Balıq və yəhudilər

Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.

Tanexe, Talmud və Kabbala — yəhudi mistikasında balığa müxtəlif aspektlərdən baxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığa yalnız kulinariya obyekti kimi baxmışıq.

Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar, mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıq isə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşı mənbəyidir.
Davamı →

Həyata şizoidlərin gözləri ilə baxış

Şizoid tiplər yeni tanış olduqları insalara qarşı olduqca ehtiyatlı davranan və eyni zamanda münasibətləri dərinləşdikcə belə bu davranışlarını heç vaxt dəyişdirməyən şəxsiyyət pozğunluğudur. Hisslərini ifadə etməkdə olduqca çətinlik çəkən şizoidlər daha çox öz daxili dünyasında olmağa üstünlük verirlər. Onların dost ətrafları olduqca az saydadır.

Şizoidləri başa düşmək heç də asan iş deyil, çünki onlar özləridə özlərini başa düşməkdən qaçırlar. Belə olduqda biz onların susqun, qayğısız, öz daxili aləmlərinə bağlanmış vəziyyətini izləyərkən,onların özləri və həmçinin başqaları haqqında nə düşündüyünü necə bilə bilərik?
Davamı →

“Filankəsin balası” sindromu

Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm. Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu «filankəsin balası” deyiminə „filankəsin balası” sindromu adını versək lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi haqqında mənə açıqlama verdilər. Özlərinin də “filankəsin balası” sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.

Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan, babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan, azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki, zavvalı Adəm və Həvvanın gözlərinə öz ailələrindən savayı, başqa bir ailə dəymirdi ki, onlar da həmin ailənin övladlarını „filankəsin balası” sözləri altında Habil ilə Qabilə nümuna göstərsinlər.
Davamı →

Murakami İşiqurodan yazır

Bəzi yazıçılar var ki, yeni romanları çıxan kimi məni bir nüsxəsini almaq üçün o saat kitab evinə dartır; sonra o ərəfədə nəyi oxuyuramsa, onu bir yana atıb həmin əsəri oxumağa girişirəm. Bu günlərdə çox az yazıçı mənə bu cür təsir edir. Kazuo İşiquro onlardan biridir.

Məncə, İşiquronun ən gözə çarpan xüsusiyyəti bütün əsərlərinin fərqli olmasıdır; hər romanı fərqli formada qurulub və fərqli yönlərə işarə edir. Struktur və üslub baxımından hər biri açıq şəkilədə digərindən fərqli olmaq üçün yazılıb. Yenə də hər biri açıq şəkildə İşiquronun damğasını daşıyır, buna baxmayaraq, hər biri öz içində mikro-kosmosları olan bənzərsiz dünyalardır.
Davamı →

Kitab xəstəsi | Herman Hesse

Biri var idi, biri yox idi. Bir oxucu vardı. O, həyat burulğanlarından cavan yaşlarında ikən qorxaraq kitablara sığınmışdı. Evində çoxlu kitablar vardı, ancaq kitablarla ünsiyyət qururdu. Ən doğru, həqiqi gözəlliyə böyük həvəslə mübtəla olması, bəşəriyyətin ən nəcib, alicənab dərrakələri ilə ünsiyyəti ona təsadüflərlə rastlaşmaq və təsadüfi insanlara qoşulmaqdan daha səmərəli gəlirdi. Həyat insanın yolunu onsuz da istəyindən asılı olmayaraq bu cür təsadüflərə rast gətirir. Onun ev kitabxanasındakı kitabların müəllifləri qədim yunan və roma ədibləri və müdrikləri idi.

Oxucu onların yazı dilini çox sevirdi. Bu dil ona çox müdrik gəlir, düşüncələri ilə uyğunluq təşkil edirdi. Oxuduqca o, insanların zamanla niyə bu cür yüksək mövqelərdən azdığını, səhv yollara düşdüyünü anlaya bilmirdi. Axı bu qədim insanlar elmin bütün sahələrində zirvələri fəth etmişdilər. Höteni nəzərə almasaq, yeni gələn nəsillər demək olar ki, ədəbiyyata heç nə verməyib. Bəşəriyyət bu kitab fədaisinə heç də maraqlı olmayan, hətta lazımsız hesab etdiyi – avtomobillər və hərbi sursatların, dirinin ölüyə, təbiətin rəqəm və pullara çevrilməsi sahəsində xeyli inkişaf etmişdi.
Davamı →

Samuel Herman Reshevsky

Bəşəriyyət tarixi insanları öz bacarıqları ilə heyrət içərisində qoyan bir çox dahi insanlara sahib olmuşdur. Onlardan biri də 8 yaşında 8 qat Amerika çempionu olmağı bacarmış Samuel Herman Reshevsky idi. Ən təəccüblüsü o idi ki, adi əlifbanı belə bilməyən 4 yaşlı uşaq şahmat ustalarını asanlıqla “mat” etməyi bacarırdı.

Gələcəyin çempionu 1911-ci ilin noyabr ayında Rusiya imperiyasının Ozorkuv adlı qəsəbəsində dünyaya gəlir. Onun artıq 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamış, 4 yaşında isə əyalətdə şahmat oyunu üzrə özünə rəqib tanımırdı. Bir qədər sonra o ailəsi ilə Polşanın Lodz şəhərinə köçür. Məhz burada onun dahi Salye ilə görüşü baş turu və bu görüş Samuel-in şahmat karyerasına böyük təkan verir. Yoxsul ailənin 6-cı övladı olan Samuel-in həyatda irəli getmək üçün bundan daha yaxşı şansı ola bilməzdi. Maraqlısı odur ki, kiçik Samuel məktəbə getmir, heyvanları ayırd edə bilmir, riyaziyyat və digər elmləri bilmirdi. Lakin o hər hansı bir şəkildə böyüklərin belə həll edə bilmədiyi tapşırıqları həll edirdi.
Davamı →

Handikap prinsipi

Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.

Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.

Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər.
Davamı →

İmperator olmaq istəmirəm!

  • Kino
Gərək məni bağışlayasanız, amma mən imperator olmaq istəmirəm. Çünki, bu mənim işim deyil. Mən nə yeni torpaqlar işğal etmək istəyirəm, nə də insanları idarə etmək. Hətta əgər mümkün olsaydı mən hər kəsə: yahudilərə, xristianlara, qaralara və ağlara yardım edərdim. Biz insanlar hamımız bir-birimizə yardım etmək istəyirik.Çünki, insan oğlu belə yaradılıb. Biz digərlərnin xoşbəxtliklərindən ilham alıb yaşamaq istəyirik bədbəxtliklərin deyil.

Çünki, biz bir-birimizə nə nifrət etmək, nə də xor baxmaq istəyirik. Yer üzərində hər kəsə çatacaq qədər yer, hər kəsi doyuracaq qədər nemət vardır. Yaşam yolu gözəl və azaddır, lakin biz öz yolumuzu itirmişik: Nəfs insan ruhunu zəhərləmiş, dünyanı nifrət hissi ilə doldurmuş, bizi qazlar kimi yürüş edib safalət və qan tökülməsinə şərait yaratmağa vadar etmişdir.
Davamı →

Nabokovun nakam məhəbbəti

Araşdırmaçıların dediyinə görə Vladimir Nabokovun “Başqa sahil” adlı hekayəsi Peterburqdakı malikanədə baş verib. Çoxlarına məlum deyil ki, həmin malikanənin eyvanında on altı yaşlı gənc Nabokov Vale Şulqinlə qarşılaşır. Bu təsadüfün sirli olması ondadır ki, sonradan Nabokovun Lolita obrazı məhz həmin insanla qarşılaşmasından yaranacaqdı…

Sirli qarşılaşma
Nabokov “Lolitası”nı belə xatırlayırdı: “Onun boyu elə də uca deyildi, həvəsli görünür, yerişindən-duruşundan zirək birinə oxşayırdı. Bu da onun gözəlliyinə bir az da incəlik, zəriflik, canlılıq gətirirdi. Onun məzəsi, qəribə, qeyri-ixtiyari gülüşü, tez-tələsik danışığı, sözləri düzgün tələffüz etməməsi, düppədüz, ağappaq dişləri, saçı, doluxsunmuş gözləri, zərif sinəsi, köhnə tufliləri, kiçik, donqar burnu, şirin, xoşagələn qoxusu – bütün bunlar bir-birinə qarışaraq göz oxşayan zəif bir dumanı ortaya çıxardır. Hansı ki, bu duman indi mənim hisslərimi dörd tərəfdən bürüyüb”, — yazıçı Şulqinlə görüşü barədə gündəliyində yazır.
Davamı →

Vegetarianlıq və veqanizm uşaqlara faydalıdırmı?

Dünyada heyvan mənşəli məhsullardan tamamilə və ya qismən imtina etmək getdikcə populyarlaşır. Vegetarianlıq özü-özlüyündə bir neçə növə bölünür- süd içən vegeterian və ya yumurta yeyən vegeterian. Həqiqi vegetarianlar, onları veqanlar da adlandırırlar, ümumiyyətlə heyvan mənşəli heç bir qida qəbul etməyib, balıq, yumurta, süd məhsulları və baldan da imtina edirlər.

Bir qayda olaraq, vegetarian həyat tərzi seçmiş valideynlərin övladlarının da rasionunda ət və ət məhsulları olmur. Lakin, son zamanlar vegetarian ailələrdə böyüyən uşaqların pis qidalanma səbəbilə xəstəxanaya yatırılma halları artıb.
Davamı →