Arıqlamaq üçün nələri bilmək lazımdır

Bunları etməyin daha tez arıqlayınArıqlamaq üçün bütün günü idman zalından çıxmırsınızsa, heç cür arıqlaya bilmirsinizisə, deməli, haradasa səhv edirsiniz. İdmanda yol verilən bəzi səhvlər sizin istədiyiniz çəkiyə düşməyinizə mane olur. Bu qaydalar sizə arzuladığınız çəkiyə və bədən quruluşuna tez zamanda qovuşmağa kömək edəcək.

İlk növbədə unutmayın ki, nə qədər çox idman etmək deyil, hansı məşqləri və necə yerinə yetirdiyiniz daha önəmlidir.

Dünya birdən-birə yaranmayıb!

İdmana ilk başladığınız dəqiqələrdən həddindən artıq ağırlıq qaldırmaq olmaz. Daha ilk başladığınız dəqiqədən özünüzü yormamalısınız. İdmana yavaş-yavaş qızışaraq başlayın. Məşqlərə bu şəkildə başlamaq sizi yalnız idmandan soyudar!

Ardı →

Neyl Qeymandan yeni yazarlara məsləhətlər

İngiltərədə anadan olmuş yazar, daha çox qısa hekayə müəllifi kimi tanınan Neyl Qeyman qorxu, fantastika janrında uğur qazanıb. O, “The Sandman”, “Stardust”, “Coraline” kimi bir çox kitabın müəllifidir. Yazarın gənc və həvəskar yazarlar üçün paylaşdığı məsləhətləri təqdim edirik.
• Yazın. 
• Sözbəsöz irəliləyin. Hər sözü hər yerdə işlətməyin, ən doğru sözü tapın, sonra yazmağa davam edin.
• Başladığın nədirsə, necədirsə olsun, amma onu tamamla. Onu tamamlamaq üçün nə lazımdırsa et, işə yaramayacağından əmin də olsan, tamamla.
• Onu uzun bir müddət gözdən uzaqda saxla, əgər bacarsan, başqa bir adamın yazısıymış kimi oxu. Bacarmasan, fikirlərinə və ədəbi zövqünə etibar etdiyin bir dostundan və ya ədəbiyyat adamından kömək istə.
Neyl Qeymandan yeni yazarlara maraqlı məsləhətlər

Ardı →

Yadlaşma | Qoderzi Çoxeli

Şuğliani Givi birdən geriyə boylanıb qorxdu. Yox, yola ha boylanmadı, öz həyat yoluna boylandı. Heç özü də bilmədi, bu qədər vaxt necə keçdi.

Toylara gedirdi.

İçirdi.

Şerləşirdi.

Harda yaxşı şair sorağı olardı, onun yanına gedərdi.

Ova gedərdi.

Bu günsə, geri boylanıb, başa düşdü ki, hədər yerə çoxlu vaxt gedib.


Ardı →

İntizar | Qoderzi Çoxeli

— Mənə elə gəlir, kiminləsə görüşməliyəm.
— Kiminlə?
— Nə bilim.
— Bəs, onda niyə elə gəlir sənə?
— Bilirsənmi, mən onu sevirdim.
— Nə vaxt?
— Bilmirəm nə vaxt, yəqin qabaqlarda.
— Yenə də. Düzü?
— Anadan olmamışdan qabaq.
— Başa düşmədim.
Ardı →

Şekspir haqqında 10 maraqlı fakt

1. Böyük dramaturqun pyeslərinin çoxunun mövzusu keçmiş zamanlarda cərəyan edən əhavalatları əhatə edirdi. Bu isə həmin dövrdə geniş yayılmış bir praktika idi.

 2. Şekspir zamanının teatrlarında pərdələr yox idi, dekorasiyalar da çox az idi. Aktyorları əhatə edən mühit və şərait pyesin mətnində təsvir edilirdi.

 3. Yelizaveta dövrünün teatrı heç də “incəsənət mədədi” deyildi. Tamaşaçılar tamaşa zamanı meyvə alar və əgər xoşlarına gəlməsə, dişləyib aktyorlara ata bilərdilər. Belə bir fikir var ki, bu adət İngiltərədə teatr sənətinin inkişafına çox böyük təkan verib.

 4. Məlumdur ki, Şekspirin zamanında teatrda bütün rolları – həm kişi, həm də qadın rollarını kişilər oynayırdılar (XX əsrin əvvəllərində Azərbaycanda olduğu kimi). İngilis səhnəsində ilk qadın yalnız XVII əsrdə göründü (Bizdə XX əsr).Kişi qəhrəmanların isə qadın aktrisalar tərəfindən oynanılması dünya teatrı tarixində çox nadir rast gəlinən hallardandır. Böyük aktrisa Sara Bernar 1899-cu ildə Şekspirin kişi qəhrəmanını oynamağa razılıq vermişdi.

  5. Şekspirin 154 dahiyanə sonetinin nə zaman, harada və hansı xronoloji ardıcıllıqla yazılması, eləcə də onların kimə ithaf edilməsi haqqında, demək olar ki, heç bir məlumat yoxdur.


Ardı →

Yuxudan yorğun oyanmağın səbəbləri

Hər gün səhər oyandığınızda özünüzü yorğun hiss edirsiz, fərqinə varmadan gündəlik həyatınızda bəzi xətalara yol verirsiz. Bəs səhər yuxudan yorğun qalxmanızın səbəbi nə ola bilər? Axı yenicə yuxudan oyanmısız?!

Yetərincə su içməmək, qanda dəmir azlığı yorğunluğa səbəb ola bilər. Yuxusuzluq sadəcə enerjinizi tükətməz, bununla yanaşı fiziki və ruhən sizi yorar.

Yetərincə su içməmək. Bədəninizin susuz qalması enerjiniz üzərində böyük təsirə malikdir. Susuzluq qanın azalmasına səbəb olur. Ürəyiniz daha zəif işləməyə çalışar, nəticədə orqanlara gedən oksigen və qida miqdarında azalma yaşanır. Bunun üçün su için.

Yetərincə dəmir qəbul etməmək. Özünüzü yorğun hiss edirsiz və diqqət gücsüzlüyü yaşayırsızsa, dmir əksikliyi probleminiz var. Anemiya riksini azaltmaq üçün dəmir qəbulunu artırın. Yağsız ət, yumurta sarısı, tünd yaşıl yarpaqlı tərəvəzlər, qabıqlı quruyemişlər, yerfındığı əzməsi yeyin.

Səhər yeməyini yemirsiz. Gecə yedikləriniz əriyər və səhər yeməyi ilə yenidən o enerjini yığmalısız. Səhər yeməyi yeməsəniz tənbəlləşərsiz. Tam taxıl, proteinli sağlam qidalar yeyin.

Nə gəldi yeyirsiz. Şəkər və sadə karbohidratla zəngin olan qidaların qlisemik indeksi çox yüksəkdir. Qan təzyiqindəki ani yüksəlmələr də yorğunluğu artırır. Sobada qızardılmış toyuq, qəhvə rəngli düyü, somon balığı, dadlı kartof, ya toyuqlu, meyvəli salat yaxşı seçimdir.


Ardı →

Ərəb mənşəli dəniz terminləri


Ərəblərin vətəni hesab olan Ərəbistan yarımadası dənizlərlə əhatə olunmuşdur.

 Hələ islamiyyətdən əvvəl ərəblər arasında balıqçılıq geniş yaylsa da, dənizçilik elə də inkişaf etməmişdi.  Ərəblər, yalnız ərəb istilalarından sonra, həqiqətən dənizçi bir millətə çevrilmişdilər. Onlar Aralıq dənizində və Hind okeanında dənizçiliyin inkişafında böyük xidmətlər göstərmişlər.


Ardı →

Döş xərçənginə tutulmaq istəmirsinizsə...

“Gündə 1 saatdan çox idmanla məşğul olan qadınlarda döş xərçəngi riskinə tutulma şansı azalır”.

Bu fikir Döş Xərçəngi üzrə Beynəlxalq Avropa Konfransında səslənib.

Beynəlxalq Araşdırma İnstitutunun professoru Matye Boniol aktiv həyat sürməyən və idmanla məşğul olmayan qadınlarla müqayisədə gündə ən azı 1 saat idmanla məşğul olan qadınlarda döş xərçənginə tutulma riskinin 12% azaldığını söyləyib.

O bu statistikanın istənilən yaş həddində olan qadınlara aid edildiyini və əldə edilən nəticənin 1987-ci ildən 2013-cü ilədək aparılan 37 araşdırmanın təhlilinin nəticəsi olduğunu bildirib.

Konfransda, həmçinin, araşdırma zamanı 4 milyondan çox qadının nəticələrindən də istifadə olunduğu qeyd olunub.


Davamı →

Manikürünüz haqqınızda nələri deyir?

Kvadrat dırnaq forması
İti zehin, hər şeyi bilmək həvəsi, yüksək intellektual keyfiyyətlər, diqqətlilik və gözüaçıqlıq dırnaqlarını kvadrat formasında kəsdirən qadınlara xas olan cəhətdir. Bu cür dırnağın sahibləri nizam-intzamlı həyatı sevirlər. Bütün problemlərə və uğurlara fəlsəfi nöqteyi-nəzərdən baxırlar. Bu cür adamlar işdə və şəxsi həyatda ürəklərinin səsinə deyil, məntiqə əsaslanırlar.

Düzbucaqlı dırnaq forması
Dırnaqları düzbucaqlı olan xanımlar adətən işgüzar olurlar. Bu cür adamların xarakterində maksimalizm, sadəlöhvlük, xeyirxahlıq, nikbinlik, emosionallıq əsas cəhətlərdir. Bu adamlar hər şeyi və hər kəsi ideallaşdıra bilərlər. Bu adamlar çox şeyi taleyin hökmünə buraxsalar, da, qarşılarında qoyduqları məqsədlərə çatırlar.
Ardı →

Ağır çanta xəstəlik yaradır

Gündəlik həyatda qadınların istifadə etdiyi böyük və ağır çantalar onların görünüşünə təsirsiz ötüşmür. Belə ki, xüsusilə son illərin dəbi olan böyük çantalara üstünlük verən xanımlarda bel ağrıları yaranır.

Mütəxəssislər qeyd edirlər ki, böyük və ağır çanta daşımaq, gərgin iş həyatı, ev işləri, həmçinin stress də bu ağrıları artırır. Hazırda dünyada gənc  qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir və bunun səbəbkarı  ağır və böyük çantalardır.

Mütəxəssislər qeyd edir ki, ağır çantaların yaratdığı fəsadlar təkcə ağrılarla kifayətlənmir. Bu, sonradan xanımlarda görünə biləcək bel əyrilikləri də yaradır. Həmçinin onurğa xəstəliyi, hərəkət ritminin dəyişməsi, vaxtından əvvəl bel bükülməsi kimi fəsadların səbəbi də ağır çantalardır.


Davamı →