Ayıb olmasın!

Xalqımızın milli, mənəvi və mental dəyərlərinin zənginliyini nəzərə alaraq bu günkü yazımı ayıblara həsr etmək qərarına gəldim.

>Hamı razılaşar ki, xalqımızın ən dəyərli dəyərlərindən ən dəyərlisi utancaqlıqdı. İndi bəzi qara qəlbli insanlar deyəcək ki, XXI əsrdə yaşayırıq, nə utancaqlıq. Amma əminəm ki aşağıda yazacağım nümunələr fikrinizi dəyişəcək.

Həmişə böyüklərimiz bizə nəyinsə ayıb olub olmadığını deyir. Bəzi geridə qalmış xalqlardakı kimi nəyin doğru nəyin yalnış olduğunu demirlər.

Məsələn, hamilə qadlna «hamilədir», «uşaq dünyaya gətirəcək» və «doğacaq» kimi ifadələr işlətmək ayıbdır.
Ardı →

Hicab taxmaq vacibmidir?

Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir. Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni «hicab vacib deyil, Allahın əmri deyil» deyərsə küfrə düşmüş olar.

Ardı →

Mən terrorist deyiləm!

Uinston Çörçill deyir ki, “Fanatik (təəssübçü) o şəxsdir ki, öz düşüncə tərzini dəyişə bilmir və mövzunu da dəyişməyə hazırlaşmır”


Bir çox yalnış əmllərin də altını günahsız əhali çəkir, bir çox yalnış əməlləri törətməyənlərin adı da onları törədənlər sırasında hallanır.


Terrorizm.
Terrorizm bir politikadadır, hansı ki, zor tətbiq edərək, bir çox pis əməllər törədərək, əhali arasında çaxnaşma, qorxu yaradılır ki, bu da bunu törədən həmin terror dəstələrin, qrupların işinə yarayır. Yəni, terrorizm bəzi qrupların öz mənafeləri üçün törətdikləri amansız bir sistemdir. Bunu bir çox mənbələrdə politik repressiya da adlandırırlar.


Ardı →

Bəyi gərdəkdən nə qaçırır?

Toy gecəsinin şəffaf şəraitdə keçirilməsi üçün müasir texnikaya müraciət edək, yoxsa dədə-baba qaydasında havaya yaylım atəşi açaq? İntim adət-ənənlərimiz haqda bir-iki kəlmə...
Hər zaman Azərbaycan xalqının sahib olduğu adət-ənənələrlə fəxr etmişəm. Həqiqətən bu millətin yaşatdığı tarixi vərdişləri, ənənələri düşündükcə qürurundan neynəyəcəyini bilmirsən. Sadəcə içinə fəxarət hissi dolur və xalqın qan yaddaşından xəbərsiz olanlara yazığın gəlir. Amma bəzən də çaşıb-qalırsan… “Bu bizim adət ola bilməz” deyib durursan. Məsələn?
O gün bir həftəlik kəndə getmişdim. Dostlarımdan biri evlənmək istəmirdi. Bir yandan ailəsi, bir yandan biz israr etsək də, dostumuz “yox” deyib dururdu. Nə zaman bu mövzu gündəmə gəlirdisə, oğlan əsəbi halda “Evlənmirəm, vəssalam” deyib uzaqlaşırdı. Heç bir izahat-filan da vermirdi.


Ardı →

5 NHN sualı


1.Hind mənşəli müasir yazıçının qəhrəmanlarından biri deyirki ,o, anadan olanda onu hətta saat da salamlayırdı. Sual:bu necə olurdu?


2.Maçusiro şəhərinin otel rəhbərliyi müştərilər üçün yeni güzəştlərlə dolu xidmətlər paketi təqdim edib.Onların sayı 3 olduqda müştərilər pulsuz pivə,4olduqda 5% güzəşt,5 olduqda tam pulsuz xidmət qazanırlar.
Diqqət sual:onlar deyəndə nə nəzərdə tutulur?


Ardı →

Bəyənirəm!

Mən KAYZENİ bəyənirəm! ORİGİNAL ©
Hər bir işdə xeyir görən göz və könülləri bəyənirəm! ORİGİNAL ©
Vətənin keşiyində duran Mübariz oğullarımızı bəyənirəm! ORİGİNAL ©
İşində məsuliyyətli,vicdanlı,düzgün,qərəzsiz olan insanları bəyənirəm! ORİGİNAL ©
İnsanın özünə,daxili zənginliyinə,dünyagörüşünə görə qiymət verənləri bəyənirəm! ORİGİNAL ©
Sözü gözünün içinə baxaraq,başqalarının ona deməyə çəkindiyi halda «tappatarap» üzünə deyənləri bəyənirəm!)) (bəzi istisnalar vardır) ORİGİNAL ©
Haqqlı tənqiddən özünə nəticə çıxaran və qarşındakına fikirlərinə hörmət qoyanları bəyənirəm! ORİGİNAL ©
Ardı →

Kitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.


Ardı →

Artıq gec olanda...!

Bu olay Rusiyada yaşanıb. Şəkildəki körpə sevinclə qaçıb anasna deyib ki, onun dodaq boyasıyla kağizda urək şəkili cəkib və sözü ağzında yarımçıq qalan körpəyə anası zərbələr vuraraq döyüb. Huşunu itirən körpə özünə xəstəxanada gəlib və korpədən uzr istəyən anaya övladının son sözu bu olub: «Ana mən ürəyi çəkdim ki deyəm seni sevirem...»

Heç vaxt uşaqlara əl qaldırmayın. Onlar o qədər müdafiəsiz olurlar ki bunu duyan ilan pələng canavar və s. yırtıcılar belə çox vaxt onlara toxunmurlar! bu bir faktdır..

 

.

 


Davamı →

Xoşbəxt olmaq hər bir qadının haqqıdır.

  • Qadın

Bir həyat yoldaşım olsun istədim… Sadəcə ona aid olum, onun üçün döyünsün ürəyim, çırpınsın varlığım.


İşdən gəlməyini səbirsizliklə gözləyim, saata həsrətlə baxım, ətirlənib, bəzənim, qapının zəngi çalınanda ürəyim çarpınsın, qaçıb qabağına sarılıb ona… Hər gün ilk və son dəfə gəlirmiş kimi…
Ardı →