Qaşı tatulu, dodağı qalın – bizim qadın

Heç yerdə qadınlar bizimkilər kimi dodaq şişirtməyə meylli deyillər. Harda üzü-gözü əyilmiş qadın görsən, dərhal bizimki olduğunu bilirsən. Azərbaycan qadını artıq sifətindəki deformasiya ilə tanınır.

Bir neçə il öncə Türkiyəyə müayinəyə gedirdim. Gözləmə zalında oturmuşdum. Birdən tanımadığım bir xanım üstümə cumdu. Sevincək “Aysell, nə yaxşı gördüm səni, gör nə vaxtdı görüşmürük” dedi. İstanbula uçursan? Əla oldu, mən də tək darıxırdım bayaqdan”. Xanıma key-key baxdım, kim olduğunu heç cür xatırlaya bilmədim. Özü də hiss etdi. “Tanımadın? Filankəsəm də, nə qədər görüşmüşük”.
Davamı →

Təzə balığı necə seçək?

Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Mütəxəssislərin qənaətinə görə, hər bir orta yaşlı insan il ərzində 15-20 kiloqram balıqdan istifadə etməlidir. Sözsüz ki, balığın faydalarından lazımınca yararlanmaq üçün ilk növbədə onun keyfiyyətli və təzə olmasına diqqət yetirmək lazımdır. Bəs balıq alarkən onun təzə olmasını necə müəyyənləşdirmək olar?

Hazırda balıq satışına çox yerdə rast gəlmək olar. Yol qırağından tutmuş ən iri marketlərə qədər. Könlünə balıq düşənlər ilk növbədə onu nəzərə almalıdırlar ki, istənilən qida məhsulunu sanitar-gigiyenik normalara cavab verən ticarət obyektlərindən almaq lazımdır. Yol kənarında satılan balıqlardan təzəlik və keyfiyyət ummayın. Düzdür, inandırmağa çalışacaqlar. Əgər inanmaq istəsəniz, tez-tez rast gəlinən balıq zəhərlənməsi hallarını gözünüzün önünə gətirin.
Davamı →

Harland Sandersin 1000 uğursuzluğu

Harland Sanders 1955-ci ildə, 65 yaşında təqaüdə çıxarkən alacağı 105 dollar təqaüdə, öz köhnə avtomobilinə və xüsusi toyuq hazırlanma reseptinə bel bağlaya bilərdi. Sanders başa düşürdü ki, öz təqaüdü ilə yaşaya bilməz. Buna görə də öz avtomobilinin sükanı arxasına əyləşir və öz reseptini restoranlara təklif etmək üçün yola düşür.

Harlandın hesablamasına görə, onun reseptini alacaqlar və o hər toyuğa görə 5 sent alacaq. İlk restoran sahibi ikinci, üçüncü, dördüncü, yüzüncü və hətta mininci restoran sahibi kimi Sandersə etiraz edir.

Edilən ilk 1008 müraciət və zəng uğursuz olur. Bununla yanaşı, Harland restoranlara zəng etməyə və onlara səfər etməyə davam edirdi. O öz avtomobili ilə bütün gecəni restoranları gəzirdi.
Davamı →

Aspirinin bilmədiyimiz faydaları

10 avqust aspirinin «ad günü» sayılır. Məhz bu gün 1897-ci ildə Almaniyanın «Bayer» fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.

Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir. Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur. Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.
Davamı →

Handikap prinsipi

Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.

Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.

Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər.
Davamı →

Sevgilinizi doğru seçmisiniz?

  • Sevgi
Sevgi ən gözəl duyğulardan biri olsa da təəssüf ki, bəzən duyğular qarşılıqlı olmaya bilir və ya zamanla azala bilir. Sizin üçün doğru adam ailənizə hörmət edəcək və onları qəbul edəcək şəxsdir. Lakin unutmayın, hörmət və sevgi bir-birindən fərqli iki duyğudur.

Hər sevən insan kimi sevdiyiniz adamın yanında bir az axmaqlaya bilərsiniz. Bu hər kəsin başına gələ bilər. Lakin doğru şəxs bunu əhəmiyyətli hesab etməz və sizdən əsla utanmaz.
Davamı →

...

Eyni yolla gedirik biz fərqli-fərqli mənzillərə
Eyni yolu gedirik biz, heç bilmirik mənzil nərə.
Heç bilmədən səbəbini lal sularda axanlarıq,
Diriləri basdırırıq, meyitlər ilə yaşarıq.
Sevgimizlə isidirik qəlbimizdə nifrətləri,
Sonra isə üşüyürük, qucaqlayıb cəsədləri.
Dönüb biz də buz oluruq, qucaqlayıb buz meyiti -
Məzardakı nəfəslərdən qalxıb yerin hərarəti.
Peyğəmbəri çarmıqlayib, peyğəmbəri daşlarıq biz.
Tanrıları öldürmüşük, indi adi daşlarıq biz. 
Atmayın siz daşı suya, axı dərdi, bir ahı var.
Daş nə qədər daş olsa da, onun da bir Allahı var.

Cavidan Hacıyev

Üzüm suyu faydalıdır

  • Flora
Mütəxəssislərə görə bitki mənşəli süd olaraq təyin olunan üzüm suyu, qan quruluşçu və antioksidan xüsusiyyətinin yanında bədənin ürək və damar xəstəliklərindən qorunmasına da köməkçi olur.

Üzüm və üzüm suyunun qan quruluşçu və antioksidan xüsusiyyətlərinin bərabər mütəxəssislər, vitamin və mineral baxımından olduqca zəngin olan üzüm suyunun ürək xəstəliklərinə qarşı qalxan təsiri meydana gətirdiyini ifadə edir. A, B və C vitaminləri, kalium və dəmir olduqca zəngin olan üzüm suyu, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Davamı →

Yağışlı havada avtomobili necə idarə edək?

Yağış və sürüşkən yol – sürücü üçün ən təhlükəli vəziyyətdir. Bu məqalədə xoşagəlməz nəticələrin qarşısını almaq üçün yağış vaxtı avtomobilin sürmə qaydalarından danışacağıq.

Yağış vaxtı avtomobili saatda 60 kilometr sürətilə sürmək lazımdır.

Bir çox təcrübəsiz sürücünün yağış vaxtı avtomobilin sürmə qaydalarından xəbəri yoxdur. Bu qaydaları öyrənmək üçün, ilkin olaraq, sürücü təhlükəsiz sürücülüyün əsas nəzəriyyəsi ilə tanış olmalıdır.
Davamı →

...

Vəsf elə məni şair,
Onsuz da vəsf zamanı heç vaxt olmayacaq.
Vəsf elə məni şair.
Qurumuş çiçək yağışda təzədən solmayacaq.
Mənsə itib gedəcəm, hamı məni unudacaq.
Dünya ərköyün uşaqdı — bizlər köhnəlmiş oyuncaq.
Oynadılıb atılacaq — zibillikdə kiçik bir yer.
Hələ ki atılmamışam — Vəsf elə məni şair.
Heç vaxt görünməyəcək məndə olan hüsnü-camal,
Soyacaqlar məni də həqqdən qaçan barmaqlılar.

Hacıyev Cavidan