Energetik içkilər haqqında 10 fakt

1. 1980-ci ilin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədlərində istifadə etməyə qərar verdiyi içkini icad edib və istifadəsinə başlamışdı. Hazırda isə Red Bull energetik içki bazarının 70 faizini əhatə edir.

2. Energetik içkilər əhvalın yaxşılaşmasına və əqli fəaliyyətin stimullaşmasına xeyirlidir. Hər kəs öz istəyinə uyğun energetik içki tapa bilər; onları 2 qrupa bölmək olar: tərkibində çox kofein olan(oxumağa və işləməyə daha çox meyilli olan tələbələr üçün nəzərdə tutulub), digərlərinin tərkibində isə daha çox vitamin və karbohidrat mövcuddur (asudə vaxtlarını idman zalında keçirtməyə üstünlük verən insanlar üçün nəzərdə tutulur).


Ardı →

İlya Repin mistik gücə malik olan rəsimləri

  İstedadla çalışqanlıq bir araya gəlincə, bəzən təbiət öz övladına bu mükəmməlliyi bağışlamır. Elə təkcə rəssamlıq sənətinin tarixinə baxsaq, buna şamil olunacaq bir neçə nümunə görə bilərik: Frida Kahlonun inadkarcasına həyat və sənət sevgisi, Van Qoqun tək-tənha yaşadığı bütün ağrılarına və sənətdəki uğursuzluğuna rəğmən dayanmadan səyahətlər edib gözəl peyzaj rəsmləri çəkməsi və s. Bu nümunələrin sırasında dahi rus rəssamıİlya Repin də var. Bu xoş xasiyyətli, dostcanlı, istedadlı rəssam demək olar ki, öz dövrünün ən qabaqcıl rəssamı idi. Repin olduqca çalışqan idi, lakin təbiət onu sağ qolunu qurutmaqla sənətində ağır imtahana çəkir. Mücadilə – bu, rəssamın sənətə olan sevgisinin ifadəsi idi, sanki. Tibb elmi onun qolunun qurumasının dəqiq səbəbini tapa bilmədiyi halda, bunu yalnız rəssamın gərgin iş qrafikinə bağlamışdır. Lakin araşdırmalar nəticəsində başqa inanılmaz faktlar da meydana çıxıb. Öncə gəlin rəssamın həyat yoluna nəzər salaq: 

   İlya Repin Xarkovun yaxınlığında yerləşən Çuquev şəhərciyində doğulmuşdu. Balaca İlya hərbi şəhərcikdə yaşadığına görə ilk olaraq hərbi məktəbin mətbəə şöbəsində təhsil almışdı. Məhz o məktəbdə onda rəsm sənətinə güclü ehtiras oyandı. Lakin onun bəxti gətirmədi, çünki oxuduğu şöbə tezliklə bağlanmalı oldu. O vaxt İlyanın təhriki ilə atası onu rəssamlıq məktəbinə oxumağa göndərdi. O, təxminən, 4 il ikonalar çəkir və qədim ikonaların bərpası ilə məşğul olurdu.    1863-cü ildə gənc rəssam Rəssamlıq Akademiyasına qəbul olmaq üçün Peterburqa yola düşür. Bununla belə klassik rəssamlığı bilmədiyinə görə, onu akademiyaya qəbul etmirlər. Bu halda Repin İ.N.Kramskinin dərs dediyi özəl rəssamlıq məktəbinə daxil olur. Qısa müddətdə müəllimi ondakı istedadı kəşf edir və onu öz evinə qonaq çağırır. Repinin həyatında mühüm rol oynayan bu dostluq o vaxtdan etibarən başlamışdı.  İki aydan sonra Repin Kramskinin zəmanətilə qəbul ola bilmədiyi Rəssamlıq Akademiyasında sərbəst dinləyici kimi qəbul edilir. Birinci kursun sonunda “Talan olunmuş Yerusəlimdə peyğəmbərin göz yaşları” adlı əsərinə görə İlya əla qiymət alır və beləliklə, o, akademiyanın tələbəsi olur.


Ardı →

Həyatın 10 ehkamı | Endryu Mettyu

Qəlbinin səsini dinlə.1. Bu dünyaya öyrənmək üçün gəlmişik və hər gün həyat bizə yeni bir dərs verir.

2. Kainatda seçilmişlər yoxdur.

3. Həyatımız inanclarımızın əksidir.

4. İnsanlara, əşyalara, pula nə qədər çox bağlansaq, onlar da bizdən bir o qədər uzaqlaşacaqlar.

5. Diqqətimizi cəmləşdirdiyimiz şeylər həcmcə böyümə xüsusiyyətinə malikdirlər.

6. Qəlbinizin səsini dinləyin və sizi götürdüyü yerə gedin.

7. Tanrı heç vaxt göylərdən enib, “Bu andan etibarən xoşbəxt ola bilərsən!” deməyəcək.

8. Həyatla mübarizəyə qoşulduqdan sonra, onun hər zaman qalib gəldiyini görəcəksən.

9. “İnsanları sevmək” nə deməkdir?- Bəli, onları olduğu kimi qəbul etmək.

10. Məqsədimiz həyatı yox, özümüzü dəyişməkdir.
Davamı →

Amazon meşəlikləri

Planetin ağciyəri adlandırılan Amazon meşəliklərləri dünyanın ən zəngin canlı aləminə (bitki örtüyü və heyvanat aləmi) malik olan ərazidir. Böyük hissəsi Braziliya ərazisində yerləşir. Hələ də orada yaşayan canlı aləmin dəqiq şəkildə siyahısı müəyyən edilməmişdir və buna görə də tez-tez yeni canlıların tapılması hallarına rast gəlmək olur. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara belə rast gəlinmişdir.
Ardı →

Qızıl barmaqlı Vaqif Mustafazadə

Onun barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı. 

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Ardı →

Qadını tanıdan ətir

Bəzən bir qadını tanımaq üçün hansı ətiri istifadə etdiyini bilmək yetərli olur. 

Psixoloqların da təsdiq elədiyinə görə, qadının hansı ətiri sevməsi birbaşa onun xarakteri ilə bağlıdır. Məsələn, şərq ətirlərinə üstünlük verən qadınların həyatda əsas məqsədi özünü sevdiyi kişinin  ömründə bəzəyə çevirməkdir. Bu, eyni zamanda qadının maddi müstəqilliyinə də mane olmur.  Şərq ətirlərinə üstünlük verən qadınlar risqi dəyərləndirən, problemi bütün aspektlərdən qiymətləndirən, bəzən bir andaca tərsinə qərarlar verənlərdir. Belə qadınların intuisiyası güclü olur. 

Çiçək ətirlərini sevən qadınlar başladıqları işi sona çatdıran, «dağı dağ üstə qoymağa» çalışan tipə aiddirlər. Şirin çiçək ətrini sevənlər hər şeyi əvvəlcədən planlaşdırmağı sevirlər, bir az da həyəcanlıdırlar. 

Nəfis çiçək ətirlərinə üstünlük verənlər təbitən optimistdirlər. Amma onların arasında həyatlarına çatışmayan pozitivi daxil etmək istəyənlərə də rast gəlinir.  

Dəniz qoxulu ətirlərə işgüzarlar üstünlük verirlər. Onlar adətən səbirli, hiyləgərdirlər, hamı ilə dil tapmağa çalışırlar, həyata təbəssümlə baxırlar. Onların geniş çevrəsi möbvcuddur. 
Ağac ətirlərini bəyənənlər bir az eqoist, cəmiyyətdən seçilmək arzusunda olurlar. Belələri məntiq evliliyinə üstünlük verir. Yəni nikaha sevgiyə görə deyil, əksər hallarda pul kisəsinin qalınlığını göz önünə gətirərək girirlər. 

Kirşan ətirlərinin həvəskarları incə, küsəyən və şıltaq xanımlardır. Onlar zərif, hiyələgər, öz istədiklərinə çatan qadınlar sırasındadırlar. Paradoksal cəhət budur ki, onlarla nə qədər ünsiyyətdə olursansa, onları bir o qədər tanımadığına əmin olursan. Bunlar əsl ətir pərəstişkarlarıdır. Bəzi qadınlar xəzlə özlərinə «sipər» çəkirlərsə, bu qadınların psixoloji silahı da onların ətirləridir. 

Giləmeyvə ətirlərini xoşlayan qadınlar kişilərin hissləri ilə oynamağı, ərköyünlük etməyi sevirlər. Onlar impulsiv, öz bildikləri kimi hərəkət etməyi xoşlayan, başqalarının sözlərini qulaqardına vuran, məsuliyyəti digərlərinin  çiyinlərinə qoymaq arzusunda olanlardır. Belələri caduya, bədnəzərə də inanırlar. 

Tünd ətirləri sevən qadınlar üçün keyfiyyət əsas göstəricidir. Onlar həyatdan nə istədiklərini bilən, çətinliklərin öhdəsindən gəlməyi bacaran, keçmişlə yaşamadıqları üçün yaşlarından gənc görünən xanımlardır. Ürəklərinin dərinliyində uğura inanır, energetik və nikbin əvhal-ruhiyyəli, əksər hallarda da yükü öz çiyinlərinə götürürlər. 

Mütəxəssilər əmin edirlər ki, ətirin qoxusu ilə özü kimi başqalarının da xarakterinin incəliklərini çözmək mümkündür. 

Sonda tanışlıq üçün oxuculara bəzi məşhur ətir brendlərinin hansı qoxu kateqoriyasına aid olmasını bildirən siyahını təqdim edirik: 

Şərq ətirləri: Belle d'Opium, Yves Saint Laurent; Dior Addict, Dior; Vanille Ambre, Comptoir Sud Pacifique; Shalimar, Guerlain; Amarige, Givenchy.
Çiçək ətirləri: J'Adore, Dior; Beautiful, Estee Lauder; Bulgari pour Femme, Bulgari; L'Air du Temps, Nina Ricci; Chanel №5, Chanel; Light Blue, Dolce & Gabbana.
Nəfis ətirlər: Happy, Clinique; L'Eau d'Issey, Issey Miyake; L'Eau par Kenzo, Kenzo; Cool Water, Davidoff; Women, DKNY.
Ağac qoxulu ətirlər: Wood Wood, Comme des Garcons; Dry Woods, Jo Malone; Feminite du Bois, Shiseido; Premier Figuier, L'Artisan Parfumeur; Vetiver, Etro.
Kirşan qoxulu ətirlər:  Love, Chloe; Noa, Cacharel; Iris Poudre, Frederic Malle; Hiris, Hermes; FlowerbyKenzo, Kenzo.
Giləmeyvə ətirləri: Be Delicious, DKNY; Hippy Fizz, Moschino; Sunset Heat, Escada; Mango Manga, Montale; Mure & Musc Extreme, L'Artisan Parfumeur.
Tünd ətirlər: Gucci by Gucci; Miss Dior Cherie; Chypre Rouge, Serge Lutens; Eau du Soir, Sisley; Iris Nobile, Acqua di Parma.
Əgər indi  sizi «ona hansı ətiri hədiyyə edim?» sualı narahat edirsə, onda onun xasiyyətini düşünərək addım atın, onu tanıyın və birlikdə xoşbəxt olmağa çalışın.

Firəngiz Ağalar



Davamı →

Maraqlı Faktlar

2004-cü ilin 3 iyun tarixində Brüsseldə dünyanın ən dərin hovuzu açılıb.Bu hovuzu tanınmış yazıçı Jül Vernin personajının şərəfinə “Nemo-33” adlandırıblar. Belə ki, bu hovuz xüsusi olaraq dayvinq həvəskarları üçün Con Beyernarts tərəfindən 1996-cı ildə yaradılıb. Hovuzun dərinliyi 33 metrdir. Bu səbəbdən də “Nemo-33” adlanır. Hovuzun ümumi su tutumu 2.5 milyon litrdir. Hazırda burada dalğıclar məşq edir. Həmçinin, burada müəyyən araşdırmalara aparılır. Arada bir isə su altında istirahət etmək istəyənlərin ixtiyarına verilir. Suyun hərarrəti isə daimi olaraq 30 dərəcə saxlanılır. 2004-cü ilin 3 iyun tarixində Brüsseldə dünyanın ən dərin hovuzu açılıb.Bu hovuzu tanınmış yazıçı Jül Vernin personajının şərəfinə “Nemo-33” adlandırıblar. Belə ki, bu hovuz xüsusi olaraq dayvinq həvəskarları üçün Con Beyernarts tərəfindən 1996-cı ildə yaradılıb. Hovuzun dərinliyi 33 metrdir. Bu səbəbdən də “Nemo-33” adlanır. Hovuzun ümumi su tutumu 2.5 milyon litrdir. Hazırda burada dalğıclar məşq edir. Həmçinin, burada müəyyən araşdırmalara aparılır. Arada bir isə su altında istirahət etmək istəyənlərin ixtiyarına verilir. Suyun hərarrəti isə daimi olaraq 30 dərəcə saxlanılır.  2004-cü ilin 3 iyun tarixində Brüsseldə dünyanın ən dərin hovuzu açılıb.Bu hovuzu tanınmış yazıçı Jül Vernin personajının şərəfinə “Nemo-33” adlandırıblar. 

Belə ki, bu hovuz xüsusi olaraq dayvinq həvəskarları üçün Con Beyernarts tərəfindən 1996-cı ildə yaradılıb. Hovuzun dərinliyi 33 metrdir. Bu səbəbdən də “Nemo-33” adlanır. 

Hovuzun ümumi su tutumu 2.5 milyon litrdir. Hazırda burada dalğıclar məşq edir. Həmçinin, burada müəyyən araşdırmalara aparılır. Arada bir isə su altında istirahət etmək istəyənlərin ixtiyarına verilir. Suyun hərarrəti isə daimi olaraq 30 dərəcə saxlanılır.2004-cü ilin 3 iyun tarixində Brüsseldə dünyanın ən dərin hovuzu açılıb.Bu hovuzu tanınmış yazıçı Jül Vernin personajının şərəfinə “Nemo-33” adlandırıblar. 

Belə ki, bu hovuz xüsusi olaraq dayvinq həvəskarları üçün Con Beyernarts tərəfindən 1996-cı ildə yaradılıb. Hovuzun dərinliyi 33 metrdir. Bu səbəbdən də “Nemo-33” adlanır. 

Hovuzun ümumi su tutumu 2.5 milyon litrdir. Hazırda burada dalğıclar məşq edir. Həmçinin, burada müəyyən araşdırmalara aparılır. Arada bir isə su altında istirahət etmək istəyənlərin ixtiyarına verilir. Suyun hərarrəti isə daimi olaraq 30 dərəcə saxlanılır. 
Davamı →

Cet Lidən həyat dərsi

1. Barışmaq –sənin ən əsas müdafiəndirCet Li
“Sən öz eqonu nümayiş etdikdə ətrafında düşmənlərin çoxalır. Mən xüsusi biri deyiləm, mən sadəcə olaraq döyüş sənətinə çox vaxt sərf etmişəm. İndi mən bacardıqlarımı nümayiş etdirirəm. Dünyada mənim etdiklərimi edə biləcək bir çox insan var”.

2. Harmoniya gücdən vacibdir
“Mən döyüş sənətinin insanlara ancaq ağrı bəxş etdiyini göstərdiyimi düşünəndə kədərlənirəm. Həyatda döyüşün əsas olmadığını sübüt etmək üçün şansım olmadı. Həyatda ən əsas in və yan harmoniyasını (ağla qara arasında harmoniyanı) qavramaqdır. Yalnız harmoniyanı anladıqda insan böyük şəxsiyyət hesab edilə bilər”.

3. Xoşbəxtlik daim səninlədir
“Xoşbəxtliyin təqibində uzaq məsafələri qət etməyə ehtiyac yoxdur. Xoşbəxtlik burada, sakit tənha otaqdadır. Sənin bütün problemlərin sənin qəlbində yığılıblar, buna görə, sən, sadəcə olaraq, özünü öyrənməlisən. İnsan həqiqətdə kim olduğunu anlamalıdır. Əgər sən öz daxili dünyanı anlasan, həyada daha heç nədən qorxmayacaqsan”.

4. Başqalarının sənin haqqında fikirləri sadəcə olaraq fon musiqisidir
“Başqalarının sənin haqqında fikirlərinə radioda eşitdiyin mahnılar kimi yanaş. “Sən çox yaxşısan!”- tram- pam- pam. “Sən axmaqsan!”- tram-pam-pam. Əgər səni başqalarının sənin haqqında fikirləri daha çox narahat edirsə, deməli, sənin bəzi problemlərin var”.

5. Ölüm sənə həyat bəxş edir
“Mən ölməyə hazıram. Əgər insan bu an, bu gün və yaxud sabah ölə biləcəyini anlayırsa, o, həyatının hər anının dəyərini bilməyə başlayır. Və o, həyatının hər anının qayğısına qalmağa başlayır. Belə ki, o, sabah ölsə, son işlərinə görə utanmayacaq”.
Davamı →

Gələcək 5 ildə marketinqin inkişaf istiqamətləri

Mütəxəssislər növbəti 5 ildə marketinq gedişlərinin siyahısını tərtib ediblər.

Reklamlar faydalı olmalıdırlar
İstifadəçini darıxdırıcı məsləhətlərlə bezdirmək lazım deyil, onun həyatını asanlaşdırmağa çalışın. Hər hansı bir brendin özünü nümayiş etdirməsinə reklam deyilir. Sizə maliyyələrinizi idarə etməyə, uşaqları tərbiyyə etməyə, turlar və biletlər bron etməyə kömək edən saytları darıxdırıcı promouşn kimi deyil, lazımi xidmətlər kimi qəbul etmək lazımdır. Məsələn, Nutricia Club analara uşaqları tərbiyyə etməyə kömək edərək onlara peyvəndlərin zamanını xatırladır.

“Məni əyləndir, mən də səni alım!”- prinsipi
Bir neçə il əvvəl alıcıların tələbləri bu prinsipə əsaslanırdı və brendlər müştərilərə tarixçələr danışmağa başladı. Məsələn, TWIX şokoladlarının reklamında şokolad çubuğunun sol və sağ tərflərinin münaqişələri haqqında tarixçəni xatırlayın. Brendlərin işlətdiyi bu gediş bugünkü günə qədər öz aktuallığını qoruyub saxlamaqdadır.
Ardı →