Yaşlı bənna

Yaşlı bir bənna həyat yoldaşı və ailəsi ilə birlikdə daha azad bir həyat yaşamaq üçün müttəhidinə təqaüdə çıxmaq istədiyini dedi. Müttəhid, bənnanın təqaüdə çıxmasına kədərləndi. Bənnadan sonuncu bir istəyinin olduğunu dedi: «Sonuncu dəfə mənə bir ev tikərsənmi?» 

Bənna könülsüz razılaşdı və işə girişdi. İşi tez bitirmək istədi. İşi könülsüz gördüyü üçün tikdiyi son ev bu günə qədər tikdiyi bütün evlərdən keyfiyyətsiz oldu. Özünü həsr etmiş olduğu peşəsinə belə son vermək nə bəxtsizlikdi!… İşini bitirdikdən sonra, varlı sahibkar evə baxmaq üçün gəldi.

— Bu evi sənin indiyə qədərki fəaliyyətinə görə, məndən sənə hədiyyə kimi qəbul et.

Bənna çaşdı. Kaş ki, tikdiyi evin öz evi olacağını bilsəydi! O zaman belə başından etməzdi !

Bənna sizsiniz, tikdiyiniz evlər də həyatınızdır. Hər gün bir mismar vurar, bir taxta qoyar, ya da bir divar tikərsiniz. Həyatınızı özünüz formalaşdırısınız. Bu gün etdiyiniz davranış və seçimlər sabah yaşayacağınız evi qurur.
Davamı →

30 yaşa çatmadan bunları edin

1. Ailənizdən ayrı bir şəhərdə yaşayın.Doyunca rəqs edin

2. Bir, ya da birdən çox xarici dil öyrənin.

3. Üzgüçülük dərsi alın və dəniz dibini kəşfə çıxın.

4. Doyunca rəqs edin.

5. Məntiqinizlə ürəyiniz bir-birinə zidd olduqda, məntiqinizi boş verin, səhv belə olsa, bir dəfə ürəyinizi dinləyin.

6. Qatarla Avropanı səyahət edin.

7. Qarşılıqlı bir eşq olmasa, bir-birinizə heç bir yolla qovuşa bilməsəniz belə, bu eşqin dadını çıxarın.
Ardı →

Namuslu olmaq azdır...

Gucu gizlətmək də sirr saxlamaq kimi cətindir.Qatil də Allah quludur, Əzrail da mələk olduğu kimi...

Gücü gizlətmək də sirr saxlamaq kimi çətindir.

Təkrar biliyin anası deyil, balasıdır.

Ümid–pul kimi bir şeydir.

Özünü cilovlama, eybi yox, qoy nadanlar səni “kobud” adlandırsın.

Xatirələrin yaşadığı yerlər köhnə tanışlara bənzər, hərdən yadına ya bir dalan düşər, ya bir kitabxana...

Yaşamaq-susamaqdır, ancaq heç ölüm də su deyil.

Əgər yaddaşın qarışıqdırsa, xatirələrin köhnəlibsə, acı dadırsa, onları heyfslənmədən at. Yoxsul və təmiz ev daha rahatdır, nəinki zəngin və səliqəsiz ev.


Ardı →

Əlillik arzusu

Amerikada 57 yaşlı Kloe Cenninq Uaytın ən böyük arzusu şikəst qalaraq əlil arabasından istifadə etməkdir. Məlumata görə, Cenninq 9 yaşında ikən xalası ilə birlikdə qəzaya düşüb və iflic olan xalasının əlil arabası sürməsi ona maraqlı gəlib. Kiçik qız velosipedini ağaca çırparaq özünü şikləst etmək istəyib, xəsarət alsa da ona heç nə olmayıb. Bu fikri heç cür özündən uzaqlaşdıra bilməyən Uayt vaxtaşırı gizlicə əlil arabası sürməyə başlayıb.

Kloe Cenninq Uayt böyüyüb universitet təhsili alsa da, yaxasından əl çəkməyən bu fikir onu bəzən özünə qarşı qəzalar törətməyə sövq edib. 2006-cı ildə kieçirdiyi xizək qəzasında isə qadın sol baldırında hissetməni itirib. 2008-ci ildə həkim heyəti onun tam sağlam olması barədə arayış versə də, Uayt özünü ömürlük əlil arabasına məhkum etdi. Beləliklə, onurğa sütununa ziyan vurmağı ümid edən Cenninq Uayt 4 ildir günün 12 saatını əili arabasında keçirir.

Davamı →

Sonra deməyək ki, insan olaydım.

Kaş ki bir sənətkar dərzi olaydım, Paltarlar tikərdim dizdən aşağı.

İşimlə keçmişi yada salaydım, Çılpaq görünməzdi qadın ayağı.

Alverçi olaydım, bazara örnək, O vaxt aldatmazdım heç bir insanı.

O biri yalançı alverçilərtək, Mən pula satmazdım təmiz vicdanı.

Mən cərrah olaydım, önümdə xəstə, Edərdim kasıba xüsusi yardım.

Kiçik əməliyyat masası üstə, Çirkli vicdanları kəsib atardım.

Mən bənna olaydım, gedib dərinə, Ölənə tökməzdim qəmgin göz yaşı.

Ölən insanların qəbirlərinə, Tikməzdim mərmərdən parlaq baş daşı.

Müəllim olaydım millət xətrinə, Elmlə savadla düşəydim səsə.

Uç qiymət yazmazdım rüşvət xətrinə, Tələbə adını daşıyan kəsə.

Mən molla olaydım, qılıb namazı, Səhv etsəm deyərdim yolumu azdım.

Çox şey etməsəm də, bilin, ən azı, Quranı pul ilə heç oxumazdım.

Mən bağban olaydım, baxdığım bağa, Ətirli, tikansız güllər əkərdim.

Mən rəsam olaydım bəyaz varağa, Dünyanı büsbütün rəsmin cekerdim

Mən bir süpürgəçi olaydım gərək, Məni cəlb etməzdi təkcə öz dərdim.

Başqa dərdliləri başa düşərək, Dərdli ürəklərdən dərd süpürərdim.

Mən varlı olaydım, axı bir kərə, Bu pulu saymazdım müqəddəs varlıq.

Anasız, atasız, ac yetimlərə, Edərdim daima himayədarlıq.

Mən körpə olaydım, ikinci dəfə, Böyüyb yenidən gəzəydim yerdə.

Bu yaşa dolaydım, ikinci dəfə, Etdiyim səhvləri etməzdim bir də.

Daha bundan belə haqq yolu gedək, Bilinsin yolumuz qoy açıq, aydın.

Vaxtında insanla insanlıq edək, Sonra deməyək ki, insan olaydım.


Başqa saytdan. 

Davamı →

Alisanın macərası XXI əsrində

Balaca qız tamamilə ağ otaqda yuxudan oyanıb onu əhatə edən əşyaları ilə tanışolmağa başlayır. Sonra isə o, başqa parlaq dünyaya açılan qapını tapır. Beləcə onun  rəngli dünyada macəraları başlayır.

Alisanın Macərası XXI əsrində fantaziya dünyada baş verir. 

Layihənin müəllifi — amerikalı fotoqraf  Edrien Brum. Hər otaqda da dekorasiyaların hazırlanması üzərində 10 nəfərdən ibarət komanda işləyir. Onların arasında heykəltəraşlar, nəbatatçılar, kulinarlar və bir çox başqaları var. Bir otağın çəkilişlərinə hazırlıq 1 aya yaxın vaxt aparır. Edrien etiraf edir ki, ən çətini studiyaya sarı cücələri toplamaq və qırmızı telefon budkasına gətirmək idi.


Ardı →

Məşhur şəxsiyyətlərin sevgi macəraları

  • Sevgi

Roma imperatoru Kaliqula eşqbazlığı ilə ad çıxarıb. O dördayaqlı dostu-ata qarşı xüsusi sevgisiylə də tanınıb. Yox, heç kəs onun  zoofil olduğunu düşünmürdü, ancaq  imperatorun  ata  olan məhəbbəti  dördayaqlı heyvanı Senata gətirib çıxarmışdı. Kaliqulanın atdan çox sevdiyi yeganə insan isə ana bir, ata ayrı bacısı olub.

15-ci Lüdovik sevgi macəralarına görə  bütün digər fransız  monarxları, o cümlədən  Günəş Kralı kimi tanınan 14-cü Lüdoviki də geridə qoyub. Onun məşhur məşuqəsi madam markiza de Pompadur  son dərəcə əxlaqsız  qadın olsa da qısqanc deyildi. Buna görə da əlahəzrət kral markiza de Pompadurdan əlavə digər çoxsaylı məşuqələri üçün xüsusi park yaratmağa da özündə  cəsarət  tapmışdı. Kralı əyləndirən bu gözəlçələr parkda ayrı-ayrı evlərdə yaşayırdılar.

Sirr deyil ki, sevgi məsələlərində ən uğurlu və ən məşhur  şəxs Cakomo Kazanova hesab olunur. Onun şöhrəti hamını kölgədə qoyub. Möhtəşəm, bacarıqlı və sevməyi bacaran – onun haqqında təəssüratlar belə idi. Baxmayaraq ki, qadın cinsinin bütün nümayəndələri onun üçün əldən-ayaqdan gedirdilər, amma mister Kazanova dünyadan kasıb və dilənçi vəziyyətində, ən əsası isə  tənhalıqda köçüb  – bu da onun məhəbbətinin əvəzi.


Ardı →

Sürəyyanı daş-qalaq etmək | The Stoning of Soraya M.

  • Kino
Soraya Manutchehri 1950-ci ildə İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb.
Yalançı şahidlərin ifadəsiylə vəhşicəsinə öldürülən bu qadının günahsız olduğunu bir çoxları bilir. Ancaq ərinin və ona yaxın bir neçə insanın, eyni zamanda kəndin mollasının (şah rejimi zamanında uşaqbazlıq üstündə həbsə atılmışdı) şahidliyi insanlıqdan kənar bu hadisəni qaçınılmaz edir.

Rəcmdən bir gün sonra kəndə gələn fransız əsilli iranlı jurnalist Freidoune Sahebjamın sayəsində Sürəyyanın yaşadıqlarını bütün dünya bilir. Belə ki, Sürəyyanın qohumu Zəhra hadisəni olduğu kimi ona danışır. O da 1994-cü ildə “The Stoning of Soraya M.” – “Sürəyyanı daş-qalaq etmək” adlı kitab çıxarır. 2008-ci ildə isə eyniadlı film çəkilir.

Bu əhvalatdan xəbərsiz olanlar da artıq filmin adından onun nədən bəhs edildiyini anlayır. İnsanı daş-qalaq edərək öldürməkdən…

Filmdə qadınların insan sayılmadığı, onların heç bir söz haqqının olmadığı cəmiyyətdə şəhvəti uğruna bir insanın ölümünə belə razı olan insanların din adı altında nələr etdikləri göstərilir. Bəzi müsəlman ölkələrində zina edənlər (evli olmadığı birisiylə cinsi əlaqəyə girmək) rəcm edilərək (daşlanaraq) öldürülür.

Quranda bununla bağlı bir ayənin olmadığı halda islamı öz məqsədlərinə uygun şəkildə anlayan insanların vəhşilikləridir bu.
Ardı →

Psixoloji yaş

Uzun və firavan həyat keçirən məşhur psixoloq Karl Rodcers, özü haqqında bunları demişdi: Uşaq olanda mən zəif və xəstə uşaq idim. Atam bu səbəbdən deyirdi ki, mən çox gənc yaşda öləcəm. Bu həm yanlış, həm də düzgün fikir oldu — indi mənim 75 yaşım var. Lakin mən özümü çox gənc his edirəm və ümüd edirəm ki heç vaxt yaşlanmıyacağam.

Yəqin ki, siz də bəzən fiziki cəhətdən yaşlı, lakin daxilən çox gənc qalan insanlara rast gəlirsiniz. Xroniki yaş o qədər də önəml deyil, əsas insanın daxili yaşı önəm daşıyır. Bu səbəbdən sizin daxili yaşınızı təyin etmək üçün, sizə psixoloji test təqdim edəcəyik.
Aşağıdakı hər fikirlə nə qədər razı olduğunuzu qiymətləndirin, balları toplayın:
  • 4 bal — siz fikirlə tamamilə razısınız
  • 3 bal — siz qismən razısınız
  • 2 bal — siz tam olaraq razı deyilsiniz
  • 1 bal — tamamilə bu fikirə qarşısınız

— Fikrimcə, mənim çox yaxşı yumor hissim var.

— Mənim yaxşı intuisyam var, mən hər zaman başqa insanların nə nəzərdə tutduğunu anlayıram.

— Ümid edirəm ki, məni gələcəkdə gözəl şeylər gözləyir.

— Fikrimcə, mənimlə ünsiyyət qurmaq insanların xoşuna gəlir.

— Mənə bəzəməyən, mənimlə müqayisədə fikirləri, düşüncə tərzi fərqli olan insan belə, mənim xoşuma gələ bilər.

— Mən uşaqları sevirəm.

— Fərqli tapşırıqları yerinə yetirmək xoşuma gəlir.

— Hər hansısa bir işi yernə yetirərkən, mən onu yaxşı etmək üçün üsullar axtarıram.

— Fərqli hadisələrin səbəbləri ilə maraqlaıram.

— İşdən başqa mənim çoxlu və fərqli məşğuliyyətlərim var.

— İstənilən dəyişkliyi, yaxşı tərəfdən qəbul etməyə çalışram.

— Mənim işim insanlara xeyir verir.

— Mən bəzən arzu etməyi, xəyal qurmağı sevirəm.

— Sevdiyim musiqi mənim əhvalımı qaldırır.

— Yeni fikirləri maraqla qarşılayıram.

— Bir qayda olaraq mən çətinliklərlə və manelərlə qarşılaşanda təslim olmuram.

— Uğurlu zarafatlara ürəkdən gülə bilərəm.

— Məxfi fikirlərmi bölüşəcəyim insan var.

— Fiziki aktivlikdən həzz alıram.

— Yeni insanlarla tanış olmağı sevirəm.

— Bilmədiyim və bacarmadığım işlərlə məşğul olmaq istərdim.

— Mən hər zaman cazibədar görünməyə çalışıram və bu məndə alınır.

— Kiçik xoşagəlməz şeylərə imkan vermərəm ki, məni sıxıntıya qərq etsin.

— Yaşadığım dövran xoşuma gəlir.

— Düşünürəm ki, öz bacarığmı tam göstərmək üçün, daha çox şərait olacaq.

Əgər siz 75 bal toplamısınızsa, doğum tarixinizdən asılı olmayaraq, siz özünə inam və həyat gücü ilə dolusunuz. Siz ünsiyyətcil, optimist və xoşməramlı insansınız. Siz gec qocalacaqsınız.

50-75 bal. Müdrik olmanız üçün, siz bu yolda gəncliynizdən bir çox qurbanlar vermisiniz. Qayğı və stress sizin sevinmənizi azaldıb, lakin sizə ciddiliyi və məsuliyyəti öyrədib. Siz ortayaşlısınz. Lakin, biraz gümrahlıq və optimizim sizə mane olmaz.

Azı 30 bal. Bu qrup insanlar elə insanlardı ki, onlar hər şeyi görüb-götürüb, çox sınaqdan keçib və hər şeyin dəyərini bilirlər. Sizə elə gəlir ki, bu qayğı erkən formalaşıb? Axı həyatda daha çox şey görmək –götürmək, bilmək olar.



Tərcümə etdi: Orucova İlahə
Davamı →