Kənd həkimi | Frans Kafka

Mən çox çıxılmaz vəziyyətdəydim; təcili getmək lazım idi; on mil aralıdakı kənddə məni ağır xəstə gözləyirdi; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi; mənim arabam vardı, elə bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba; əlimdə yol çantası, özüm də kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım; di gəl, atım yox idi! Builki sərt qışın ağrı və məhrumiyyətlərinə dözməyən at ötən gecə gəbərmişdi; qulluqçum kəndi axtarmağa başladı ki, bəlkə biri mənə at verə, lakin gözlədiyim kimi ümidsiz cəhd. Və mən getdikcə sıxlaşan qarm altında hərəkətsizlikdən keyiyərək boş-boşuna dayanıb durmuşdum.

Bu da qulluqçum, o təkdir; hələ darvazanın yanından fanarla mənə işarə edir. Əlbəttə ki, belə bir vaxtda, üstəlik de bu cür yol üçün mənə heç kim atını verməzdi! Yenə də həyətdə var-gəl etdim, lakin onsuz da ağlıma bir şey gəlmədi. Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz pəyəsinin laxlayan qapısına ayağımla toxundum. Qapı açıldı və rəzələri cırıldadı. Pəyədən hərarətlə birgə elə bil at iyi də gəlirdi. Tavandakı kəndirdə tutqun fənər yellənirdi. Alçaq anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi mənə sarı çevrilib göy gözlərini üzümə zillədi.

-Əmrinizlə, yəhərləyimmi? – deyə o iməkləyə-iməkləyə soruşdu.

Bilmədim ki, ona nə deyim. Fəqət əyildim ki, orada daha nə olduğunu görüm. Qulluqçu qız onun yanında dayanmışdı.

-     Varlının heç ağlına da gəlməz ki, onun təsərrüfatında nə var, nə yox, – qulluqçu qız belə deyən kimi hər ikimiz güldük,


Ardı →

Jül əmi | Gi de Mopassan

Bəyaz saqqallı ahıl dilənçi bizdən sədəqə istədi. Yol yoldaşım Jozef Davranş ona beş frank verdi. Mənim heyrətləndiyimi görən Jozef izah elədi:
— Bu bədbəxt qoca indi sənə nağıl edəcəyim bir olayı mənə xatırlatdı. O əhvalatı heç vaxt unutmuram. Qulaq as.
Əslən mən Havr şəhərindənəm. Çox da varlı olmayan ailəmiz dola­nışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı.

Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra sus­duğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çö­kər­di. Ev təsər­rü­fatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məc­bu­riyyəti duy­ma­yaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Ba­cılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məs­lə­hətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti so­yut­ma­sı­na cürbəcür ədviyyatlarla fərqli dad qa­zandırardıq. Bunun çox dadlı və ca­na faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük ta­nıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.

Bütün bunlara rəğmən, biz hər bazar günü geyinib-keçinib, bəndin üs­tündə sahil gəzintisinə çıxardıq. Başına silindr, əlinə əlcək, əyninə sür­tuk (frakdan daha qısa olan, uzun ətəkli pencək – A.Y.) geyən atam bayramlarda xüsusi bəzədilən gəmini xatırladan anamın qoluna girərdi. Hamıdan əvvəl bu gəzintilərə hazır olan bacılarım bizim yır-yığışımızı gözləməli olardılar. Amma ən son məqamda ailə başçısının sürtukuna düşən, hamının nəzərindən qaçan bir ləkə aşkar olunardı və onun əlüstü təmizlənməsi üçün bütün ümid benzinə batırılmış əsgiyə qalardı.


Ardı →

Qandidən 5 həyat dərsi

"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)

  Mohandas Qandi – böyük siyasi və idealoji liderlərdən biri olmuşdur. 1915-ci ildə tanınmış hind yazıçısı Robendranat Taqor ilk dəfə Mohandas Qandiyə  “Mahatma” titulu vermişdir. “Mahatma” – “Böyük Qəlb”,  “Böyük Qəlbli” mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O, deyirmiş: — “Mən bu titula layiq deyiləm.”

   Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox “güc tədbiq etməmək” metodlarından istifadə etmişdir. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq,  oturaq tətillər etmək və s...

  Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparmışdır. O, bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışmışdır. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirmiş, daim rahib paltarı geymiş və vegetarian olmuşdur.

  Qandi heç bir qəddarlıq  və zor tətbiq etmədən həm özünü dəyişmiş, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın  adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüzdə bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq. M. Qandidən sitatlar:


Ardı →

Müştəri həmişə haqlıdır

Biznes mühitində hamının qəbul etdiyi bir fraza var: “Müştəri həmişə haqlıdır”.

Bu frazanın müəllifi 1834-1906-cı illərdə yaşamış amerikalı milyoner Marşal Filddir.

Marşall Fild Massaçusets ştatında fermer ailəsində dünyaya gəlmişdir. 17 yaşından o təsərrüfat mağazasında çalışmağa başlamışdır.

1856-cı ildə Marşal qardaşı ilə birlikdə Çikaqoda “Cooley, Wadsworth and Co.” ticarət kompaniyasında iş tapır. 1862-ci ildə Fild həmin kompaniyanın tərəfdaşı olur və kompaniyanın adı dəyişərək “Farwell, Field & Co.” adlanır. 1881-ci ildə kompaniya heç bir borcu olmadan “Marshall Field and Company” adı ilə biznesin ön sıralarına daxil olur.

Marşal Fild hələ ilk dəfə mağaza işlədərkən müştərilərin marağını müdafiə edən bir siyasət irəli sürmüşdür ki, müştəri aldığı malı geri qaytara bilər və satıcı müştərinin qaytardığı malı sorğu-sualsız geri götürməlidir. Elə həmin zamanlar Marşal Fild belə bir fraza işlətmişdir: “Müştəri həmişə haqlıdır” və “ xanıma nəyi istəyirsə, onu da verin”.

Marşal tarixin gəlmiş-keçmiş ən varlı insanları sırasında 18-ci pillədə yer alıb, sərvəti 66 milyard dollar təşkil edirdi. Marşal Fild 1906 –cı ildə, ömrünün 72-ci yeni ilini qarşıladığı zaman dostları ilə qolf oynayarkən, pnevmaniyadan (ağciyər iltihabı) dünyasını dəyişmişdir.

azens.az 


Davamı →

Ürəyi möhkəmləndirən xalq təbabəti üsulları

Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, ürəyi möhkəmləndirən, damarları xolesterindən təmizləyən və onların elastikliyini artıran çox təsirli vasitələr var.
Bu vasitələri hər bir insan profilaktik məqsədi ilə istifadə edə bilər.
— Yemişan ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyin ritmini tənzimləyir. 3 xörək qaşığı yemişan meyvələrin üzərinə 0,5 l qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda  bağlı qabda qaynadın. Sonra süzün və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin.
— 3 xörək qaşığı pişikotu, 3 xörək qaşığı boymadərən otu, 3 xörək qaşığı nanə yarpaqları 1 l qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl 1/3 stəkan olmaqla qəbul edilir.
Davamı →

Çuğundur salatı

Çuğundur vitamin baxımından olduqca zəngindir. Vitamin C, potasium, lif və nitrik asitlə zəngin olduğundan tez-tez yeyilməsi lazımdır. Xüsusən qaraciyərə çox faydalıdır, xolesterolu aşağı salır. Salatı isə çox daha ləzzətli olur.

Tərkibi:
5 ədəd orta boy çuğundur

2 qəhvə fincanı sirkə

1 çay qaşığı duz

 5 diş sarımsaq

1 çay qaşığı şəkər tozu


Ardı →

Mətbəxə ilk dəfə girən kişilər üçün məsləhətlər

Bu vaxta kimi mətbəxə yalnız su içmək üçün gedən kişilərə birdən birə yemək hazırlanması tapşırılarsa, sizcə nə baş verər?
Amma məşhur kişi aşpazların bu məsləhətlərinə əməl etsəniz, hazırladığınız yeməklərlə ev əhlini təəccübləndirəcəksiniz.
Kitab və saytlardan faydalanın: amma əsla çətin yeməklər bişirməyə çalışmayın. Başlanğıc üçün omlet, makaron və qızartmalara üstünlük verin.
Davamı →

Bootcamp

Arıqlamaq üçün hər dəfə fərqli idman hərəkətləri ilə tanış oluruq. Hazırda ən geniş yayılmış idman çalışmalarından biri bootcamp adlanır. Əsgərlik rejimindəymiş kmi edilən bu idman nəylə fərqlənir?                                                              

Həm pilates, həm yoqa, həm də digər idman növləriylə məşğul olsanız da, bədən quruluşunuz yenə də eyni vəziyyətdə olduğu kimi qalıb.  Onda bootcampla məşğul olmağa başlayın. Bootcamp ağır idman olduğundan ona başlamadan öncə sağlamlıq müayinəsidən keçməlisiniz.      

Bootcampa nələr daxildir?
Digər idman növlərində olduğu kimi, burda da qaçma, tullanma, gəzinti,  jim kimi sadə hərəkətlərə də rast gəlmək olar. Bu hərəkətləri ardıcıl şəkildə edə bilərsiniz. Bu idman sayəsində bədən limitinin dəyişməsi bəzən 3 ay, bəzən də 1 il ərzində mümkün ola bilər. Bu da insanın nə qədər istəkli olması və qidalanmasına nəzarət etməsiylə bağlıdır.


Ardı →

Yapon pəhrizi

Xanımlar artıq çəkidən xilas olmaq üçün müxtəlif pəhrizlərdən istifadə edirlər.

Arıqlamağa kömək edəcək bu cür üsullardan biri də «Yapon pəhrizi»dir. Yapon pəhrizi orqanizmdəki maddələr mübadiləsini daha fərqli ritmdə çalışdıracaq. Belə ki, itirilmiş çəki uzun müddət bədənə geri qayıtmayacaq.

Əsas qayda:
Pəhrizə başlamazdan əvvəl bir neçə gün yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər.

İlk həftə bu ərzaqlardan uzaq durun:
Duz – bədənə su yığıb, çəkini artırır.

Şəkər – bədəndə piy qatları yaradır.

Spirtli içki – 100 qr. çaxır belə maddələr mübadiləsini pozur və toksinlərin bədəndən çıxmasına mane olur.

Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir. Ona görə də bu zaman çoxlu qazsız su içmək məsləhətdir.

Südverən analara bu pəhrizi saxlamaq qadağandır.


Ardı →

Ən faydalı payız tərəvəzləri

İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özünə xas meyvə və tərəvəzləri var. Aiem.az bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edir.

Kərəvəz özünə xas ətri və dadı ilə az kalorili qidalar arasında birincidir. K vitamini ilə zəngindir. Pəhriz saxlayanların sevimlisi olan kərəvəzin 100 qramı sadəcə 16 kaloridir.


Kələm 
yaşlanmanı əngəlləyəcək mineral olaraq qəbul edilən seleniumla zəngindir. Dəriyə gözəllik verir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Kələmdə olan U vitamini mədə və bağırsaqların iç toxumasını qoruyur və oralardakı yaraların sağalmasına kömək edir.


Ardı →