İlan balası | Ramiz Rövşən

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Davamı →

Oğlan uşaqlarının fərqli xüsusiyyətləri

Oğlunuzu böyüdərkən oğlan uşaqlarına xas vəziyyətlərlə qarşılaşa bilərsiniz. Oğlanlar qızlardan fərqlidirlər. Hər uşaq eyni təməl sevgiyə, qayğıya ehtiyac duysa da, qızların və oğlanların maraq duyduqları mövzular fərqli ola bilər.

1. Riskli davranışlara meyllidirlər
Oğlunuz dünyaya gəldikdə ilk öyrənəcəyiniz şeylərdən biri onun riskli davranışlara meylli olmasıdır. Sərhədləri aşmağı çox sevirlər. Yıxılmazdan əvvəl kənara nə qədər yaxınlaşa biləcəklərini görmək istəyirlər. Təbii ki, bütün bu davranış şəkilləri anaların sinir böhranı keçirmələrinə səbəb ola bilər. Bədənlərindəki sıyrıqlar və göyərmələr, hətta bəzən də qırıqlara hazır olmalısınız, bu, onların təbiətində var.
Davamı →

Küp | Lucci Pirandello

Bu il zeytun da bol idi. Hələ keçən il çoxlu məhsul vermiş ağaclar, çiçəkləmə vaxtı havalar dumanlı keçsə də, artıq bərkimişdi.
 
Kvote Primosoledəki sahəsində kefin istəyən zeytunu olan Lollo Dzirafa zirzəmisindəsi beş köhnə küpün zeytun yağı üçün bəs etməyəcəyini görəndə əvvəlcədən küp düzəldilən Santo Stefano da Kamastrola daha bir gün sifariş vermişdi. Bu hündür, qarınlı təzə küp zirzəmisindəki küplərdən çox iri idi.
 
Don Lollo həmin küpün üstündə yerli dulusçu ilə çox çənə vurmuşdu. Don Lollo Dzirafa daha kimə ilişmirdi ki? Heç nəyin üstündə, hasardan düşən adicə bir daşın üstündə belə çığır-bağır salır, qatırını yəhərləyib, şikayət eləmək üçün dərhal şəhərə çapırdı. Nəhayət, gerb kağızına, vəkillərə, gah bu, gah da o qonşu ilə çəkişmə üstündə o qədər məhkəmə xərcləri vermişdi ki, az qala tamam var-yoxdan çıxmışdı. 
Davamı →

Niyə introvertlər asanlıqla uğura nail olur?

Belə hesab edilir ki, ünsiyyətcillik və unikal natiqlik bacarığı insanın lider olacağına zəmanət verir. Bu keyfiyyətlər introvertlərə xas deyil. Lakin özlərinə qapalı insanların inanılmaz uğura sahib olmalarına səbəb olan güclü tərəfləri var!
 
İntrovertlər hər addımlarını diqqətlə düşünür və buna görə də uğursuzluq riskini azaltmış olurlar. Ekstrovertlər hər hansı yeni bir ideyaya sahib olduqda emosiyalara qapılır və ani qərarlar verdikləri halda, introvertlər hər şeyi dəqiqliklə düşünürvə bundan daha sonra qərar verirlər.
Davamı →

Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?

Sağlam və gümrah olmaq üçün meyvə və tərəvəzin rolu böyükdür. Təəssüf ki, son illərdə yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə xaricdən gətirilən məhsulların tərkibi elə də ürəkaçan deyil. Və bu sahə getdikcə inkişaf etməkdədir. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəlli toxumlara, bitki şitillərinə üstünlük verirlər.

İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.
Davamı →

Bozbaş səviyyəsi

Bu yaxınlarda çox pis xəstələnmişdim. Soyuqdəymə bədənimə elə işləmişdi ki, xəstəlikdən beynim də dumanlanmışdı. Halsızlıqdan yataqdan dura bilmirdim. Ən sevdiyim məşğuliyyət sayılan mütaliə ilə də məşğul ola bilmirdim. Kitabı əlimə götürüb iki-üç cümlə oxuyan kimi vəziyyətim lap ağırlaşırdı. Həm də oxuduqlarımı heç dərk edə bilmirdim. 

Xəstəlik, düşüncələrimdə mənə yad olan nəsnələr yaratmışdı. Bəlkə də “yaratmaq” əvəzinə “məhdudlaşdırmaq” ifadəsini işlətsəm, daha yerinə düşər. Adətən tez-tez xəstələnən biri deyiləm və immunitetim yaxşıdır. İndi birdən-birə belə olmağım, halımı lap yaman eləmişdi. “Məhdudlaşdırmaq” məsələsini isə məhz onunla bağlayıram ki, həmin xəstəlik vaxtı ətrafa, mənə tamamilə yad tərzdə olan baxışlarım meydana çıxmışdı.
Davamı →

Sarıkök suyu

Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir.

Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb. Sarıkökün əsas təsiredici komponenti olan «kurkumin» güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir.

Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır:
Davamı →

Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər?


İlk çubuq təxminən 3000 il əvvəl yaranıb, onları çinlilər fikirləşib. Taxta çubuqlar bambuqdan hazırlanırdı və kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə yeməyi çevirmək çox rahat idi. Onların köməyi ilə isti yeməkləri çevirən aşpazın əllərini yandırmaq ehtimalı da azalırdı. Çubuqların uzunluğu 38 sm idi, qida qəbulu üçün onlan 25 sm qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada onlar «xasi» adını alıb.
Davamı →

Astrid Lindqrenin uşaqlar haqqında çıxışı

Dünyada nə qədər insan mövcud olacaq, o qədər də mübarizə və çarpışma olacaq. Kövrək dünyamız həmişə təhdid altındadır. Bəs zamanı deyilmi, özümüz-özümüzə sual verək. Sual verək ki, niyə bu münaqişələr var, niyə münasibətlərimiz münaqişələrlə başa çatır? Necə yaxşı insana çevrilək, aqressiyalarımızı necə unudaq?

Düşünürəm ki, bunu üçün lap əvvəldən — uşaqlardan başlamalıyıq. Tezliklə planeti idarə etməyə başlayacaq, artıq özləri sevgi və ya zorakılıqla yaşayacaqlarına qərar verməli olacaqlar.
İndi xatırlayıram ki, bizi idarə edənlərin hər hansı müdriklikdən, Tanrı verən istedaddan məhrum olduğunu anlayanda necə şoka düşmüşdüm. Eynən bizim kimi zəifliklərə və ehtiraslara malikdirlər, lakin bir fərqimiz var: Əllərində hakimiyyət var. Niyə bu insanlar belə pis qərarlar qəbul edirlər? Ola bilməz ki, təbiətən bu qədər zalım olsunlar.
Davamı →

Klassikləri necə söyməli? | Qan Turalı

Klassikləri söymək ya da öymək milli idman növümüzdür.
Hər iki hal üçün də böyük intellekt filan tələb edilmir.
 
Bərbəzəkli sözlər, təntənəli ifadələr...
 
Ya da təhqir, rəncidə, həqarət.
 
Və hər iki tərəfin də əlində çürüyən arqumentlər...
 
Hardan başlayasan, bilmirsən.
 
Elə öyməkdən başlayaq o zaman.
Davamı →