Səyyah heykəllər

Məşhur fransız heykəltaraşı Bruno Katalaonu kəsilmiş hissələrdən ibarət heykəllər yaratmışdı. İlk baxışdan bu heykəllər tamamlanmamış kimi görünsədə lakin bu əsərlərin dərin mənası var. Bruno öz əsərlərinə hər hansısa fikir bildirməsə də, zənnimcə o bu əsərlər vasitəsi ilə sadə xalqa nəyi isə çatdırmaq istəyirdi.

Onun “Səyyah” adlı heykəllər silsiləsində Van Qoq da yer almışdı.


Ardı →

Aya baxanda salavat çevirilməsin səbəbi

Şəqqül-qəmər (ərəb dilindən tərcüməsi “Ayın bölünməsi”) Həzrət Mühəmməd Peyğəmbərin (s) göstərmiş olduğu bir möcüzənin adıdır.

“Əl-Mizan” təfsirində yazılıb ki, hadisə hicrətdən 5 il əvvəl zilhiccə ayının 14-də Məkkədə baş vermişdir (hadisənin baş verdiyi tarix barədə başqa məlumatlar da mövcuddur).

Rəvayətə görə, bir gün müşriklər Həzrət Mühəmməddən (s) tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni görmək istədiklərini soruşanda dedilər ki, bizim üçün səmadakı Ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə Aya işarə etdi. Allahın əmri ilə Ay iki yerə parçalandı, yarısı şərqə, yarısı da qərbə çəkildi. Bir az sonra bunlar yaxınlaşıb bitişdilər, Ay yenə əvvəlki kimi bütöv oldu.

Müsəlmanlar bu möcüzənin xatirəsi ilə Aya baxanda Peyğəmbərin ruhuna salavat deyirlər. Həmçinin, dini mənbələrdə Peyğəmbərin çöhrəsi gözəllik əlaməti olaraq 14 gecəlik Aya (bədr) bənzədilir. Müsəlmanlar Aya baxanda o həzrətin çöhrəsini görürmüş kimi salavat söyləyirlər.


Ardı →

Uğurlu iş həyatı üçün 5 xarakterik xüsusiyyət

İnsan özünə bir çox hədəf yarada bilər. Bəzən daha asan, bəzən isə daha çətin çatarsınız hədəflərinizə. Lakin bu hədəflər işinizi motivasiya edər və sizə istiqamət göstərər.
Yaxşı, bəs hədəflərinizi nəyə görə təyin etməlisiniz? Nəticədə hədəf təyin etmənin məqsədi o hədəfə çatmaqdır. Nəticəyə çata bilməyən hədəflərə sahib olmaq, adamın vaxtını və enerjisini boş yerə xərcləməsinə səbəb olar. Unutmayın, ən yaxşı hədəf, ağıllı hədəfdir.

Ağıllı hədəflərin 5 xarakterik xüsusiyyəti olmalıdır;

Açıq və dəqiq olmalıdır
Hədəfiniz dəqiq və açıq olmalıdır. Bir hədəf əsla həddindən artıq və ya şablon olmamalıdır. Hədəfiniz dəqiq və açıq olduğu zaman, işlərinizin bu istiqamətdəki irəliləməsini də asanca ölçüb biçəcəksiniz.


Ardı →

Faydalı məsləhətlər

1. Paltara yapışmış saqqızı qoparmaq üçün həmin paltarı soyuducunun buzlu yerində 1 saat saxlamaq lazımdır. Əgər paltar buzlu yerə yerləşmirsə, onda saqqız yapışan yerə buz parçası qoyun.

2. Gümüş əşyaları təmizləmək üçün naşatır spirtinə həmin əşyaları salmaq lazımdır, sonra soyuq su ilə yumaq və yun əski ilə qurulamaq lazımdır.

3. Gümüş bəzək əşyalarını təmizləmək üçün isə onları bir parça sink və qaynar paltar sodası məhlulu tökülmüş suya salmaq lazımdır.
Rütubət ləkəsi olan gümüş əşyaları diş məcunu ilə təmizləmək olar. Xanımların işinə yarayacaq məsləhətlər.

4. Bankanın polietilen qapağını açmaq üçün bankanın üstünə qaynar su olan qab qoymaqla açmaq olar. Beləliklə qapaq isinəcək və asan açılacaq.
Ardı →

Uşaq oyunları

Övladınızla hansı oyunları oynamaq mövzusunda çətinlik çəkirsiniz?   Birlikdə doyunca əylənib, onunla yaxşı vaxt keçirmək, şənləndirmək, güldürmək və özünüzü xoşbəxt etmək üçün çoxlu oyunlar kəşf etməlisiniz. 

2-4 aylıq
2-4 aylıq uşaqla hansı oyunu oynamaq olar ki? Körpələrin altını dəyişdirəndə çox zaman ağlayırlar. Amma siz vəziyyəti öz xeyrinizə dəyişdirib onu güldürə bilərsiniz. İşarə barmağınızla göbək dəliyinin ətrafını dairə şəklində cızın, sonra ona şən bir mahnı oxuyun. Astaca uşağın göbəyinə toxunun və barmağınızı havada fırladıb “yaramazı tutdum” deyin.

5-8 aylıq
Bu oyunu məktəbəqədər uşaqlar çox sevir. Oyunun bəzi qaydalarını dəyişdirib 5-8 aylıq körpə ilə oynaya bilərsiniz. Çox hündür olmayan stola, ya da kresloya oturun. Uşağı dizlərinizin üstünə qoyub kreslonun kənarlarından tutun. Uşaqlara aid olan hər hansı bir mahnı oxuyun, ya da o şəraitə uyğun mahnı sözlərini özünüzdən uydurun. Mahnının nəqarətində ayaqlarınızla körpəni astaca yuxarı qaldırın.
Ardı →

Test- Mən qorxağam, yoxsa cəsarətli ?

Hər kəs üçün xasiyyəti maraqlıdır. «Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?» Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür — 1
b) Küçənin o biri tərəfinə keçərəm — 5
c) Tez uzaqlaşmağa çalışıram — 10


Ardı →

Markiz de Sad

“Məni qəfəsə qapatmağı bacardız. Amma məni ya öldürün, ya da olduğum kimi qəbul edin. Çünki onsuz da məni dəyişə bilməyəcəksiz” (Markiz de Sad)

Fransız Markiz de Sad dünya ədəbiyyatının mübahisəli simalarından biridir. Markiz de Sad

Uzun müddət əsərləri qadağan edilən və Fransada bütün külliyyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilən Sadın şəxsiyyəti, konsepsiyası fransız intellektualları arasında uzun müddət müzakirə olunub.

Fransız şairi Giyom Apolliner deyirdi ki, XX əsrdə onun ideyaları dominant olacaq.

Sad əsərlərində insan təbiətinin qaranlıq tərəflərini araşdırırdı.

Yazıçı hələ XVIII əsrdə deyirdi ki, insanın davranışları onun instinktləri, gizli arzuları, seksual istəkləri ilə bağlıdır.

İnsan davranışının əsas tənzimləyicisinin təhtəlşüurdakı istəklərlə əlaqəli olduğunu XX əsrdə Freyd elmi nöqteyi-nəzərdən araşdırdı və Apollinerin öncəgörməsi özünü doğrultdu.

Fransız yazıçısı Andre Bretona görə Sad sosial və əxlaq azadlığına çağırış edir.

Sürrealistlər üçün isə o, riyakar əxlaqa qarşı etirazın simvolu idi.
Ardı →

Göz yaşları lal nitqdir

Allah olmasaydı, onu uydurmaq lazım gələrdi.Volter

Çoxları səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.

Biz bu dünyaya axmaq və qəddar gəlmişik, dünyanı belə də tərk edəcəyik.

Ciddi olmaq gözəldir — lakin biganə olmaq lazım deyil.

Çalışmaq bizi bu üç şeydən qurtarar: canımız əziyyətdən, pis vərdişlərdən, yoxsulluqdan.

Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır.

Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik.

Elmi abidələr sökülmür.

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

İş ideya üçün yaranmır — ideya iş üçün yaranır.

İzah olunmuş zarafat əhəmiyyətini itirir.


Ardı →

Dəri və saçlarınız üçün kələmin yararları

1. Piqment ləkələr qırmızı səpkilər əleyhinə. Kağız salfeti təzə çəkilmiş kələm şirəsində isladıb, həftədə 3 dəfə 15-20 dəqiqə üzə qoymaqla istənilən nəticəni alacaqsınız.

2. Dərindən təmizləməquru dərinin qidalanması üçün suda bişmiş kələmi püre halına salın. 10-15 dəqiqə üzünüzdə saxlayın .

3. Sallaq, quru qırışmış dəri üçün 3-4 qat tənzifi təzə çəkilmiş kələm şirəsində isladıb, üzə və dekolite hissəyə 10 -15 dəqiqə maska edin. Tənzifi üzdən çıxartdıqdan sonra dərini soyuq su ilə yuyub, nəmləndirici krem çəkin. Bunu həftədə 2-3 dəfə təkrarlayın nəticəni görəcəksiniz. 


Ardı →

Ölkələrin simvolu sayılan məşhur tikililər haqqında

Hansısa ölkəyə səfər etmək istəyərkən ağla ilk gələnlərdən biri bu olur? Bu ölkədə gəzməli-görməli, maraqlı, tarixi yer haradı? Bəzən bir abidə, saray, qüllə, saat, ümumiyyətlə hansısa bir tikili o ölkənin simvolu sayılır. Ölkələrin simvolu sayılan məşhur tikililər haqqında maraqlı məlumatlar burda

Bosniya və Herseqovina — Mostar Körpüsü
 
Mostar Körpüsü, Bosniya və Herseqovina Respublikasının Mostar şəhərindən keçən Neretva çayı üzərində yerləşir. Memar Sinanın şagirdi memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilib. Neretva çayından 24 m yüksəklikdə, 30 m uzunluğunda, 4 m enində olan Mostar Körpüsü, o dövr üçün inkişaf etmiş texnologiya ilə tikilib.
Davamı →