Adı nə olsun?

Siz də " Qoy hələ doğulsun, sonra bir ad taparıq" ,-deyənlərdənsinizmi? Təbii ki,sizə də, fikirlərinizə də böyük hörmətimiz var. Ancaq bunu unutmaq olmaz ki, uşağınıza verəcəyiniz ad həm mənası, həm də deyilişi ilə insanların qəbul edəcəyi, uşağınızın bu adı daşımaqdan qürur duyacağı bir ad olmalıdır. Çünki ad uşaq tərbiyəsində çox mühüm rolu olan, ruha birbaşa təsir edən bir amildir. Həm də ad qoymaq ata-ananın ilk və ən mühüm vəzifəsidir. Ona qoyacağınız ad lətifələrin, komik filmlərin mövzusu olmamalı, dostları, yoldaşları arasında istehza doğurmamalıdır.
Davamı →

Sakura-2 may

Bugün yenə də axşam saat 18:00 tarixində Sakura turniri olacaq. Saatınızı düzgün vaxt ilə sinxronizasiya edin.
Suallara yenə cəld cavab verməyə çalışın,bir az yumor hissinizi də işə salarsınız. 2 turdan sonra qrup oyunlarını da test üçün keçirtməyə çalışacağıq.
Bugün bir sürpriz var. Saytda reytinqi +2.0 vahiddən çox olanlara əlavə 1 dəqiqə veriləcək.qalan istifadəçilər üçün isə 18:10 tarixi son vaxtdır.
Yadınızdadırsa ən yaxşı sual müəllifi üçün mükafat demişdik. Sualları burda vermək olar. Bugün suallarda ən çox xoşunuza gələn sualı da qeyd etsəniz yaxşı olar.

Suallar burdadır.
Ardı →

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Ardı →

Zirəddin


Zirəddin Rzayev kimdir, nəçidir, nə işlərlə məşğul olur? Bu suallara aşağıda ətraflı cavab verməyə çalışacam. Deyilənə görə o, həm həkim, həm də gələcəkdən xəbər verəndir (əstafürillah). O asanlıqla pul qazanmağın yolunu tapan və ən əsası ona inanan (bəzən onu müqəddəs kimi qəbul edən) çoxlu kəmsavad, ağılsız, düşük ordusuna malikdir.


Ardı →

Loqo təklifi

Yadımdadır ki, mən bu sayta I dəfə girəndə Nə harda nə zaman bloqunda Sakura intellektual klubuna loqo fikirləşmək təklifi var idi. o zaman Başım suallara qarışdığı üçün önəm vermədim Bu gün birdən yadıma düşdü və iki variant düzəltdim.


Ardı →