Faydalı şirələr

Gavalı şirəsi – susuzluğu yatırır, mədə və qarnı yumşaldır. Gavalının çəyirdəyini çıxarıb suda qaynadaraq süzür və alınan suyu soyudurlar. Daha sonra onu 1/5 hissəsini və ya 0,2 hissəsini qalanadək qaynatmaq lazımdır.

Şaftalı şirəsi – adi sıxmaqla alınan şirə susuzluğu yatırır, öd ifrazını yüngülləşdirir.

Albalı şirəsi – suyunu çıxarıb, od üstündə azacıq qatışandan sonra içəndə susuzluğu, qan təzyiqini və ödün sürətlə ifrazını yatırır. Ürəkbulanmaya qarşı da münasibdir.

Zoğal şirəsi – bağırsağı möhkəmləndirir, susuzluğu və qan təzyiqini yatırır. Albalı şirəsi kimi hazırlanır.

Kök şirəsi – mədəni möhkəmləndirir. Bu şirəni ürək döyüntüsü hallarında içmək məsləhətdir. Adi sıxmaqla alınır və bişirməyə ehtiyac yoxdur.

Söyüd yarpağının şirəsi – mədə və tənəffüs orqanlarını möhkəmləndirir.


Ardı →

Göbələk xəstəliyi

Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir.

Yoluxucu xəstəlik olan ayaq göbələyi əsasən barmaqların arasında əmələ gəlir. Tez-tez tərləyən, immuniteti zəif olan adamlar, diabetli xəstələr və idmançılarda göbələk infeksiyası riski daha çoxdur. Tibbi dildə “pəncə mikozları” adlanan bu problem əsasən natəmizlikdən yaranırsa, bəzən də burada ətraf mühitin, ayaqqabıların böyük təsiri olur.

Dermatoloq Azər Qocayevin sözlərinə görə, əgər insan uzun müddət çimmirsə, ayağı tərləyirsə, geyindiyi ayaqqabı keyfiyyətsiz istehsalçı tərəfindən istehsal olunubsa, yaxud köhnə ayaqqabını üç-dörd il geyinirsə, həmin adamlarda pəncə mikozu yaranma riski olur. İctimai yerlərdə, ümumi hamamlarda, saunalarda, idman zallarında, spa mərkəzlərində olan adamlar daha çox ehtiyatlı olmalıdırlar.

Göbələk bakteriyaları ətraf mühitdə hər yerdə mövcuddur. Bu canlıların yaşayıb çoxalması üçün rütubət və isti yerler əlverişlidir. Tərləyən ayaqlar isə bu baxımdan ideal məkandır.


Ardı →

Yoqa bel ağrısını sağaldır

Alimlər bel ağrılarının müalicəsində yoqanın xeyirli olub-olmadığını araşdırırlar.
Britaniyada milyonlarla adam xroniki bel ağrısından əziyyət çəkir. Mövcud müalicə metodları isə məhdud təsirə malikdir.

Alimlərdən, yoqa müəllimlərindən və həkimlərdən ibarət dəstə birləşərək 12 həftəlik yoqa kurslarının fərqli təsirə malik olub-olmayacağını müəyyən etmək istəyirlər. Artrit Araşdırma Kampaniyasının dəstəklədiyi bu layihə iki növ yoqada istifadə edilən hərəkətləri nəzərdən keçirəcək.

Yoqa zehni diqqətlə fiziki hərəkətləri nəzərdə tutur. Yoqa bel ağrılarının müalicəsində istifadə edilə bilər. Söhbət İyengar və Hatha Yoqa növlərindən gedir. Ötən 18 ay ərzində bel ağrılarından şikayət edən 18 ilə 65 yaş arasında olan 260-dan çox adam sınaq məşğələlərdə iştirak edəcək.

York Universitetinin sınaqlar şöbəsinin direktoru David Torgerson və direktor müavini Cenifer Klaber Mofetin fikrincə, yoqanın həqiqətən də xeyirli olduğunu sübuta yetirmək üçün daha böyük sınaqlar keçirilməlidir.

Nəzərəçarpan nəticə isə Professor Torgerson deyir ki, sınaqlar yoqanın xeyirli olduğunu sübuta yetirərsə, onda bu, bel ağrılarından əziyyət çəkən xəstələrin həyatını əhəmiyyətli və ucuz şəkildə dəyişmiş olacaq. Yoqa əzələlərin dartılması və möhkəmlənməsi ilə əzələ dözümlülüyünü artırır.


Davamı →

KİNO: KÖRPƏ (THE KID, 1921)

 

The kid poster

Təbəssüm və bəlkə göz yaşı da doğuran bir film


«Körpə» (1921) dahi kinomatoqraf Çarli Çaplinin rejissyor kimi ilk uzunmetrajlı filmidir. Filmin qəhrəmanı Çaplinin məşhur “Avara” personajıdır. «Körpə» əsasən Avara və onun qəyyumluq etdiyi 5 yaşlı Conun (Körpə) həyatından bəhs edir.

Əsasən komediya janrına aid edilən “Körpə” primitiv, lakin səmimi və öz dövrü üçün olduqca yaradıcı olan komik səhnələrlə zəngindir. Dövrünün bütün filmləri kimi səssiz olmasına baxmayaraq,  rahatlıqla anlaşılan süjet və maraqlı aktyor ifası sayəsində Körpə kino klassikası hesab edilir.

 


Ardı →

Dantenin yubileyi | Anar

— Bu gecə bu qoca bu ocaq.
— Bu gecə. Bu qoca. Bu ocaq.
— Bu gecə, bu qoca, bu ocaq.
— Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi — Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında — daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.


Ardı →

Kolbasanın tarixi

Sosiska və kolbasa istehsalının uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat «The Orya» və ya «The Sausage» qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər. 

Ardı →

Üzü qırışmasın deyə 40 il gülmədi


Britaniyalı bir qadın üzündə qırışlar yaranmasın deyə 40 il gülməyib.

50 yaşlı Tess Kristian üzündə qırışların yaranmasından çox qorxurdu. Buna görə o, qırışların əmələ gəlməsinin qarşısını almaq üçün 40 il gülməyib. Tess gülmək istəyəndə dodaqlarına vurduğunu deyir. O hətta qızı doğulanda belə gülməməyi bacarıb. İndi o, heç vaxt botoks və s. kimyəvi və kosmetik vasitələrdən istifadə etməməsi ilə lovğalanır.
Ardı →

Yaraları sağaldan bitki - Kalanxoe

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu — 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir — sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.


Ardı →

Diabetik pəncə

Bu şəkərli diabetin ağır fəsadlarından biridir. Diabetik pəncə sindromu olan insanda pəncələrdə xoralar əmələ gəlir, oynaqlar və sümüklər zədələnir.

Yaralar çox gec sağalır, onlarda infeksiya inkişaf edə bilər. Ən ağır vəziyyətlərdə bu qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) və amputasiya ilə (bədənin xəstə üzvünün kəsilməsi) nəticələnə bilər.

Diabetik pəncə sindromunun səbəbi diabet xəstələrinin ayaq damarlarında qan dövranının pozulmasıdır. Bunun nəticəsində qidalanması pozulmuş dəridə müxtəlif gec sağalan zədələnmələr əmələ gəlir. Həmçinin dəri soyuğa qarşı çox həssas olur.

Qanda şəkərin xroniki olaraq yüksəlməsi nəticəsində pəncələrdə sinirlərin keçiriciliyi pozulur və bunun nəticəsində bu nahiyədə həssaslıq azalır. Buna «diabetik neyropatiya» deyilir. Bunun nəticəsində diabet xəstəsi ayaqlarda ağrı, soyuq və ya isti temperaturun təsirini, təzyiq, demək olar, hiss etmir. Sağlam insana ağrı hissi vaxtında tədbir görməyə və özünü ağır travmadan qorumağa imkan verir. Diabet xəstələri isə eyni vəziyyətlərdə həssaslığın azalmasına görə travmalar alır. Ayaqlarda yanıqlar, sıyrıntılar və digər zədələnmələr bu xəstələrdə ağrısız keçir ki, onlar bu zədələnmələrə hətta qanqrena başlamayana kimi fikir vermir.


Ardı →