-

-

0,54

 

-

 

0,40

Sinir sisteminin xəstəlikləri

 

-

 

-

 

-

 

-

 

-

 

-

-

 

0,29

 

-

 

0,31

 

 

0,36

VDD

0,51

-

-

-

-

-

0,38

-

0,31

 

-

 

0,45

Miopiya

0,44

-

-

-

0,31

-

0,32

-

-

-

-

Qamətin pozulması

0,44

-

-

-

0,31

-

0,54

-

-

-

-

Kəskin bağ.

xəstəlikləri

-

0,48

-

-

0,50

0,40

-

-

0,33

 

0,37

0,71

Bədən çəki.defisiti

-

0,43

-

-

0,45

0,36

-

0,38

0,34

 

-

 

0,56

Bronxial astma

-

-

-

0,43

-

-

-

-

0,36

 

-

 

-

Anemiya

0,34

-

-

0,42

0,32

0,49

 

-

0,49

-

0,42

-

Beləliklə, KRX-in səviyyəsi məktəbdə ikinövbəli tədrislə sıx bağlıdır (R=0,41), rekrepsiyanın qeyri-rasional quraşdırılması (R=0,41), kompleks halında sinif otaqlarında havanın bakterial flora ilə çirklənməsi məktəbdə hava mühitinin vəziyyətini xarakterizə edir. KRVİ səviyyəsi ilə məktəbin sahəsi arasında asılılıq (R=0,56), şagirdlər üçün məktəb daxilindəki komfortu göstərir. Müxtəlif faktorların yayılması ilə məktəblilərin yaşından asılı olan xəstəliklər (VDD, anemiya, miopiya, qamətin pozulması) arasında asılılıq, xüsusi maraq doğurur. VVD xəstəliklərinin göstəriciləri məktəbdəki sıxlığın (R=0,51) korrelyasiya əmsalı ilə, tibbi xidmətin keyfiyyəti (R=0,45) ilə bağlıdır. Məktəblilər arasında miopiyanın artması 5 məktəbdaxili xarakterdən asılıdır: məktəbdaxili sıxlıq (R=0,42), rekraksiyaların qeyri-rasional quraşdırılması (R=0,82), sinif otağının xüsusi həcmi (R=0,49), mikroiqlim (R=0,49), sinifdə havanın keyfiyyəti (R=0,42), onun mikroblarla çirklənməsi. Qeyd etmək lazımdır ki, kəskin bağırsaq xəstəliklərinin tezliyi də KRVİ kimi, məktəbdaxili mühitlə, nahar və səhər yeməklərinin bakterial çirklənməsi ilə bağlıdır (laborator müayinələrinin nəticələrinə əsasən, (R=0,31)). Miopiya və qamət pozğunluğu eyni sanitar- gigiyenik səbəblərlə bağlıdır; otağın qeyri –rasional planlaşdırılma şəraiti (R=0,31),tibbi xidmətin keyfiyyəti (R=0,54).

Alınan nəticələrdən aydın olur ki, məktəbdaxili mühitin şəraiti müəyyən qədər şagird kollektivinin sağlamlıq göstəricilərinə təsir edir. Bu, şagirdlər üçün tipik xəstəliklərdə və sağlamlıq pozğunluqlarında özünü daha qabarıq göstərir: KRVİ, miopiya, qamət pozğunluğu, VDD. Məktəbdaxili mühitin təsirini qeyd edərkən, məktəblərin tibbi xidmətlərlə təminatının səviyyəsini də göstərmək lazımdır. Məktəbdə lazımi tibbi personalın olmaması şagirdlər arasında bəzi pozğunluqların artmasına gətirib çıxara biliər: VDD (R=0,38), miopiya (R=0,32), qamət pozulması (R=0,54).

Korrelyasion analizin nəticələri deməyə əsas verir ki, obyektiv mühitin şagirdlərin sağlamlığına təsir edən ayrı-ayrı göstəriciləri ilə əlaqəsi vardır. Bununla belə, korrelyasion əlaqələrin məntiqi interpritasiyası ilə mühitin ayrı-ayrı təsir növləri və xəstələnmə əlamətləri arasında çətinləşir və analiz edilən göstəricilərin sayının artmasına görə subyektivləşir. Bundan uzaqlaşmaq üçün çoxfaktorlu analizin nəticələri məktəblilərin sağlamlığına təsir edən mühitin çox ölçülü metodları ilə aydınlaşdırıldı (1). Çox ölçülü analizin göstəriciləri hər bir öyrənilmiş faktorun tədrisin müxtəlif mərhələlərində parsial təsirini tapmağa imkan verdi: məktəbə daxil olmamışdan, 3-cü sinifdə və 8-ci sinfin sonunda.

Məktəbdaxili mühit faktorlarının məktəblilərin sağlamlığının faktorlu strukturunu zənginləşdirməsi tədris illəri artdıqca yüksəlir (cədvəl 3). Əgər 3-cü sinfin sonunda qeyd olunan faktorun dispersiyada miqdarı 12,5% təşkil edirdisə, məktəbi bitirmək anında isə 20,6%, yəni 2 dəfə artıq təşkil edir. Bu zaman qeyd etmək lazımdır ki, məktəbdaxili faktorun xüsusi çəkisi müəyyən mənada məktəbdəki sıxlığı xarakterizə edən amillərin gərginliyini müəyyənləşdirir.

Təbii-iqlim (ekoloji) amilləri daha stabil xarakter daşıyır, şagirdlərin sağlamlığının formalaşmasına daha çox əhəmiyyət verə bilər (30-35%). Şagirdlərin sağlamlığına sosial-gigiyenik faktor da təsir edir ki, onun, ilin əvvəlində 27,5%-dən başlayaraq ilin sonunda 13,8% qədər azalması baş verir.

Cədvəl   3

Məktəbdə tədris prosesində şagirdlərin xəstələnmə səviyyəsi və mühitin komplekslərinin (faktorlarının) təsiri  (%-lə)

 

Yaş həddi

Faktorlar kompleksi

Patoloji zədələnmə

Təbii-iqlim faktorları

Məktəb daxili

Sanitar-gigiyenik

Məktəbə daxil olmamışdan əvvəl

 

35

 

__

 

27,5

 

23,3

3-cü sinif

30,5

12,5

21,1

17,2

8-ci sinif

30 ,6

20,6

13,8

20,8

Məktəblilərin sosial-gigiyenik həyat şəraitini tədqiq edərkən valideynlərin sosial-bioloji faktorlarını, ailənin maddi-məişət şəraitini, şagirdlərin sosial aktivliyini nəzərə alaraq, öz sağlamlığına və ayrı-ayrı psixoloji vəziyyətlərə subyektiv qiymət verməklə, əlamətlər kompleksi analiz edilmişdir

Alınan göstəricilər təsdiq edir ki, valideynlərin sosial-bioloji əlamətlərinin əhəmiyyət dərəcəsi digərlərini üstələyir. Ailənin maddi-məişət şəraiti və şagirdlərin sosial aktivlik əlamətləri az əhəmiyyətlidir. Şagirdlərin öz sağlamlığını, məktəbdə və evdəki şəraiti subyektiv qiymətləndirməsinin əhəmiyyəti artır.

Məktəbdə dərs müddəti ərzində patoloji dəyişikliklər müşahidə edilməmişdir. Məktəbə daxil olan zaman bu dəyişikliklər 23,3% olmuş, yuxarı siniflərə keçdikcə isə az dəyişmişdir (20,8 %).

Beləliklə, aparılan tədqiqatlar aşağıdakı nəticəyə gəlməyə əsas verdi ki, məktəbdaxili mühit şəraiti müəyyən dərəcədə şagirdlərin sağlamlıq vəziyyətinə təsir edir və onlar üçün tipik xəstəliklərin: KRVİ, miopiya, qamət pozğunluğu, VDD və b. aşkar olunmasına gətirib çıxarır.

Tədris müddətində uşaqların sağlamlığının formalaşması qanuna­uyğun­luğunun öyrənilməsi problemini sistemli yanaşmanın köməyi ilə xarici mühitin ayrı-ayrı faktorlarını risk amilləri kimi ümumiləşdirib çoxfaktorlu analiz aparatından istifadə edərək, həll etmək mümkündür.

Müəlliflər: B.Z.Voronova, V.İ.Belyavskaya, E.A.Elxovskaya, E.V. Borodina, V.Q.Maymulov, T.S.Çernyakina
Meçnikov adına Sankt-Peterburq dövlət tibb akademiyası
Elmi işin adı: RTEA-nın uşaqların sağlamlıq elmi mərkəzinin uşaqlar və yeniyetmələrin sağlamlığının müdafiəsi ETİ
Hazırladı: S. Aytən
Nəşr olunub: İqtisadiyyat qəzeti

2 şərh

Cavid
Yəqinki düz bir ay sonra məktəbə gedəcək şagirdlər üçün çox vacib mövzudur.
Zeyneb_Ehmedova
maraqlıdır.Lakin indiki zəmanəmizdə ən çox yayılan xəstəlik onurğa əyriliyidi( skalioz) Bu xəstəlikdə hətta yenidoğulmuş körpədədə yaranır.Lakin indiki uşaqlar əyri oturub yazı yazırlar.valideynlərə tövsiyyəm budurki uşaqlarının oturuş qaydalarına diqqət yetirsinlər.Skalioz nəinki uşaqda həmdəki böyüklərdədə yarana bilər